Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Keyt Hadson

Vikipediya, azad ensiklopediya
Keyt Hadson
ing.Kate Hudson
Doğum adıKate Garry Hudson[3]
Doğum tarixi19 aprel1979(1979-04-19)[1][2][…](45 yaş)
Doğum yeri
Uşaqları3 (Ryder Robinson, Rani Fujikawa daxil olmaqla)
Partnyorları
  • Aleks Rodrigez[d](2009–2010)
  • Oven Uilson[d]
Fəaliyyətiaktrisa, kino aktrisası, film prodüseri, ssenarist, müğənni, televiziya aktrisası, səsləndirmə aktrisası[d], kinorejissor
Fəaliyyət illəri1996-cı ildən
Təhsili
  • Crossroads School[d]
MükafatlarıGolden Globe Award for Best Supporting Actress – Motion Picture
IMDbID0005028
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Keyt Hadson (19 aprel1979[1][2][…],Los-Anceles,Kaliforniya[3]) —ABŞ aktrisası.

Həyatı

[redaktə |vikimətni redaktə et]

1979-cu ilin aprel ayının 19-da, sənətçi ailəsində anadan olan Keyt Hadson, artıq 3 yaşındaykən "Vanity Fair" adlı jurnalın üz qabığına çəkilib. Anası aktrisa Qoldi Houn, atası isə müğənni Bill Hadson olan qızcığazın, gələcəkdə incəsənət yolunu seçməsi artıq məlum məsələ idi.

Valideynləri, Keyt 2 yaşındaykən boşanıblar. Ona görə də, Keyti anasının dostu olan Kurt Rassel tərbiyə edərək böyüdüb.İllər sonra, müsahibələrin birində "Öz atam mənə sanki yad olub, mənKurt Rasseli ata yerinə qoyuram" deyirdi. Uşaqlıqdan rəqsə böyük marağı olan Keyt, elə o zamanlardan ətrafdakıların diqqətini özünə yönəltməyə başladı. Anası onun aktrisa olmasına etiraz edirdi. Buna görə də, məktəbdə təhsilini başa vurduqdan sonra o, Nyu-Yorkda yerləşən universitetlərin birinə daxil olur, lakin buradakı təhsilini yarımçıq buraxır, çünki onun istəyi böyük ekran idi.

1998-ci ildə aktrisanın debütu reallaşdı, amma "Üzücü kədər" və "Rekoşet çayı" adlı filmlər ona məşhurluq gətirə bilmədi.

Bir müddət sonra 2000-ci ildə Keyt tamaşaçılar tərəfindən "Artıq məşhur" filminə görə sevilməyə başlayır. Kemeron Krouya məxsus olan bu lent çoxlu sınaqlardan keçdi. Sonda, bu lentdə ifa etdiyi, ikinci dərəcəli rola görə Keyt Oskara layiq görüldü. 2 il sonra, 2002-ci ildə ona "Hörümçək adam" filmində rol təklif olunur. Lakin o, daha dərin və mənalı filmlərə üstünlük verdiyi üçün rədd cavabı verib, Şekhar Kapura məxsus olan "4 lələk" filmində çəkilir. "Hörümçək adam" filmində isə Keytin yerinə Kirsten Danst lentə alınır.

"Hər gözəlin bir eybi var", deyimini əlində bayraq tutaraq, qulaqlarını gizlətməyə belə çalışmayan aktrisa, hər zaman sol əli ilə yazır.

Aktrisanı tamaşaçılara daha yaxın edən və gənclərin ürəyincə olan "Oğlandan 10 günə necə canı qurtarmaq olar" filmi isə, ən çox izlənilən lentlərdən biri olur.

Keyt Hadson və Metyu Mak Konaxi cütlüyu hələ uzun müddət insanların yaddaşına həkk olunacaq kimi görünür.

Bu lentdə Keyt, canlandırdığı jurnalist redaktorundan maraqlı bir tapşırıq alır. O kimi isə tapmalı, onu sevdirməli və 10 gün ərzində qadınların adətən etdiyi səhvləri etməli idi. 10 gün keçəndən sonra isə, oğlandan yaxa qurtarmalı və bu barədə məqalə çap etməli idi.

İki dəfə ailə həyatı quran aktrisa, elə ikisində də boşanmağa qərar verib. İlk dəfə 2000-ci il dekabrın 31-də müğənni ailəsindən olan Kris Robinsonla nikaha girir. Toy məclisində yalnız dost və yaxınlar iştirak edirdi. Bu xoşbəxt cütlük 3 il sonra o, boşanmağa qərar verir. Bu nikahdan onun Rayder adlı bir oğlu da var.

"O, mən və onun dostları" filmində Keytin sevgilisi rolunu canlandıran Ouen Uiolson, elə həyatda da sevgilisinə çevrildi. Onlar ailə qurdular, lakin bu nikah da uzun çəkmədi.

Maraqlı faktlardan biri də odur ki, "Doqquz" filmində baş rola görə Enn Xetuey və Siyenna Miller kimi məşhur aktrisalar mübarizələr aparsalar da sonda bu rol Keyt Hadsona verildi.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Kate Hudson //GeneaStar.
  2. 12Kate Hudson //Roglo. 1997.
  3. 123http://www.filmreference.com/film/30/Kate-Hudson.html.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Keyt_Hadson&oldid=7915225"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp