Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Arman-Jan dyu Plessi de Rişelye (fr.Armand-Jean du Plessis, duc de Richelieu; 9 sentyabr 1585 — 4 dekabr 1642) —Fransa dövlət xadimi, 1624-cü ildən ömrünün sonunadək Fransanın faktiki rəhbəri,Generalissimus. Tarixə "Qırmızı Kardinal" ləqəbi ilə düşmüşdür.
1585-ci ilsentyabrın 9-da ParisdəPuatu əyalətinin Rişelye qəsrində kasıblaşmış zadəgan ailəsində anadan olmuşdur. Onun atası Fransua dyu Plessi FransadaIII Henrixin dövründə baş prevo – məhkəmə məmuru olmuşdur, anası Süzanna de la Port Paris parlamentinin vəkilinin ailəsində anadan olub. Ailənin kiçik oğlu olan Arman-Jan markiz dyu Şillunin titulunun varisi kimi 1594-cü ildəNavarr kollecinə daxil olur və hərbçi təhsili alır.
1516-cı ildə III Henrix tərəfindən Plessiyə bağışlanmış La-Roşelye yeparxiyasında dini vəzifə ailənin yeganə gəlir mənbəyi idi.Ailənin ortancıl oğlu monastıra getdiyindən Rişelye ailəsi bu vəzifəyə gənc Armanın təyin olunmasına çalışır. Arman gənc olduğu üçün bu rütbəyə onu Roma PapasıV Pavel təsdiq etməli idi. Gənc abbatı qəbul edərkən onun fitri istedadını və hazırlığını görən V Pavel onu bu vəzifəyə 22 yaşında təsdiq etdi.
Yepiskop rütbəsi ona kral sarayı mühütünə daxil olmağa imkan verdi. Çox tezliklə oIV Henrixin hörmətini qazandı. IV Henrix onu hətta "mənim yepiskopum" deyə çağırardı. Lakin Armanın sürətli irəliləyişi bəzi saray simalarının xoşuna gəlmədi və o bir müddətə Parisi tərk etməli oldu.
Bir neçə ilLyusonda keçirmiş Rişelye boş vaxtlarında yalnız mütaliə ilə məşğul olardı və fransız dilində ilk dini traktatı yazdı. Bu müddət ərzində ölkə daxilində baş vermiş hadisələr-1610 IV Henrixin öldürülməsi və separatist qüvvələrin baş qaldırması Rişelyeni (Lyuson yepiskopu kimi) yenidən siyasi həyata qaytardı. Arada vasitəçi kimi çıxış edən Rişelye nəticədə 1614-cü ildəBaş Ştatlara Puatu ruhaniliyindən nümayəndə seçildi. Konflikt edənlər arasında neytral mövqe tutaraq tərəfləri kompromisə gətirməyə çalışan Rişelye çox qısa zamanda özünü tanıda bildi. Hətta 1615-ci ildə birinci silkin (ruhanilərin) adından son nitqi söyləmək ona həvalə edildi.
Rişelyenin bacarığı tezliklə Fransanın o zaman ki, faktiki rəhbəri ana-kraliçaMariya Mediçi tərəfindən qiymətləndirildi və o gəncXIII Lüdovikin arvadı – kraliçaAnna Avstriyalının keşişi təyin edildi. Tezliklə kral favoriti d'Ankr Rişelyeyə himayə etməyə başladı. 1616-cı ildə Rişelye Kral şurasında daxil oldu-hərbi işlər və xarici siyasət üzrə dövlət katibi təyin edildi.
Lakin 1617-ci ildəKonçininin (d'Ankr) öldürülməsi və onun yerinə hersoqde Lyuinin gəlməsi Rişelyenin təkrarLyusona qayıtması və daha sonraAvinyona göndərilməsi ilə nəticələndi. Bu müddət ərzində o yalnız dini fəaliyyətlə məşğul oldu, lakin XIII Lüdovik və anası Mariya Mediçi ilə məktublaşırdı.
Fransa şahzadə nəsillərinin nümayəndələri –Konde,Suasson vəBuilyon gənc kralın özbaşnalığına qarşı çıxması XIII Lüdoviki Rişelyeyə ana-kraliçanın ətrafına ona sakitləşdirici təsir bağışlayacağı ümidilə daxil olmağa icazə verdi. Effekt gözlənilməz oldu, ana-kraliça tam barışıq üçün oğlundan Rişelyeninkardinal seçilməsini tələb etdi. 1622-ci il 5 sentyabrda Rişelye kardinal rütbəsinə layiq görüldü, lakin Mariya Mediçinin (onunla birlikdə Rişelyenin)Parisə yalnız 1624-cü ildə qayıtması ona öz vəzifəsində bu vaxtdan etibarən fəaliyyət göstərməsinə imkan verdi. 1624-cü il 13 avqustda fəaliyyətdə olan hökumətin dağılması və ana-kraliçanın təkidi Rişelyeyə kralın "baş naziri" (birinci nazir) təyin edilməsinə imkan yaratdı.
İlk anlardan etibarən Rişelye çoxlu düşmən və etibarsız dostlarla üzləşdi. Kralın sevgisini qazana bilməsə də hər hadisədən sonra XIII Lüdovik Rişelyenin təsirinə daha çox düşürdü. Kral ailəsi Rişelyeyə isti münasibət göstərmirdilər – kraliça, ana-kraliça və hətta kralın yeganə qardaşı hersoqQaston Orleanlı Rişelye üzərində təsir əldə etmək üçün çoxsaylı qəsdlər hazırlayırdılar. Ana-kraliça çox tezliklə Rişelyenin dövlətin idarə edilməsindəki mövqeyini görüb ona himayə etməkdən əl çəkdi. Çox saylı gizli qəsdlərin üstü məharətlə açılır və günahkarlar cəzalandırılırdılar. Yalnız kral ailəsinin üzvləri mənsub olduqları titullara görə sağ qala bilirdilər.
Çox tezliklə Rişelye mərkəzi hakimiyyəti möhkəmləndirdi, parlamentlər (şəhərlərdə ali məhkəmə hakimiyyəti) kral hakimiyyətinə tabe edildi, dini işlərə nəzarəti kralın əlində cəmləşdirdi.
Hakimiyyətin ilk günlərindən Rişelye daimi intriqaların mərkəzi obyektinə çevrilmişdir. Satqınlığın qurbanı olmamaq üçün o heç kimə etibar etmir və onun bu keyfiyyəti ətrafındakılarda qorxu və başa düşməməzlik yaradırdı. Onun əsas məqsədi AvropadaHabsburqlar sülaləsinin (İspaniya) hökmranlığını zəiflətmək və Fransanın mövqeyini gücləndirmək idi. Bundan əlavə kardinal mütləq monarxiyanın qızğın tərəfdarı idi.
Rişelye səhhəti baxımınıdan zəif adam olmuşdur. Faktiki olaraq hakimiyyətin başçısı və zehni fəaliyyəti səhhətindəki problemlərin daha tez üzə çıxmasına şərait yaratmışdır. Hətta ölüm ayağında belə orduya əmrlər verir, diplomatik instruksiyalar və ayrı-ayrı əyalətlərin qubernatorlarına namələr yazırdı. 28 noyabr 1642-ci ildə kəskin ağrılar başlayır, 2 dekabrda XIII Lüdovik onu ziyarətə gəlir."Artıq vida vaxtıdır – zəif səslə Rişelye deyir. Siz Əlahəzrətləri tərk edərkən mən yalnız özümdə onunla təskinlik tapıram ki, sizin krallığınız öz qüdrətinin və şöhrətinin ən yüksək pilləsində olduğu bir dövrdə düşmənləriniz məğlub edilmiş və alçaldılmışdir. Bütün əməyimin və xidmətlərimin qarşılığında Siz Əlahəzrətlərindən mənim doğmalarımı himayə etməyinizi və xeyir-dua verməyinizi istəməyə cürət edirəm. Mən onlara öz xeyir-duamı yalnız o şərtlə verəcəyəm ki, onlar Sizə sədaqətlərini heç bir zaman pozmayacaq və sona kimi sizə tabe olacaqlar." Daha sonra o öz vəzifəsinə layiqli varis kimiMazarinini göstərir.
Növbəti gün kral sonuncu dəfə görüşə gəlir və bir saat müddətində onlar təklikdə söhbət edirlər. Daha sonra içəri gəlmiş keşişlərin sorğularına "Mənim dövlətin düşmənlərindən başqa düşmənlərim olmayıb" deyərək aydın və dəqiq cavab verir. Rişelye 5 dekabr 1642-ci ildəParisdə vəfat etmişdir vəSarbonna ərazisindəki kilsədə, universitetə etdiyi əvəzolunmaz köməyin xatirəsinə orada dəfn edilmişdir.
Fransa inqilabı müddətində Rişelyenin məzarı köçürülür. Köçürülmə zamanı Rişelyenin kəllə sümüyü oğurlanır. Ən sonda 1796-cı ildə sümüyün Nikolay Armez (Nicholas Armez) adlı şəxsdə üzə çıxdı. Bu şəxs yaxşı saxlanılış üzü hərdə nümayiş etdirirmiş. Daha sonra onun qardaşı oğlu Lui-Filip Armezin (Louis-Philippe Armez) əlinə keçən sümük nümayiş etdirilməklə yanaşı, tədqiqat üçün də verilmişdir. Yalnız 1866-cı ildəIII Napoleon Armezləri sümüyü hökumətə qaytarmağa və Rişelyenin bədənin qalan hissəsi ilə birlikdə dəfn olunmasına razılıq ala bilmişdir.[2]
Rişelye Fransızabsolyutizmini gücləndirmək məqsədilə mədəni inkişafa ciddi fikir vermişdir. Kardinalın təşəbbüsü iləSarbonnanın əsaslı rekonstruksiyası keçirilmişdir.Fransa Akademiyasının yaradılmasında əvəzsiz rol oynamış, Sarbonna Universitetinə öz vəsiyyətinə əsasən Avropanın ən böyük kitabxanalarından birini bəxş etmişdir. Parisdə Pale-Kardinal (sonradan o XIII Lüdovikə bağəşlanılır və indiPale-Royal adlanır) qəsrini tikdirir.
Rişelyenin Fransızklassisizminin çiçəklənməsi naminə rəssamlara və yazıçılara etdiyi köməkdən əlavə o özü də məhsuldar dramaturq olmuşdur. Onun pyesləri öz təşəbbüsü ilə açdırdığı kral tipoqrafiyasında çap olunurdu. Fransaya rəqib hesab etdiyi İspan kralının qızı – Anna Avstriyalı ilə gərgin münasibətləri öz pyeslərində əksini tapmışdır. Anna Avstriyalı və İngilislordu Bekinqem arasındakı münasibətləri bilən Rişelye yazdığı "Miram" adlı pyesində lord Bekinqemi məğlu qismində (La-Roşel mühasirəsi zamanı) göstərir və kraliçanı bu tamaşaya baxmağa məcbur edir.Dümanın "Üç muşketyor" əsərində bu məqam əsasən faktlara söykənilərək təsvir edilmişdir.
Rişelye təkcə səhnədə uğur qazanmamışdır, o Fransada uzun müddət sürmüş və onu hədsiz zəiflətmiş dini müharibəni (katoliklər vəprotestantlar arasında) dayandıra və uzun müddət olmaması üçün şərait yarada bilmişdir. Rişelye həmçinin Avropa tarixinin gedişatına çox güclü təsir göstərmişdir. O duel və saray intriqalarını tam dayandıra bilməsə də kardinal olduğu dövrdə onlara güclü təsir göstərə bilmişdir. Kral şurasının və mərkəzi hakimiyyətin mövqeyinin kəskin güclənməsinə nail olmuşdur. Onun dövründən başlayaraq Fransa kolonial imperiyaya çevrilməyə başlamış, Kanada kimi vacib kolonyaları meydana gəlmişdir.