Karvanasara — karvanların dayanacaq yeri.[1][2] KarvansaraylarAsiya,Şimali Afrika vəCənub-Şərqi Avropanı, xüsusilə dəİpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi.[3][4] Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixənİslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı.[5]
Böyük ipək yolunun magistralı boyuncaAzərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu.[6][7]
Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.[8]
TədqiqatçılarAzərbaycan ərazisində ən yaxşı karvansaraların BeşbarmaqlaBakıSalyan arasındakı ticarət yolu üstündə olduğunu qeyd edirlər. Bu karvanasaralar su quyuları (ovdan), yonma daşdan hörülmuş hasarları və kumbəzvari dam örtükləri ilə fərqlənir.[8]
Gibb, H.A.R.,The Travels of Ibn Battuta, AD 1325-1354, Volume IV, 2010
Hillenbrand, Robert. 1994.Islamic Architecture: Form, function and meaning. New York: Columbia University Press. (see Chapter VI for an in depth overview of the caravanserai).
Kiani, Mohammad Yusef. 1976.Caravansaries in Khorasan Road. Reprinted from:Traditions Architecturales en Iran, Tehran, No. 2 & 3, 1976.
Schutyser, Tom. 2012.Caravanserai: Traces, Places, Dialogue in the Middle East. Milan: 5 Continents Editions,ISBN978-88-7439-604-7
Yavuz, Aysil Tükel. 1997.The Concepts that Shape Anatolian Seljuq Caravansara. In: Gülru Necipoglu (ed). 1997.Muqarnas XIV: An Annual on the Visual Culture of the Islamic World. Leiden: E. J. Brill, 80–95. [archnet.org/library/pubdownloader/pdf/8967/doc/DPC1304.pdf Available online as a PDF document, 1.98 MB]
Янгузин Р. З. Караван-Сарай — национальная святыня башкирского народа // Оренбургской губернии — 250 лет: Проблемы истории и культуры. — Оренбург, 1994.
Караван-Сарай. — Оренбург, 1917.
Караван-Сарай / Авт.-сост. Ф. Б. Калимуллин. — Уфа, 1995.