Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Keltlər

Vikipediya, azad ensiklopediya
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Keltlər — qədimlərdə Şimaliİtaliya,Qalliya,İspaniya,Britaniya ,İrlandiyaFransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar.Yunanlar onları "keltlər",romalılar — "qallar", sonralarKiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı,Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur.

Kelt mifologiyası və folkloru

[redaktə |vikimətni redaktə et]

Keltmifologiyasına keltpoliteizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmidəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzəromaxristian mənbələri vasitəsilə çatmışdır. Lakin çox az həcmdə keltlərin öz dilində yazılmış materiallar da günümüzə gəlmişdir. Tarixçilər qal dilindəki mənbələr azlıq təşkil etdiyi üçün Keltlərdı oxuma-yazmanın çox yayılmadığını fikirləşir. Gal yazısı yunan, latın və şimali italiya əlifbalarının istifadə olunduğu yazıdır.Sezar isə gallarda oxuma-yazma vərdişlərinin olduğunu demişdir. Lakin Sezar xalq kahinləri olan Druidlərin dini yazıları- ayətləri yazaraq saxlamağının qadağan olduğunu da qeyd etmişdir.

Keltlərə dair bəzi məlumatlar

[redaktə |vikimətni redaktə et]
  • Ən arxeoloji mədəniyyəte.ə II minilliyə aidUrnifield mədəniyyətidir.
  • E.ə VI əsrdə Kelt dilinə aid nümunələrLepontik dilinin yazılarıdır. Kelt dili yalnız bəzi yer adlarında saxlanıb.
  • E.ə. IV əsrdən isə yazılarıOrgham dilində saxlanır.
  • Ədəbi adət ənənələriVIII əsrdən başlayır.
  • Cooleyin mal-qarasının basqınları" kimi rabitəli mətnləriXII əsrə aiddir.
  • Solomon Reynax "les Celtomanes" adlı əsərində qeyd edir ki, keltlər əsl filosoflardır və onların nəzəriyyələriUelsşairləri məktəbində istifadə olunmuşdur.
  • XVI əsrdən Keltlər haqda məlumatlar çap olunmağa başlayıb. Sezarın "Qallar müharibəsi" əsəri 1511-ci ildə Venesiyada çap olunub.
  • Keltlərin özünəməxsus incəsənətləri olmuşdur. Onlarən ilk dili hesab olunaTutonin dili alman dilindən ayrılımışdır.
  • VI-cı əsrdəGildas adlı keşişBritaniya tarixinə aid traktat yazmışdır. Gildas ilk Britaniyatarixçisi hesab olunur.

Mabinogion

[redaktə |vikimətni redaktə et]

MabinogionXI-XIII əsrlərdə nəsrlə yazılmış şifahi ənənələrə söykənənUelsnağıllar toplusudur. 11anonim nağıldan ibarətdir. ƏsasənArturun əfsanələrindən bəhs edir. Bunlar 2 əlyazma şəklindədir:

  • The White book ofRhydderch
  • The Red book ofHargest

Mabinogion sözünün mənası mübahisəlidir. Toplunun əvvəlindəki hekayələrin adından götürülmüşdür.

Kelt mifologiyası

[redaktə |vikimətni redaktə et]

Kelt dini vətanrıları hər qrupda, hərqəbilədə fərqlilik göstərir.Roma mifologiyasında eyni olan tanrılarıyla birgə300-dən çox tanrı məlumdur. Kelt mifologiyası 4 dövrə bölünür:

  • Mifoloji dövrmifləriİrlandiyanın bir neçə dəfə tanrılar tərəfindən işğalından bəhs edir.
  • Fenian dövrü — ovçuluq mövzusu əsasdır. Bu dövrdəFion Mak və qəhrəmanlar qrupu İrlandiya vəŞotlandiyanı qoruyurdu.
  • Altonian dövrüUlaidh tayfasının müharibə və qələbə hekayəsindən bəhs edir.
  • Krallar dövrü — gərçək krallar barəsində bəhs edən hekayələr yarandı.

Baş tanrılar

[redaktə |vikimətni redaktə et]

Dagda — baş tanrıdır. Adının mənası yaxşı tanrı deməkdir. Bu hərşeydə yaxşı olduğu mənasında işlənir. Həyat yoldaşı –Morrigandır

Morrigan — baş ilahədir.Ruh ilahəsi də deyilir. Müharibəni təmsil edir. Qarğa, quzğun kimi təsvir olunur.

Belemus — əkinçilik tanrısıdır. Belemusa daha çox İtaliya ərazisindəki keltlər sitayiş etmişlər. İndi onun adına istinad edilən "Betanie" festivalı mövcuddur.

Lug — bu tanrıya çox geniş ərazidə sitayiş olunur. Sapand və nizə ilə təsvir olunur. Roma mifologiyasındaMerkuri ilə oxşardır. ArvadıMariaRosemaritadır. İndi onun adına istinad edilən "Lughnasa" adlı festival var

Digər tanrılar

[redaktə |vikimətni redaktə et]

4 əsas tanrıdan başqa keltlərin sitayiş etdikləru digər tanrıların yalnızca adı bilinməktədir. Bunlardan Dagda’nın qızıBrigit, təbiət tanrıçalarıTailtiu və Machaat ilahə olaraq bilinənEpona var.Cu,Roi və dəmirçilik tanrısıGolbniunun da yalnız adları bilinməktədir.

Bəzi kelt kultları və inancları

[redaktə |vikimətni redaktə et]

İlk keltlər bəzi ağacların müqəddəs olduğuna inanırdı. Ağacların kelt dinindəki əhəmiyyətiEbruonian qəbiləsinin adından görülür. Bu adqaraçöhrə ilə bağlıdır. Eyni zamandaİrlandiya ərazisində yaşayan keltlərin mifologiyasındaMac Cuillin (çobanyastığı oğlu) vəMac İbar (qaraçöhrə oğlu) kimi adların mövcudluğu da bunun göstəricisidir. Romalı müəlliflər keltlərin kultlar zamanı insan qurban etdiyini söyləmişdi. Bu fikir başqa qaynaqlarda da dəstəklənsə də buna dair arxeoliji qazıntılar az saydadır. Keltlərdə döyüşçü kultu da olmuşdur. Bu kultun mərkəzində düşmənlərın kəsilmiş başları dayanır.

Keltlər ölülərini əşyalarıyla birlikdə basdırırdılar. Bu da onlarınaxirətlə bağlı inanclarının olduğunu göstərir. Onlar dəfndən öncə ölən insanən başını kəsir, kəllə sümüyünü qırırdılar. Bu ruhun bədəndən çıxıb gəzməyinin qarşısını almaq üçün idi.

Zoomorfizm

[redaktə |vikimətni redaktə et]

Keltlərinikonaları içərisində heyvan formalı fiqurlara çox rast gəlinir. Onlar tanrılarını müxtəlifzoomorfikantropomorfik formaların birləşməsi olaraq təsvir etmişlər. Bu təsvirlər içərisində ən çox rast gəlinəni buynuzlu tanrı fiqurlarıdır.

Kelt məbədləri haqqında

[redaktə |vikimətni redaktə et]

Əsasən mənbələrdə keltlərin məbədlər tikmədiyi və çöldə ibadət etdikləri göstərilir. Lakin arxeoloji qazıntılar nəticəsində bunun belə olmadığı tapılmışdır. Keltlərin yaşadığı müxtəlif ərazilərdə müxtəlif tipli məbədlər aşkar olunmuşdur. Romalıların keltlər yaşayan əraziləri fəthi ilə isə kelt-roma tipli məbədlər ortaya çıxmışdır.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Keltlər&oldid=8285392"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp