Kasklar[1] və yakaşklar[1] (het mətnlərində "Gašga", "Kašga", "Kaška";II Ramzesin kitabələrində "Kškš";Assuriya mənbələrində "māt Kašku";Uqarit mənbələrində "ktk")[2] — e.ə. II minilliyin əvvəlləri[3] ilə e.ə. VIII əsr arasındakı[4] bir dövrdəAnadoluda,Pont regionunun şərqində yaşamış,[5] təsnif edilməmişkask dilində danışmış qeyri-Hind-Avropa mənşəli[6]yarımköçəri tayfa və ya tayfalar icması. Kaskların yazı dili yoxdur və şəhər salmamışdılar. Onlar arxeoloqlara məlum deyillər və bu səbəbdən kask mədəniyyəti haqqında çox az məlumat mövcuddur.
Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adına rast gəlinməsə də, onların Het dövlətinin daha əvvəlki dövrlərində mövcud olmasıIII Xattusili vəIV Tudxaliyanın hakimiyyət dövrünə aid kitabələrdə qeyd edilir.[7] Kasklar Het dövləti mövcud olduğu dövr boyu padşahlıq üçün bir problem olmuşdur. Münaqişənin kritikləşməsi səbəbilə kask basqınları hətta dövlətin ucqar bölgələrinə də yayılmışdır. Tarixçilər güman edirlər ki, Het dövlətinin süqutundan sonra kasklarAssuriya sərhədlərinə qədər irəliləyərək ətrafdakı padşahlıqlarla ittifaq qurmuş, nəhayət Assuriyadan gələn hücumlar vəkimmerlərin istilası nəticəsində məhv olmuşdular.[8]
Kaskların əslən yerliAnadolu xalqı olub-olmadığı bilinmir.Assuriyaticarət müstəmləkələri dövründə Anadoluda və daha sonra kaskların yaşadıqları ərazilərdə mövcud olmuş bəzi yerli padşahlıqlar o dövrdə kaskların Anadoluda yaşayıb-yaşamadıqları dair işarələr verir.[3][11] Kaskların yaratdığı və indiki dövrə qədər qorunub-saxlanılmış materiallar son dərəcə nadirdir. Mütəxəssislər bunu onların öz memarlıq fəaliyyətlərində əsasənağacdan istifadə etdiyini irəli sürərək əsaslandırmışdılar. Kaskların buraxdıqları irs çox az olduğundan onlar haqqında məlumatHet,Misir və Assuriya dövlətlərinin mənbələrindən əldə edilir.[12]
"Kaska" termini ilə onun sinonimi olan "abeşla" bəzi tədqiqatçılar tərəfindənadıqların vəabxazların özlərinə verdikləri adlar ilə müqayisə edilir.[13] Odur ki, bir nəzəriyyəyə görə, kasklarQafqazın şimal-qərb hissəsində yaşayanabxaz-adıq mənşəli tayfalarla əlaqəli idilər.[14][15]Protoxronist – müasir xalqların kökünü bilavasitə ən qədim dövrlərə çıxarmaq məqsədini daşıyan psevdotarixi milliyətçi cərəyanlarda kasklarqaqauz vəqazaxlar kimi müxtəlif müasirtürk xalqlarının əcdadları hesab edilir.[16]
Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adı çəkilməmişdir. Mütəxəssislər "kask"ın endonim yox, hetlər tərəfindən regionun əhalisinə verdikləri bir ad olduğunu güman edirlər. Buna səbəb odur ki, yeni padşahlıq dövrünə aid mənbələrdə kaskların yalnız qədim padşahlıq dövründə diqqətəlayiq bir güc kimi meydana çıxdıqları qeyd edilmişdir.[7]I Xattusilinin hərbi yürüşlərini təsvir edən mənbədə kaskların adı qeyd edilməsə də, hökmdarın kaskların nəzarətində olanSanaxuitta vəSalpuvaya yürüş etdiyi bildirilmişdir.[17] Bu yürüşlərdən sonra XattusiliAnadoluda siyasi birliyə nail olmuş və ardıncaSuriyanın şimalına üz tutmuşdur.[18]
Kaskların regionda əhəmiyyətli bir güc olaraq nə vaxt meydana çıxması tam aydın olmasa da, ən azıI Xantilinin hakimiyyəti dövrünə (e.ə. 1590–1560) aid het mənbələrində onlar haqqında birbaşa məlumat verilmişdir.[7] Onun hakimiyyəti illərində kasklar bir sıra vilayətləri ələ keçirmiş və hetlərinQara dənizə çıxışlarını kəsmişdilər.[1]Xattusa şəhəri divarlarla əhatə olunmuşdu;IV Tudxaliyanın salnamələrində izah edilmişdir ki, buna səbəb hetlərin kaskların şimaldan həyata keçirdikləri basqınlarından daha yaxşı qorunmağa çalışmaqları idi.[19] Həmin mənbədə kaskların Tiliura vəNerik şəhərlərini tutduqları qeyd edilmişdir. Bundan sonra kasklar 300 il Nerikə hakim olmuş və beləliklə,Kummesmaxa çayı het–kask sərhədinə çevrilmişdir.[7] Mütəxəssislər bu qeydlərə birtərəfli yanaşmırlar və ehtimal edirlər ki, bu, Xantili üzərindən aparılmağa çalışılan bir təbliğatın nəticəsi olmuş ola bilər.[20]
Ammunanın hakimiyyəti dövrünə (e.ə. 1550–1530) aid salnamədə kaskların adı qeyd olunmamışdır, lakin qoşunlarınTipiya şəhərində yerləşdirildiyi bildirilmişdir. Çox fəal bir kaşk regionunda yerləşən bu şəhər yeni padşahlıq dövrünə aid het mənbələrindəII Mursilinin burada "padşah kimi hökm sürdüyü" və onun Pixxuniya adlı ağaya sahib olduğu yazılmışdır.[18]
![]() | ||||||||||
ÇarI Arnuvanda və çariçaAşmunikalın dua mətni. İstanbul Arxeologiya Muzeyində sərgilənir. |
ÇarI Arnuvanda və çariçaAşmunikalAnadoluda hökmranlıq etdiyi dövrdə kasklar ilə müharibə zamanı öz arabası ilə Zuliya çayı (indiki Çekerek çayı)[21] üzərindəki körpünü təkbaşına keçməyə cəhd edən, ardınca körpüdən çaya tullanaraq qarşı tərəfə qədər üzən Tudxaliya adlı sərkərdənin şücaəti populyar olmuşdur.[22] Kasklara müqavimət göstərə bilməyən Arnuvanda və Aşmunikalıntanrılardan sığınacaq və kömək istəmək üçün tərtib etdikləri dua mətni bu dövrdə het–kask müharibələri və coğrafiyası haqqında məlumat verir.[23] Bu mənbəyə görə, kasklar Nerikka, Xursama, Kastama, Serisa, Ximuva, Taqqasta, Kammama, Zalpuva, Kapiruxa, Xuma, Dankusa, Tapasava, Taruqqa, İlaluxa, Zixxana, Sipidduva, Vasxaya, Patalliia, Tuxassuna ve Taxarantiya şəhərlərini tutmuşdur. Het mənbələrində qeyd edilmişdir ki, kasklar bu şəhərlərdə "məbədləri dağıtdılar, heykəlləri məhv etdilər". Həmin mənbədə hədiyyələr qarşılığında kasklarla sülh müqavilələri imzalandığını, lakin bu müqavilələrin dərhal sonra kasklar tərəfindən yenidən pozulduğu qeyd edilmişdir.[23]
Bu dua mətninə əlavə olaraq, Arnuvanda və Aşmunikal kasklarla barışmağa çalışmışdılar. Mənbələrdə qeyd edilmişdir ki, bu dövrdə het–kask müqavilələrinin sayı birdən-birə çoxalmışdır. Bu müqavilələrə görə, əvvəlki müqavilələrdən fərqli olaraq, kask və hetlər bəzi şərtlərlə birlikdə yaşaya bilərlər. Həmçinin, bu müqavilələrin heç birinin şərtində hökmdarın dəyişməsi zamanı dövlətə sədaqətin qorunması və lazım gəldikdə əsgər ehtiyacının təmin edilməsi verilməmişdir.[24]
I Suppiluliumanın salnaməsində yazıldığına görə, atasıII Tudxaliyanın hakimiyyəti dövründə kasklar paytaxtın Samuxaya köçürülməsinə səbəb olmuş, Xattusadan keçərək Nenassa şəhərini sərhədə çevirmişdilər.[25][26] OğluMursilinin salnaməsində yazılmışdır ki, II Tudxaliyanın hakimiyyəti dövründə het ordularına başçılıq etmiş Suppiluliuma kasklara qarşı bir çox uğurlu yürüşlər həyata keçirmiş və dövlətin əvvəlki şimal sərhədlərini bərpa etmişdir.[27]
II Mursilinin salnaməsində qeyd olunanlara görə, onun hakimiyyəti dövründə çoxlu üsyanlar qalxmışdır. Odur ki, təkcə kasklar deyil, bütünAnadolu əhalisi üsyan qaldırmışdır. Əslində, hər taxt dəyişikliyində üsyanlar baş verirdi, lakin bu dəfə onlar çarın gənc olmasından istifadə edirdilər. Dövlətinvəbapandemiyası səbəbilə zəifləməsi də üsyançılar üçün mühüm fürsət idi. Kaskların etdiyi basqınlar bəzi bölgələrdə əhalinin azalmasına səbəb olmuşdu, bu səbəbdən II Mursili bu bölgələri əsasən Qərbi Anadoludan gətirdiyi 66 minə yaxın hərbi əsirlə doldurmuşdur.[28] Mursili hakimiyyətinin birinci ilindəİsxupitta şəhərindən olan kask tayfalarıDurmitta şəhərinə hücum etmək üçün üsyan qaldırmışdır, Mursili isə kaskların nəzarətində olan Xalilas və Duddusqas şəhərlərini ələ keçirərək yağmalamışdır.[29][30] Mursili əvvəlcə şimal yürüşlərinə üstünlük vermişdir və bu da artıq dövlətin bir ənənəsinə çevrilmişdi, kask tayfalarının nə qədər təhlükəli olduğunu göstərir.[31]
Bu müharibədən sonra İşupitta ölkəsindən olan kasklar bir müddət II Mursiliyə ordu vermiş, lakin sonra bunu dayandıraraq üsyan qaldırmışdılar. Mursili üsyanı yatırtmış və qələbə çalmışdır, kasklar isə yenidən hetlərə ordu verməyə davam etmişdir.[29] Mursili hakimiyyətinin 5-ci ilindəPala ölkəsinin yolunu kəsən kasklarla vuruşdu, növbəti il isəZixxariya şəhərinə yürüş etmişdir.[32][33] Bu ölkədəki kasklar Tarikarimu dağını tutaraqXattusaya hücum etmişdir. II Mursili burada kaskları məğlub edərək Zixxariyanı yerlə-yeksan etmişdir.[33]
II Mursilinin salnaməsində onun hakimiyyətinin 7-ci ilində peyda olan vəHayasa Azziyə basqınlar edən Pixxuniya adlı bir kask hökmdarından bəhs edilmişdir.Tipiya ölkəsində hökmranlıq edən Pixxuniya digər kask hökmdarlarından fərqli olaraq yaxınlıqdakı digər kask tayfalarını öz ətrafında birləşdirərək özünü çar elan etmişdir.[30][34] Pixxuniya gündən-günə sərhədlərini genişləndirirdi, II Mursili isə onun yanına səfir göndərmiş və Pixxuniyanın götürdüyü kölələri geri qaytarmasını xahiş edərək problemi diplomatik yol ilə həll etməyə çağırış etmişdir. Pixxuniya cavabında II Mursiliyə məktub göndərərək kölələri qaytarmayacağını, hücuma məruz qalacağı təqdirdə müharibəyə başlayacağını bildirmişdir.[35] Hər halda, nəticədə hetlərlə kasklar arasında müharibə baş tutmuş, bu zaman II Mursili Tipiyanı yerlə-yeksan etmiş və PixxuniyanıXattusaya gətirmişdir.[30]
II Muvatallinin hakimiyyəti dövründə kasklar Xattusanı keçərəkKanişə doğru irəliləmişdir.[36] Qərb səfərindən qayıdan Muvatalli şimala üz tutmuş və bu yürüşlərdə qardaşıIII Xattusilini Hayasa Azzinin hakimi təyin etmişdir. Odur ki, Muvatallinin hakimiyyəti dövründə kasklarla mübarizəni Xattusili aparmışdır.[37] MuvatalliAnziliya vəTapikka şəhərlərinə etdiyi yürüşlərdən sonra kask məsələsini işini tamamilə qardaşına həvalə etmişdir.Almaniya şərqşünasıEynar fon Şulerin iddiasına görə, Muvatalli kask basqınlarına görə paytaxtıTarxuntassaya köçürmək qərarına gəlmişdir. Xakpisdə çar elan edilən III Xattusili kasklarla vuruşmağa başlamış, sondaNerik şəhərini tutmuş və ətraf şəhərləri xəraca bağlamışdır.[38]
Het dövlətinin təqribən e.ə. 1200-cü ildə süquta uğramasından sonraUqarit vəAssuriya mənbələrində "Kasku/a" (Ktk) çarlığının adına rast gəlinir.[2] Mütəxəssislər bu dövləti kasklarla eyniləşdirir, lakin bunun dəqiqliyi məlum deyil. Eyniləşdirmənin doğru olduğu halda, mənbələrə görə, kaskların idarə etdiyi ərazilər qərbdəmuşklar, şərqdəUrartu dövlətinə, cənubda isəTabal dövlətinə qədər uzanırdı.[8][39]Assuriyanın tabeliyinə keçməkdən imtina edən kasklar Urartu dövləti və muşklar ilə birlikdə Assuriyaya qarşı müharibə aparmış, lakin məğlub olaraq yenə Assuriyaya vergi ödəmək məcburiyyətində qalmışdılar.[8] Assuriya çarıIII Tiqlatpalasarın hakimiyyət dövrünə aid mənbələrdə vergilərin ödənilməsinə məsul şəxs kimi Kasklı Dadilunun adı qeyd olunmuşdur.[40] Kask adına e.ə. VIII əsrdən sonra rast gəlinmir. Tarixçilər hesab edirlər ki, qalan sonuncu kaskların bir qismifrigiyalılar vəassuriyalılarla birləşmiş, digərləri isəkimmerlərin istilası nəticəsində yox olmuşdular.[4] Başqa bir nəzəriyyəyə görə, assuriyalılar tərəfindən rədd edilən kaskların hissəsi şimal-şərqə,Qafqaza köçmüş vəKolxidada məskunlaşan yerliprotogürcülərlə qarışmışdılar, digər hissəsi isəKappadokiyada məskunlaşmışdı.[41]
Kaskların dəqiq olaraq məskunlaşdıqları ərazi haqqında bir neçə ehtimal mövcuddur. Onlar:[43]
Türkiyədə,Kastamonu vilayətinin Devrekani rayonunda yerləşən Qınıq kəndində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilən,Kastamonu ilə eyniləşdirilən Kastama şəhəri,[44] Pala ölkəsinin yerininZonquldak yaxınlıqlarına, Kalasma ölkəsinin yerininSafranbolu–Gərədə yaxınlıqlarına aid edilməsi[45] və Pınarbaşı rayonunda tapılan het qılıncı sonuncu fikri təsdiqləyir.[46] Ereğlidəki İnönü mağarasında tapılan xarabalıqlar da kaskların bu bölgədə məskunlaşdığına varlığına dəlalət etdiyi üçün qərbi kaskların yaşadığı arealı buraya daxil etmək olar.[47] Tarixçilər kaskların şərq torpaqlarınınHayasa Azzi ilə sərhəddə olduğunu güman edirlər.Quşaqlı və Qayapınarda aparılan qazıntılar Hayasa Azzinin sərhədləri haqqında təsəvvür yaradır.[48] Bütün bunlara baxmayaraq, het mənbələrinin tədqiq edilməsindən sonra müəyyən edilmişdir ki, kasklar ilə hetlərin arasındakı sərhəd dəqiq müəyyən edilməmişdi və bu sərhədlərin zaman-zaman kasklar ilə hetlər arasında olan güc balansına uyğun olaraq dəyişirdi. Məsələn, kasklar sərhədlərini qısa bir müddət Nenassa (indikiNevşəhər) şəhərinə qədər genişləndirməyə nail olmuşdu.[49]
![]() | ||||||||||
II Ramzes məbədinin divarındaKadeş döyüşünün təsviri. |
Kasklar müstəqil tayfa qruplarına bölünmüşdü. Bu qrupların orduları çoxlu saydapiyada vəsüvari döyüşçülərdən ibarətdir. Buna əlavə olaraq, bu ordulara dəstək verməyə daim hazır vəziyyətdə olan "kömək orduları" fəaliyyət göstərirdi. Kömək orduları sayəsində kasklar bir-birlərinihetlərin hücumlarına qarşı xəbərdar edə və bir-birlərinə dəstək verə bilirdilər.[50]
Kask tayfalarının zaman-zaman vahid liderlik altında birləşdiyi mənbələrdə öz əksini tapmışdır.II MursilininTipiyaya yürüşü zamanı Pixxuniya adlı padşahın adı çəkilmişdir. Mənbələrdə II MursilininTummannaya yürüşü zamanı kaskların mühüm bir qisminin Pitaqqatalli adlı bir lider altında birləşdiyi, 9 min nəfərlik ordu ilə mövqe tutaraq hetlərə qarşı vuruşduğu qeyd edilmişdir. "Kašku/a" çarlığından bəhs edən mənbədə Bar-qaaqa və Dadilunun adları xatırlanır. Bu onu göstərir ki, kasklar sonrakı dövrlərdə kral administrasiyası qurmuş ola bilərlər.[39]
Öz aralarında mövcud olan əlaqələrə əlavə olaraq, ətraflarındakı cəmiyyətlərlə ittifaq quran kasklarI Suppiluliumanın hakimiyyəti dövründəHayasa Azzi ilə ittifaq quraraqHet dövlətinə hücum etmişdir.[51] Odur ki, Suppiluliumanın hakimiyyət dövrünə aid mənbələrdə 12 müstəqil kask qrupunun adı çəkilmişdir.[52] Kask ordularının qəfil, gözlənilməz basqınları hetlərə böyük dərəcədə ziyan vurmuş, hetlər isə bu təhlükənin qarşısını almaq üçün bir çox qalalara və sərhəd bölgələrinə hərbi hakimlər təyin etmişdilər.[53] Müqayisədə, kasklar nadir hallarda qala kimi hərbi tikililər inşa edirdilər. Sabit mövqelərdə müdafiə oluna bilmədiklərinə görə onlar coğrafi şəraitə uyğunlaşaraq hücuma çıxır və müdafiədə qalırdılar.[54] Yaşadıqları coğrafiya vəyarımköçəri struktura malik olduqlarına görə onlar istehkam qurğuları tikmək əvəzinə, ərazisi nəqliyyat baxımından çox çətin olan dağlıq və meşəlik bölgələrdə məskunlaşaraq het ordusunun onları təqib etməsinə mane olurdular.[55]
Qədim Misir mənbələrinə görə,Kadeş döyüşündəHatti ölkəsinin hər yerindən toplanan döyüşçülər het ordusuna daxil edilmişdi. Bu döyüşçülər arasında kask tayfalarına mənsub döyüşçülər də var idi. Hetlərin hakimiyyəti altında olan kask qrupları het ordusunu döyüşçülərlə təmin etməli idi. Misirlilər kaskların arabalı döyüşçüləri haqqında məlumatlı idilər və kaskları bir relyefdə təsvir etmişdilər, lakin bu relyef zədələnmiş haldadır. Bu, kaskların təsvirini özündə əks etdirən yeganə mənbədir.[56]
Kasklaryarımköçəri, yarımoturaq həyat tərzi keçirirdilər. OnlarAnadoluda çox rast gəlinən çobanlıq və toxuculuq işləri ilə məşğul olurdular.Hetlər kaskları "donuzotaranlar" adlandırsalar da, müqavilə mətnlərində ümumi mənzərədə çoban və maldarların daha çox xatırlandığı, donuzçuluğun kaskların iqtisadiyyatında böyük yer tutmadığı və burada donuzotaranlığın kaskları alçaltmaq üçün istifadə edildiyi anlaşılır.[57] Bu ifadələrə əlavə olaraq, kaskların "barbar, təxribatçı və qarətçilər" adlandırılması da kasklara qarşı diskriminativ münasibətin göstəricisidir.[12] Bundan əlavə,III Xattusilinin Tiliura sakinləri ilə bağladığı müqavilədə şəhər sakinlərinə kask çobanları ilə birlikdə hərəkət etmək və işləmək, hətta kasklara şəhərə daxil olmaq qadağan edilmişdi.[58][59]
Kaskların iqtisadiyyatındakənd təsərrüfatı da mühüm rol oynayırdı. Məlumdur ki, hetlər kask şəhərlərini ələ keçirdikdən sonra bütün taxıl məhsullarını yandırmışdı,[57] kasklar isə özlərinə əkin sahələrinə çəyirtkə basqınları səbəbindən hetlərin əkin sahələrinə hücum etmişdilər.[60] Kasklar həmçinin, üzüm bağlarına da sahib idilər və hetlər tutduqları kask bölgələrinə onlara şərab verməyi məcbur etmişdir.[61] Bunlardan başqa, het mənbələrində kask tacirlərdən bəhs edilsə də, onların hansı məhsullarla ticarət etdikləri barədə məlumat yoxdur. Hetlər öz ölkələrində kask tacirlərini sərt şərtlərlə məhdudlaşdırırdılar.[62]
Kaskların dini haqqında çox az məlumat olsa da, het–kask müqavilələrində şahidlər kimi kask tanrılarının adı çəkilmişdir.[63][64] OnlardanZababanınhatt tanrısıVurunkatte olduğuna və kask bölgəsində mərkəzi rol oynadığına dair iddialar var. Adı çəkilən müqavilənin mətnində kaskların hatt ölkəsinə hücum etdiyi halda, tanrı Zababanın onların silahlarını geri çevirərək ürəklərini parçalaması haqqında bir hissə var, lakin kaskların müqavilə mətnində onları lənətləyən tanrı Zababaya and içdikləri müşahidə olunur.[65] Tarixçilərə görə, bu onu göstərir ki, bu tanrı kask dinində mühüm rol oynamışdır. TanrıTelipinu hatt mənşəli bitki tanrısıdır. Onun arvadıHatepunaII Mursilinin hakimiyyəti dövründə kaskların hörmət bəslədiyi bir ilahə idi.[66]
HattlarınAy tanrısının adıKaskudur. Bu ad "Kask-" kökünə əsaslanaraq "-u" şəkilçisi ilə formalaşmışdır. Kask adının Ay tanrısının adından törəmiş olması da ehtimal edilir. Tarixçilərhet mətnlərində kaskların Ayın səmada olduğu gecələrdə basqın etdiklərinin qeyd edilməsinə əsaslanaraq iddia edilər ki, hetlər bu gecə basqınlarından qorxduqlarından və ya Ay tanrısının hattlara qohum yerli bir xalqa kömək etməsini fikirləşdiklərindən kasklara bu adı vermiş ola bilərlər.[67] Bunlara əlavə olaraq,I Arnuvandanın dua mətnində kaskların da özlərinə məxsus bayramları olduğu və başqa xalqların tanrılarını qəbul etmə siyasəti yürüdən hetlərin bu bayramlara hörmətlə yanaşdıqları qeyd edilmişdir.[23]
Kask dilinin hansı dil ailəsinə aid olması ilə bağlı bir sıra nəzəriyyələr mövcuddur. Kask dilininQafqaz dilləri ilə əlaqəsi olduğu iddia edilsə də, bu iddiaya qarşı çıxanlar da olmuşdur.[15] Bu dil haqqında konkret məlumat verən mənbə yoxdur. Bəzi mütəxəssislər mövcud toponimlərə və şəxs adlarına əsaslanaraq kasklarınhatt dilində və ya ona bənzər bir dildə danışdıqlarını ehtimal edirlər.[68][69] Başqa bir iddiaya görə, bunun əksinə, kask diliHind-Avropa dillərindən olmuş,Frakiya və yaFrigiya dili ilə əlaqəli idi.[70]