Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Katarxey

Vikipediya, azad ensiklopediya
Yerin geoloji tarixinin bir hissəsi
Katarxey
4567—4031 mln il qabaq
Geoxronoloji məlumatlar
SupereonKembridən əvvəl
İqlim[1]
Oksigen səviyyəsi0 %
Orta temperatur100°C-dən aşağı (Eonun axırına)
Arxey →
Geoxronoloji şkalamilyon
il
əvvəl
EonEraDövr0
F
a
n
e
r
о
z
о
y
KaynozoyDördüncü dövr2,58
Neogen23
Paleogen66
MezozoyTəbaşir145
Yura201
Trias252
PaleozoyPerm299
Karbon359
Devon419
Silur444
Ordovik485
Kembri541
K
e
m
r
i
d
ə
n

ə
v
v
ə
l
ProterozoyNeoproterozoyEdiakar635
Kriogen720
Toni1000
MezoproterozoySteni1200
Ektaz1400
Kalim1600
PaleoproterozoyStater1800
Orozir2050
Rias2300
Sider2500
ArxeyNeoarxey2800
Mezoarxey3200
Paleoarxey3600
Eoarxey4000
Katarxey4600
Mənbə

Katarxey və yaKatarxey eonu — təxminən 4.6 milyard il əvvəlYerin yaranması ilə başlamış,Yer tarixinin 4eonundan ilki.[2] 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing.International Commission on Stratigraphy və yaICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir.[3] Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi.[4][5] Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat.priscus-qədim) ifadəsini təklif etdi.[6] Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.

Süxurlar

[redaktə |vikimətni redaktə et]

20-ci əsrin son onilliklərində geoloqlar QərbiQrenlandiyadan,Kanadanın şimal-qərbindən vəQərbi Avstraliyadan Katerxeyə məxsus bir neçə süxur qalığı aşkarladılar. 2015-ci ildəQərbi Avstraliyada 4,1 milyard illik qayalıqlarda "biotik həyat qalıqları" olaraq təsnif edilən karbon minerallarının izləri tapıldı.[7][8]

Atmosfer və okeanlar

[redaktə |vikimətni redaktə et]

Yer kürəsini meydana gətirən materialda çox miqdardasu vardı. Su molekulları meydana gəlməsi zamanı daha az kütləyə sahib olsaydı, Yerincazibə qüvvəsindən daha asanlıqla qurtula bilərdi.Kosmik sürət səbəbindən hidrogen və heliumun daima (bu günə də) kosmosa axdığı düşünülür.

Qədim planetin bir hissəsinin Yerin bir və ya iki böyük bölgəsinin əriməsinə səbəb ola biləck proses,Ayı meydana gətirən toqquşma nəticəsində dəyişdiyi düşünülür. Bununla birlikdə,maddə bu toqquşma ilə buxarlanmalı, gənc planetin ətrafında süxur tərkibli buxar atmosferi yaratmalı idi. Bu buxar, ehtimal ki, iki min il ərzində yoğunlaşıb,hidrogensu buxarından ibarət atmosfer yaratdı. Maye sudan ibarət okeanlar 230 °C (446 °F) səth istiliyinə baxmayaraq mövcud idi, çünki ağırCO2 atmosferinin səbəb olduğu 27 atmosferdən yuxarı biratmosfer təzyiqində su hələ də maye halında olur.

Zirkonlar üzərində aparılan tədqiqatlar maye suyun 4.4 milyard il əvvəl,Yer meydana gəldikdən çox qısa müddət sonra mövcud olduğunu aşkara çıxardı. Bunun üçün biratmosferin olması tələb olunurdu. Yerin soyuması təxminən 4.4 ilə 4.1 milyard il arasındakı bir dövrü əhatə edir.

2008-ci ilin sentyabr ayındaAvstraliyanın Katarxey mənşəli süxurlarında aparılan araşdırma, 4 milyard il əvvəl (Yer yaranmasından təxminən 600 milyon il sonra)tektonik pltələrin mövcudluğuna işarə edən dəlillər tapdı. Əgər bu həqiqətdirsə, Yer kürəsinin isti, əridilmiş bir səthə və dəm qazı ilə dolu atmosferə sahib olduğu dövrdən bugünkü kimi olmasına keçid dövrünü təxminən 4.0 milyard il əvvəl olduğunu demək olar. Tektonik plitələrin və okeanların hərəkətləri çox miqdarda karbon qazını sıxışdıraraq,istixana təsirini azaldır və daha sərin səth istiliyinə, bərk süxurların meydana gəlməsinə və bəlkə də həyatın yaranmasına səbəb olur.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Hadean Eon - Britannica".2022-01-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2022-01-09.
  2. "International Chronostratigraphic Chart 2015"(PDF). International Commission on Stratigraphy.2 April 2015 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:23 January 2016.
  3. Ogg, J. G.; Ogg, G.; Gradstein, F. M.A Concise Geologic Time Scale: 2016. Elsevier. 2016. səh. 20.ISBN 978-0-444-63771-0.
  4. Cloud, Preston."A working model of the primitive Earth". American Journal of Science. 272 (6). 1972: 537–548.Bibcode:1972AmJS..272..537C.doi:10.2475/ajs.272.6.537.
  5. Bleeker, W.10. Toward a "natural" Precambrian time scale // Gradstein, Felix M.; Ogg, James G.; Smith, Alan G. (redaktorlar ).A Geologic Time Scale 2004. Cambridge, England, UK: Cambridge University Press. 2004. səh. 145.2016-05-15 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2020-04-18.
  6. "Oxford Dictionary, "Priscoan"".2018-11-29 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2020-04-18.
  7. Borenstein, Seth."Hints of life on what was thought to be desolate early Earth".Excite. Yonkers, NY:Mindspark Interactive Network.Associated Press. 19 October 2015.2015-10-23 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2015-10-20.
  8. Bell, Elizabeth A.; Boehnike, Patrick; Harrison, T. Mark; və b."Potentially biogenic carbon preserved in a 4.1 billion-year-old zircon"(PDF). Proc. Natl. Acad. Sci. U.S.A. Washington, D.C.:National Academy of Sciences. 112. 19 October 2015: 14518–21.Bibcode:2015PNAS..11214518B.doi:10.1073/pnas.1517557112.ISSN 1091-6490.PMC 4664351.PMID 26483481.2015-11-06 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi:2015-10-20.


VikianbardaKatarxey ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Katarxey&oldid=7969577"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp