Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kayler Li

Vikipediya, azad ensiklopediya
Kayler Li
Doğum tarixi10 aprel1982(1982-04-10)(43 yaş)
Doğum yeri
Uşağı3
Fəaliyyətiteleviziya aktrisası,kino aktrisası,aktrisa,model[d],müğənni,video game actor[d],film prodüseri,telerejissor
Fəaliyyət illəri1996-cı ildən
IMDbID0500200
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kayler Li Vest (qızlıq soyadı:Potts;ing.Chyler Leigh West;10 aprel1982,Şarlott,Şimali Karolina) —ABŞ akstrisası, müğənnisi və fotomodeli. Daha çox «Qrey anatomiyası» teleserialındakı Leksi Qrey və «Süpergörl» teleserialındakıAleks Denvers rolları ilə tanınır.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Kayler Li Vest (qızlıq soyadı ilə Potts) 10 aprel 1982-ci il tarixində,ABŞ-ninŞimali Karolina ştatında yerləşənŞarlott şəhərində, İvonn Norton və Robert Pottsun ailəsində anadan olmuşdur.[1][2]

Li Virciya ştatında yerləşənVerciniya-Biç şəhərində böyümüşdür. Linin 8 səkkiz yaşı olanda ailəsinin biznesi müflisləşmiş,[3] 4 il sonra isə onların evliliyi sona çatmışdır. O. anası və böyük qardaşıKristofer Keyman Li ilə birlikdəMayami şəhərinə köçür.[4] Onun anası Robert Potts ilə yenidən evlənir. Li uzun illərdi ki, atasından ayrı yaşayırdı.[3]

Li modellik karyerasına başlayanda səkkizinci sinifdə oxuyurdu. O, çox keçməmiş yerli televiziya reklamlarında və yeniyetmələr üçün nəzərdə tutulmuş teleproqramlarda iştirak edir. Li 1999-cu ildə ailəsi ilə birlikdəLos-Anceles şəhərinə köçür ki, aktrisalıq karyerasına start versin. O, 16 yaşında Kaliforniya Orta Məktəb Ustalıq İmtahanını keçir.[5]

Karyerası

[redaktə |vikimətni redaktə et]

Li aktrisalıq karyerasına erkən başlamışdır. O, 15 yaşında, 1997-ci ildə «Kikboks akademiyası» filmində qardaşı ilə birlikdə rol almışdır. Bu, onun debüt filmi idi. O, 2001-ci ildə «Başqa bir yeniyetmə kinosu deyil» komediya filminin baş rolunu canlandırmışdır. Li həmçinin,Merilin Mensonun «Tainted Love» klipində iştirak etmişdir. Li «Maxim» jurnalının "2002-ci ilin ən seksi qadınları" başlıqlı siyahısında 65-ci yeri tutmuşdur.[6]

Şonda Rayms 2007-ci ildə Lini «Qrey anatomiyası»» teleserialının əsas aktrisası kimi işə götürmüşdür.[7][8]

Şəxsi həyatı

[redaktə |vikimətni redaktə et]

Kayler Li 20 iyul 2002-ci ildə,Alyaska ştatında aktyorNatan Vest ilə evlənmişdir.[9] Cütlük əvvəllər «Yeddinci cənnət» teleserialında birlikdə çalışmışdır. Onların üç övladı var: oğulları Noa Vayld (d. dekabr 2003-cü il),[10] qızları Teylin Li (d. sentyabr 2006-cı il)[11] və Anniston Key (d. 7 may 2009-cu il).[10]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Chyler Leigh Biography". TV Guide(ingilis).5 iyun 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  2. "Chyler Leigh still waiting for prime time to be kind". Virginian-Pilot Archives(ingilis). 14 noyabr 2005.12 iyun 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  3. 12İnqrassia, Liza."Grey's Anatomy Star: At Long Last, Love".People(ingilis). 10 noyabr 2008.30 aprel 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  4. "'Anatomy' of a taboo". New York Daily News(ingilis). 28 noyabr 2007.3 iyun 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  5. "Preview Grey's Anatomy's newest intern, Chyler Leigh – Celebrity and Entertainment News"(ingilis).30 may 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  6. "2002 Hot 100 List"(ingilis).18 noyabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  7. İnqrassiya, Liza."Grey's Anatomy Welcomes New Cast Member – Grey's Anatomy, Chyler Leigh"(ingilis). People.com. 10 iyun 2007.3 noyabr 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  8. "Grey's Creator Defends Finale Death"(ingilis).22 may 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  9. İnqgrassiya, Liza."Grey's Anatomy Star: At Long Last, Love". People(ingilis). 10 noyabr 2008.23 fevral 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.The couple, who wed in 2002 in front of 30 close friends and family in West's native Alaska...
  10. 12İnqrassiya, Liza."Grey's Anatomy's Chyler Leigh Welcomes a Baby Girl". People(ingilis). 7 may 2009.23 fevral 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.
  11. İnqrassiya, Liza."Grey's Anatomy Cast 'Happy to Be Back'". People(ingilis). 12 iyul 2007.23 fevral 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyun 2020.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaKayler Li ilə əlaqəli mediafayllar var.
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kayler_Li&oldid=7103536"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp