Karl Renner — Avstriya Sosyal-Demokrat Partiyasının qurucusu vəAvstriyanın ikinci cumhuriyyətinin ilkprezidentidir. Əvvəllər parlament kitabxanasında calışırdı. Sosyaldemokratlara qatıldıqdan sonra dostları ilə birlikdə AvstriyaMarksizminin önəmli təmsilçisi halına gəldi.Avstriya-Macarıstan impersiyasının federal şəkildə yenidən qurulmasını müdafiə etmişdi.
Karl Renner kəndli ailəsində on səkkizinci uşaq olmuşdur.Vyanada hüquq təhsili alıb və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1896–1932-ci illərdə Parlamentin kitabxanaçısı vəzifəsində işləmiş və kitabxananın fondlarından öz tədqiqatlarına istifadə etmişdir.
1894-cü ildə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1907-ci ildən — Parlamentin üzvü, 1934-cü ilə qədər aşağı palatada işləmişdir.
İlk Avstriya Respublikasının yaradılmasında iştirak etmişdir. 1918–1920-ci illərdə kansler və Dövlət Şurasının sədri oluşdur. 1930-cu ildən o, 1934-cü ildə Dollfus hökuməti tərəfindən ləğv edilən parlamentin sədri seçilir.Avstriya azad edildikdən sonra o, ilk ümumi koalisiya müvəqqəti hökumətinin kansleri olmuşdur.[3] Bütün siyasi partiyaların razılığı ilə prezident seçilmişdir, lakin altı illik səlahiyyət müddəti bitmədən vəfat etmişdir.
O, Avstriya Sosial Demokratiyasının və II İnternasionalın lideri, həmçinin Avstriya-marksizmin görkəmli nəzəriyyəçisi idi. Milli məsələ probleminə dair bir neçə əsərin müəllifidir. Azlıqların siyasi və mədəni bərabərliyinə əsaslanan demokratik federasiya şəklində çoxmillətli dövlət ideyası aşılayırdı. 1938-ci ildə referendumda faşist Almaniyası ilə birlikdə anşlüz-a səs verməyə çağırırdı, eləcə də nasistləri təşviqat prosesinə fəal qoşulmağa dəvət edirdi[4].
1920–1929-cu illərdə Avstriya Respublikasının faktiki himni olmuş "Alman Avstriyası, ecazkar diyar" mahnısının mətninin müəllifidir[5].
Государство и нация, 1899 (Sinoptikus təxəllüsü ilə; ru. tərcümə — 1906)
Национальная проблема, 1902 (Rudolf Şpringer təxəllüsü ilə; ru. tərcümə — 1909, ikinci nəşr — 2010.ISBN 978-5-396-00125-1)
Теория капиталистического хозяйства : марксизм и проблема социализирования / Tərcümə G. B. Germaidze. — Moskva ; Leninqrad : Гос. изд-во, 1926. — XVIII–XX, 336 с. : ил.
Ватлин, Александр Юрьевич.Австрия в XX веке: учеб. Пособие для вузов. М. 2006.
Ватлин А. Ю., Котов Б. С., Сорокин А. К..СССР и Австрия на пути к Государственному договору. Страницы документальной истории 1945—1955. М.: Политическая энциклопедия. 2015. səh. 455.
Воцелка К..История Австрии. Культура, общество, политика. М. 2007
Жиряков И. Г..Советская оккупация Австрии: некоторые политико-правовые выводы и обобщения. // «Право и жизнь». № № 112 (7). 2007.
Котов Б. С..Переписка Сталина и Реннера //Историк. 2016.
Котов Б. С..Проблема «германской собственности» в переговорном процессе о восстановлении независимой Австрии (1945—1955) // Исторические документы и актуальные проблемы археографии, источниковедения, российской и всеобщей истории нового и новейшего времени. М.: Политическая энциклопедия. 2016. səh. 285—294.