Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kavalalı İsmayıl Paşa

Vikipediya, azad ensiklopediya
Kavalalı İsmayıl Paşa
ərəb.إسماعيل باشا
Misir xədivi(1866-cı ildən etibarən)
Misir və Sudan hakimi
18 yanvar 1863 26 iyun 1879
ƏvvəlkiKavalalı Səid Paşa
SonrakıKavalalı Tofiq Paşa
Şəxsi məlumatlar
Doğum tarixi31 dekabr1831(1831-12-31)[1]
Doğum yeri
Vəfat tarixi2 mart1895(1895-03-02)[1][4][…](63 yaşında)
Vəfat yeri
Fəaliyyətisiyasətçi,dövlət xadimi,yazıçı
AtasıKavalalı İbrahim Paşa[4]
AnasıHoşyar Qadınəfəndi
Həyat yoldaşları
Uşaqları
AiləsiKavalalı ailəsi
Dinisünnilik,İslam[6]
Təltifləri"Qara qartal" ordeni"Məcidiyyə" ordeni"Osmaniyə" ordeniGrand Cross of the Imperial Order of Leopold"Xilaskar" ordeniKnight Grand Cross of the Order of Saints Maurice and LazarusMüqəddəs Mavrikiy və Lazar ordeni kavaleri"Niderland şiri" ordeninin böyük cəngavər xaçı — 1866"Fəxri legion" ordeninin böyük xaçıKnight Grand Cross of the Order of the BathKnight Grand Commander of the Order of the Star of IndiaGrand Cordon of the Order of LeopoldRoyal Order of the SwordGrand Cross of the Order of the Dannebrog — 1869"Ən müqəddəs müjdə" ali ordeni"İtaliya tacı" ordeninin böyük xaçıGrand Cordon of the order of Nichan IftikharGrand Cross of the Order of the Red Eagle
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kavalalı İsmayıl Paşa (31 dekabr1831[1],Qahirə[2][3]2 mart1895[1][4][…],İstanbul,Osmanlı imperiyası[2][3]) —OsmanlılarınMisirSudan hakimi, ilkMisir xədivi.

Həyatı

[redaktə |vikimətni redaktə et]

31 dekabr 1831-ci ildəQahirədə dünyaya gəldi. AtasıKavalalı İbrahim Paşa, anası onun xanımlarındanHoşyar xanımdır. İlk təhsilini Misirdə tamamladıqdan sonra 1846-cı ildəParisə göndərildi. 2 illik müasir elmlər və mühəndislik üzrə təhsilin ardından Misirə geri döndü. Bir neçə dəfə Avropadakı paytaxt şəhərlərinə və eləcə də,İstanbula işgüzar səfərlər etdi. İlk hərbi xidməti isə əmisiSəid Paşa tərəfindən verilən 14 minlik Misir ordusuna sərdar təyin edilərəkSudandakı üsyanın yatırılması vəzifəsi oldu (1861).

ƏmisiSəid Paşanın ölümünün ardından 18 yanvar 1863-cü ildə Misir hakimi oldu. BabasıMehmed Əli Paşa kimi Misir üçün böyük xəyalları olan İsmayıl Paşa, hər şeydən öncə Misiri Bab-ı Əlinin idarəçiliyindən xilas etmək və ya ən azından daha geniş muxtariyyət hüquqları əldə etmək istəyirdi. Ancaq bunu babası və atası kimi üsyanla əldə edə bilməyəcəyini yaxşı bilən İsmayıl Paşa ikili siyasət yürütməyə başladı: bir tərəfdən Osmanlı dövlət adamlarına mənfəət təmin edərək imtiyaz fərmanının təsir dairəsini genişləndirməyə çalışır, digər tərəfdən isə Avropa dövlətləriylə yaxın münasibət quraraq onların dəstəyini qazanırdı.

Xədivliyin yaradılması

[redaktə |vikimətni redaktə et]

İsmayıl Paşa Misir hakimiyyətini ələ aldıqdan dərhal sonra ənənəyə sadiq qalaraq, bağlılığını bildirmək məqsədiləİstanbula yola düşdü (fevral 1863). Burada xalasıValidə Pərtəvniyal Sultanın tərtibiyləSultan Əbdüləzizin qəbulunda oldu və buxarla çalışan şəxsi gəmisini ona hədiyyə edərək sultanı Misirə dəvət etdi. Əslində Osmanlı sultanı ilə aralarındakı münasibət daha yaxın idi. Belə ki, dönəminvalidə sultanı olanPərtəvniyal Sultan İsmayıl Paşanın doğma xalası idi.İstanbulda olarkən dövlət adamlarına dəyərli hədiyyələr təqdim edərək gözə girən İsmayıl Paşa çox keçmədən Misirə döndü.Sultan Əbdüləzizin 1863-cü ildə Misiri ziyarəti əsnasında möhtəşəm qarşılama mərasimi, əyləncə və ziyafətlər təşkil edərək qonağını xoş tutmağa çalışdı. Padşahdan aldığı xüsusi imtiyazla Misirdəki vərasət hüququnu öz oğullarının lehinə dəyişdirdi. Belə ki, 28 may 1866-cı il tarixli fərmanla təsdiqlənə bu imtiyaza əsasən, Misir üzərindəki hakimiyyət artıq ailənin ən böyük kişi üzvünə deyil, İsmayıl Paşadan etibarən atadan oğula ötürüləcəkdi. Sudan vilayəti bilavasitə, Masavva və Sevakin qəzaları isə açıq şəkildə Misir hakimiyyətinə verildi. Beləliklə, topraqları genişləyən Misir vilayətinin hər il ödəyəcəyi vergi 80 mindən 150 min kisəyə, Misir ordusunun əsgər sayı isə 30 minə çıxarıldı. İsmayıl Paşa vərasət qərarından 5 gün sonra 2 iyun 1866-cı il tarixli fərmanla "xədiv" ünvanı aldı.

8 iyun 1867-ci il tarixli fərmanla Misirin imtiyazları daha da genişləndirildi. İsmayıl Paşa Misirin daxili idarəsiylə yanaşı, əcnəbi dövlətlərlə gömrük və poçt işləriylə bağlı qeyri-rəsmi müqavilələrin bağlanması hüququnu da əldə etdi. Osmanlı dövlət xadimlərinə göndərdiyi pul və qiymətli hədiyyələr sayəsində əldə etdiyi bu imtiyazlarla yanaşı, o, öz müstəqilliyini də elan etmək niyyətində idi. 1869-cu ildə çıxdığı Avropa səyahətində eynən müstəqil bir monarx kimi hərəkət etməyə başlamışdı. Belə ki,Fransaİngiltərə, İsmayıl Paşanı müstəqil bir monarx kimi xüsusi dövlət mərasimiylə qarşıladılar. Milliyyətçi fikirləri ilə tanınanIII Napoleon onu daha öncəSultan Əbdüləzizi dəvət etdiyi sarayda qonaq etdi. İsmayıl Paşa isə qonaq olduğu paytaxt şəhərlərdəki monarxlarıSüveyş kanalının açılış mərasiminə dəvət edirdi.

İsmayıl Paşanın bu şəkildə Avropaya səyahət etməsi Bab-ı Əlidə böyük əks-sədaya səbəb oldu.SədrəzəmƏli Paşa xədivə həddini bildirən bir xəbərdarlıq göndərdi. Avropa monarxlarını öz adından dəvət etməklə öz səlahiyyətlərini aşdığını, Misirin Osmanlı mülkü olduğunu, xədivin yalnız bir Osmanlı məmuru olduğu üçün digər dövlət rəsmiləriylə apardığı danışıqlarda türk elçilərinin də iştirak etməli olduğunu, Misirin yalnız daxili idarəsindən məsul olduğu halda, Nübar Paşanı xarici işlər naziri təyin edərək bəzi əcnəbi dövlətlərlə təmas saxlamasının verilən vərasət və imtiyaz fərmanına zidd olduğunu xatırlatdı.

Xədiv İsmayıl Paşanın qulaq ardı edərək məsələni ört-bas edən cavab məktubundan məmnun qalmayansədrəzəmƏli Paşa ikinci bir xəbərdarlıq göndərdi və xədivə imtiyaz şərtlərinə riayət etmədiyi halda vəzifədən alınacağı bildirildi. Yeni bir Misir probleminin çıxmasını istəməyənİngiltərəFransa isə tərəfləri sakitləşdirməyə cəhd etdi.SədrəzəmƏli Paşa 29 noyabr 1869-cu il tarixli fərmanla xədivin imtiyazlarını məhdudlaşdırdı. Bu fərmanla Misir büdcəsinin hər il İstanbula hesabat verəcəyi və xarici borclanma üçün Bab-ı Əlinin icazəsi alınacağı bildirildi. İsmayıl Paşa bir neçə gün gözlədikdən sonra fərmanın şərtlərinə tabe olacağını bildirdi.

Sədrəzəm qarşısında geri addım atmağa məcbur olan İsmayıl Paşa öz siyasətini yürütməyə davam etdi. Təmsilçisiniİstanbula göndərərək müvafiq dövlət adamlarını ələ almağa çalışan İsmayıl Paşa,Əli Paşanın vəfatı (7 sentyabr 1871) ilə daha da sürətləndi. 1872-ci ildəİstanbula gələn İsmayıl Paşa payladığı hədiyyələrlə Bab-ı Əlidən 2 imtiyaz sənədi daha aldı. 28 sentyabr 1872-ci il tarixli fərmanla sabiqsədrəzəm tərəfindən gətirilən məhdudiyyətlər aradan qaldırıldı. Əlavə olaraq xədivə Avropa dövlətləriylə borc müqavilələri bağlama hüququ verildi.Sultan ƏbdüləzizsədrəzəmMithat Paşanın etirazına baxmayaraq fərmanı xədivin istədiyi formada qələmə aldı. 10 iyun 1873-cü il tarixli ikinci fərmanla isə 1841-ci ildən etibarən Misir üçün verilən bütün imtiyazlar təsdiq olundu.

Maliyyə böhranı və vəzifədən alınması

[redaktə |vikimətni redaktə et]

İsmayıl Paşa əldə etdiyi ikinci fərmanla Misiri, idarəçiliklə yanaşı hüquqi anlamda da müstəqilləşdirməyə nail oldu. Ancaq bu fərman üçün o,padşaha 1 milyon,sədrəzəmə isə 600 min lirə dəyərində hədiyyələr verməli oldu. Bütün bu məbləğləri ödəmək və Misirdə planlaşdırdığı işləri görmək üçün qəti maliyyə islahatları aparmağa başladı. 1873-cü ildə Misirin ümumi borcu 68 min 496 min 460 sterlinqə yüksəlmişdi. Bu səbəblə Misir əhalisi üzərinə ağır vergilər qoyan İsmayıl Paşa 1870–1871-ci illərdə baş tutanFransa–Prussiya müharibəsi səbəbilə xarici borc ala bilmədi və verilən qərarla 5 illik vergisini nağd şəkildə ödəyən şəxslərin vergi yükünün yarısı ləğv edildi. Bu yolla yalnız 125 milyon frank əlavə gəlir əldə edən Misir iqtisadiyyatı daha da çıxılmaz hala düşdü. İsmayıl Paşa maliyyə vəziyyətini yaxşılaşdırma məqsədiləSüveyş kanalı şirkətindəki səhmlərini 4 milyon sterlinq qarşılığında İngiltərəyə satdı.İngiltərəFransa isə Misirin borclarının ödənilməsi üçünQahirəyəİstanbula təzyiq göstərməyə başlamışdı.Xədiv adına Avropada açılan məhkəmə işinin nəticəsi olaraq Misir maliyyə sistemi borc verən dövlətlərin əlinə keçdi. Bu azmış kimi, İsmayıl Paşa məclis qarşısında məsul ola biləcək bir icra orqanı qurmağa cəhd etdi. Nübar Paşa tərəfindən qurulan bu hökumət kabinetində ingilis Çarlz River maliyyə, fransız Bliqners isə Nafia (memarlıq və tikinti işləri) naziri təyin edildi. Ancaq əcnəbilərin Misir hökumətində söz sahibi olamsı yerli əhalinin etirazlarına səbəb oldu. 1879-cu ilin fevralında böyük mitinqlər başladı. Əhalinin və ordunun etirazlarından sonra İsmayıl Paşa 2 əcnəbi naziri vəzifədən azad etdi. Şərif Paşa rəhbərliyində qurulan və Misirlilərən ibarət yeni hökumət kabineti isə Avropa dövlətlərinin etimadını sarsdı.

Fransaİngiltərə borclarının ödənilməməsi səbəbilə Bab-ı Əlidən İsmayıl Paşanın vəzifədən azad olunmasını tələb etdi.Sultan Əbdülhəmid Avropa dövlətlərinin təzyiqi vəsədrəzəmXeyrəddin Paşanın təkidiylə 26 iyun 1879-cu ildə İsmayıl Paşanı vəzifədən azad etdi. Dərhal Misirdən deport edilən İsmayıl Paşa öncəNeapola getdi, daha sonraİstanbula gələrək Əmirgandakı köşkünə çəkildi. 2 mart 1895-ci ildə vəfat etdi və cənazəsi Misirə aparıldı.

Haqqında

[redaktə |vikimətni redaktə et]

İsmayıl Paşa 16 ilə yaxın davam edən Misir səltənətində ordunu, donanmanı və dövlət strukturunu yenidən tənzimlədi. Orta və yüksək dərəcəli məktəblər açdı. Qəzet və mətbəələrə maddi dəstək təmin etdi. Milli kitabxana, muzey və coğrafiya cəmiyyəti qurdu. Abadlıq işlərini sürətləndirərək öz adına İsmailiyyə şəhərini saldı. Süveyş kanalı onun səltənətində fəaliyyət başladı. Opera və teatr binaları açıldı.

Ailəsi

[redaktə |vikimətni redaktə et]

Oğul övladları

[redaktə |vikimətni redaktə et]

Qız övladları

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • BA, YEE, nr. 31/1769/97/80, 31/2456/97/80, 39/1209/131/116.
  • E. de Leon, Egypt under its Khedives, London 1882.
  • J. Mc. Coan, Egypt under Ismail, London 1889.
  • A. Colvin, The Making of Modern Egypt, London 1906.
  • İlyas el-Eyyûbî, Târîḫu Mıṣr fî ʿahdi’l-Ḫidîv İsmâʿîl Bâşâ, I–II, Kahire 1341.
  • M. Sabry, La genèse de l’esprit national egyptien (1863–1882), Paris 1924.
  • P. Crabites, Ismail, the Maligned Khedive, London 1933.
  • G. Douin, Histoire du règne du Khédive Ismail, I–III, Caire 1935–36.
  • Karal, Osmanlı Tarihi, VII, 39–53.
  • Abdurrahman er-Râfiî, ʿAṣru İsmâʿîl, I–II, Kahire 1948.
  • D. Landes, Bankers and Pashas: International Finance and Economic Imperialism in Egypt, London 1958.
  • Emine Foat Tugay, Three Centuries, Family Chronicles of Turkey and Egypt, London 1963, s. 128–145.
  • A. Abdel-Malek, Idéologie et renaissance nationale, l’Egypte moderne, Paris 1969.
  • P. J. Vatikiotis, The Modern History of Egypt, London 1969, s. 70–89.
  • a.mlf., "Ismāʿīl Pas̲h̲a", EI2 (Fr.), IV, 200–201.
  • Atillâ Çetin, Tunuslu Hayreddin Paşa, Ankara 1988, s. 205–208.
  • Juan R. I. Cole, Colonialism and Revolution in the Middle East: Social and Cultural Origins of Egypt’s ‘Urabi Movement, Princeton 1993, s. 28–31, 86–89, 103–107, 217–218, 226–227.
  • R. L. Tignor, "New Directions in Egyption Modernisation: Ismail, Khedive of Egypt, 1863–1879", Tarikh, II/3, Nigeria 1968, s. 64–71.
  • Ömer Rıza Doğrul, "İsmail Paşa, Hidiv", AA, II, 461–462.
  • Yılmaz Öztuna, "İsmail Paşa", TA, XX, 309–310.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Isma'il Pasha //Encyclopædia Britannica (ing.).
  2. 1234Исмаил-паша //Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд.Москва:Советская энциклопедия, 1969.
  3. 1234Archivio Storico Ricordi. 1808.
  4. 123Dictionary of African Biography (ing.). /E. K. Akyeampong,Henry Louis Gates, Jr.NYC:OUP, 2012.
  5. Pas L. v.Genealogics (ing.). 2003.
  6. https://islamansiklopedisi.org.tr/ismail-pasa-hidiv.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kavalalı_İsmayıl_Paşa&oldid=7992675"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp