Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Karen Ulenbek

Vikipediya, azad ensiklopediya
Karen Ulenbek
ing.Karen Uhlenbeck
Doğum adıKaren Keskulla
Doğum tarixi24 avqust1942(1942-08-24)[2][3][…](82 yaş)
Doğum yeri
Elm sahələriqismən diferensial tənlik[d], riyazi analiz, həndəsə[1], riyazi fizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
MükafatlarıABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karen Keskalla Ulenbek (ing.Karen Keskulla Uhlenbeck;24 avqust1942[2][3][…],Klivlend,Ohayo[4]) —ABŞriyaziyyatçısıOstin Texas Universitetində fəxri professor. 2019-cu il üçünAbel mükafatının qalibi olmuş və bu mükafatı alan ilk qadındır.ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1986),[11]London Kral Cəmiyyətinin xarici üzvü (2023).[12] O,ABŞ Milli Elm medalı (2000), eləcə də tədqiqata əsaslı töhfəsinə görəStil mükafatına layiq görülmüşdür (2007).

Həyatı

[redaktə |vikimətni redaktə et]

Mühəndis Arnold Keskalla və məktəb müəllimi və rəssam Karolin Vindeler Keskallanın ailəsində anadan olmuşdur. O, ailənin ilk övladı olmuşdur.[13] Gəncliyində öz dövrü üçün atipik olan idman yarışlarında fəal iştirak edirdi.[14] Karen 1960-cı ildə fizika üzrə təhsil almağı planlaşdıranMiçiqan Universitetinə daxil olmuşdur.[13] Təhsil prosesində isə məlum olmuşdur ki, o, riyaziyyatı daha çox sevir, laboratoriya işlərinin öhdəsindən zəif gəlirmiş. O, fizika üzrə ixtisasını riyaziyyata dəyişmişdir. 1964-cü ildəbakalavr dərəcəsi almışdır.[14]

1965-ci ildə fizikCorc Ulenbekin oğlu biofizikOlke Ulenbek ilə evlənmişdir.[13] Əvvəlcə təhsilini davam etdirməyi planlaşdırmırdı, lakinMilli Elm Fondundan və Vudro Vilson Fondundan təqaüd alaraqNyu-YorkdakıKurant İnstitutundaikinci dərəcəyə daxil olmuşdur. Evləndikdən sonraHarvardda oxuyan həyat yoldaşına daha yaxın olmaq üçünBrandeys Universitetinə keçmişdir.[14] O, 1968-ci ildə Brandeysdə "Dəyişikliklərin hesablanması və qlobal təhlil" mövzusundadoktorluq dissertasiyası müdafiə etmişdir.[15]

UlenbekÇikaqoda başqa bir qadın riyaziyyatçıVera Pless ilə əməkdaşlıq etmişdir. Çikaqoya köçməsi onun elmi karyerasında dönüş nöqtəsi olmuşdur.[16] O, 1977-ci ildən 1983-cü ilə qədər Çikaqodaİllinoys Universitetində işləmiş, sonra 1988-ci ilə qədərÇikaqo Universitetində riyaziyyat professoru olmuşdur.[17] Bu müddət ərzində o,Berklidə, Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda və Harvard Universitetində qonaq müəllim olmuşdur.Prinstonda UlenbekRiçard Şon ilə əməkdaşlıq edərək diferensial həndəsə sahəsində çalışmışdır.[16] O, 1982-ci ildə "dahi mükafatı" kimi tanınanMak-Artur təqaüdü almışdır. O, 1985-ci ildəAmerika İncəsənət və Elmlər Akademiyasına seçilmiş və 1986-cı ildə 44 yaşındaMilli Elmlər Akademiyasına seçilmişdir. "University of Michigan Journal" yazmışdır ki, o, ABŞ Milli Elmlər Akademiyasının ilk qadın riyaziyyatçısı olmuşdur.[14]

Əsərləri

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Donaldson S.Karen Uhlenbeck and the Calculus of Variations (ing.). //Notices Amer. Math. Soc. /F. MorganAMS, 2019. Vol. 66, Iss. 03. P. 1. ISSN0002-9920;1088-9477doi:10.1090/NOTI1806
  2. 12Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 12Karen Keskulla Uhlenbeck //Munzinger Personen (alm.).
  4. 12Deutsche Nationalbibliothek Record #172428114 //Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Honoris Causa (ing.). //Harv. Mag.[Cambridge, Mass]: 2007. ISSN0095-2427
  6. 123456http://celebratio.org/Uhlenbeck_K/article/541/.
  7. https://www.princeton.edu/news/2019/03/19/uhlenbeck-receives-abel-prize-geometric-analysis.
  8. http://www.ams.org/fellows_by_year.cgi?year=2013.
  9. www.nasonline.org (ing.).
  10. https://www.amacad.org/person/karen-keskulla-uhlenbeck.
  11. Karen K. UhlenbeckArxivləşdirilib 2019-06-29 at theWayback Machine (ing.)
  12. "Exceptional scientists elected as Fellows of the Royal Society". The Royal Society(ingilis). 2023-05-10.2023-05-11 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2023-05-12.
  13. 123Jim Al-Khalili."A biography of Karen Uhlenbeck". Abel Prize website(ingilis).2020-02-25 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2019-03-20.
  14. 1234Lee Katterman."Michigan Great Karen K. Uhlenbeck: Pioneer in mathematical analysis—and for women mathematicians". The University Record. 1999-12-06.2011-06-11 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2019-03-20.
  15. "Biographies of Women Mathematicians: Karen Uhlenbeck". Agnes Scott College(ingilis).2019-03-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2019-03-20.
  16. 12Claudia Henrion."A profile of Karen Uhlenbeck". Celebratio Mathematica. Mathematical Sciences Research Insitute. 1997.2019-03-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2019-03-20.
  17. "Karen K. Uhlenbeck". MacArthur Foundation(ingilis). 2005-01-01.2018-12-31 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2019-03-21.

Əlavə ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Karen_Ulenbek&oldid=7736432"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp