Kim Ki Duk (kor.김기덕,Konseviç sistemində —Kim Qidok;20 dekabr1960[1][2][…],Ponxva[d],Könsan-Pukto[d] –11 dekabr2020[3][4],Riqa[5]) —Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə).
Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir.
1990-cı ildəFransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır.
Kim, 1996`cı ildən kiçik büdcəliTimsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı. Heç bir Kino təhsili almayan Kim bu filmi ilə Koreyalı film tənqidçilər tərəfindən tənqid atəşinə tutuldu. 2004`cü ildəSamariyalı Qız film iləBerlin Beynəlxalq Film Festivalı`nda,Boş Ev filmi ilə dəVenesiya Kino Festivalı`nda Ən yaxşı rejissor mükafatını aldı. 2011`ci ildəArirang filmi iləKann Film Festivalı`nın Un Certain mükafatları bölümündə ən yaxşı film mükafatını qazandı. Hal-hazırda isə filmsevərlər tərəfindən tanınanArt-Xaus janrını təmsil edən filmlər arasında ən çox izlənilən rejissorlardan biridir.