Kiçik Asiya və yaAnadolu —Qara dəniz,Mərmərə dənizi,Egey dənizi vəAralıq dənizlərinin əhatə etdikləriyarımada. AvropadanBosfor vəDardanel boğazları ilə ayrılır.Türkiyənin Asiya hissəsi burada yerləşir.
Kiçik Asiya terminifransızlarınMinor Asia sözündən götürülüb.Türkiyədə vəYaxın ŞərqdəAnadolu adlanır.
Romalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kralIII Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmişPerqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti,Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.[1]
Kiçik Asiya yarımadasının çaylarıQara,Aralıq,Egey vəMərmərə dənizlərinə tökülür. Ən böyük çaylarından Qara dənizə Qızıl İrmak (950 km), Yaşıl İrmak (400 km, Kilkit qolu ilə), Çorox (360 km), Səkəriyə (690 km); Egey dənizinə Kiçik Məndərəs, İldiz, Böyük Məndərəs; Aralıq dənizinə isə Seyhan (450 km) və Ceyhan (350 km) çayları tökülür. Mesepatomiyanın böyük çaylarından Fərat öz mənbəyini və yuxarı axarında yerləşən qollarını Şərqi Anadoludan alır.
- ↑Энциклопедический словарь. 2009. АЗИЯ (провинция).