Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Keyt Blanşett

Vikipediya, azad ensiklopediya
Keyt Blanşett
ing.Cate Blanchett
Doğum adıCatherine Élise Blanchett
Doğum tarixi14 may1969(1969-05-14)[1][2][…](56 yaş)
Doğum yeri
Uşağı4
Fəaliyyətifilm prodüseri,kinorejissor,teatr aktrisası,kino aktrisası,aktrisa,səsləndirmə aktrisası[d],televiziya prodüseri[d]
Fəaliyyət illəri1992-ci ildən
Təhsili
Üzvlüyü
Mükafatları"İncəsənət və ədəbiyyat" ordeni kavaleriCompanion of the Order of Australia — 2017
Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı — 2014Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı — 1999Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı — 2023Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı — 2005
IMDbID0000949
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Katerin Eliz "Keyt" Blanşett (ing.Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfəOskar, üç dəfəBAFTA və üç dəfəQızıl qlobus mükafatı qazanmışdır.

Həyatı və karyerası

[redaktə |vikimətni redaktə et]

Keyt Blanşett 1969-cu ilin mayın 14-dəAvstraliyanınMelburn şəhərində anadan olub. Atası Robert Blanşett əslənTexasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isəMelburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur vəİngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə KeytMisirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir. Bu təsadüfi rol onun üçün teatr və kino səhnəsinə gedən yolun başlanğıcı olur. Keyt daha sonraAvstraliyaya qayıdır və Milli Dram İncəsənəti İnstitutuna daxil olur. 1997-ci ildə "Qağayı" pyesinin məşqləri zamanı aktrisa ssenarist və montaj redaktoru Endrü Aptonla tanış olur və bir ildən sonra evlənir. 2004-cü ildə aktrisa ikinci uşağa hamilə olduğundan "Yaxınlıq" filmində fotoqraf Anna Kameron rolundan imtina edir. Nəticədə filməCuliya Roberts çəkilir.

Blanşett 1997-ci ildə ssenaristAndreu Upton ilə evlənmişdir. 5 uşağı var.

Mükafatları

[redaktə |vikimətni redaktə et]
  • "Yelizaveta" filmindəki roluna görəBAFTA və "Qızıl qlobus" mükafatlarına layiq görülür.
  • "Aviator" və "Blue Jasmine" filmlərində oynadığı rol isə ona "Oskar" mükafatı gətirir.

Filmoqrafiya

[redaktə |vikimətni redaktə et]
İlFilm
2001Üzüklərin hökmdarı: Üzük qardaşlığı
2002Üzüklərin hökmdarı: İki qala
2003Üzüklərin hökmdarı: Kralın qayıdışı
2003Babil
2004Aviator
2013Jasmin
2015Zoluşka
VikianbardaKeyt Blanşett ilə əlaqəli mediafayllar var.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Casey N. S. Cate Blanchett //Encyclopædia Britannica (ing.).
  2. Cate Blanchett //Internet Broadway Database (ing.). 2000.
  3. Deutsche Nationalbibliothek Record #129968471 //Gemeinsame Normdatei (alm.). 2012—2016.
  4. The Walt Disney CompanyCinderella Press Kit (ing.).

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BIBSYS: 1096357 ·BNC: a11733317 ·BNE: XX1487684 ·BNF: 141565431 ·CiNii: DA12630312 ·CONOR: 6736739 ·GND: 129968471 ·GTAA: 211183 ·ISNI: 0000000121291386 ·LCCN: nr99019510 ·LNB: 000189268 ·NKC: js20030220009 ·NLA: 40009900 ·NLP: a0000001780580 ·NTA: 18231491X ·NUKAT: n2008113800 ·SUDOC: 059667346 ·VIAF: 39585451 ·WorldCat VIAF: 39585451
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Keyt_Blanşett&oldid=7015297"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp