Karakas (isp.Caracas) —Venesuela Respublikasının paytaxtı.
Rəsmi məlumatlara görə Karakas şəhərinin federal dairənin hüdudları və şəhərətrafı yerlər də daxil olmaqla əhalisinin sayı 2 mln nəfər təşkil edir. Lakin faktiki olaraq əhalinin sayı 4,5 mln nəfərə yaxındır. Karakas əhalinin sıx məskunlaşdığı şəhərdir. Burada Venesuela əhalisinin altıda biri yaşayır.
Paytaxt əhalisi arasında ispan-hindu qarışığı üstünlük təşkil edir. Əhalinin təqribən 20%-i İspanlar, italyanlar, portuqallar və digər Avropa mənşəli xalqlar təşkil edir. Bunlarla yanaşı, Karakasda çox qonşu Kolumbiyanın əhalisi də məskunlaşmışdır. Zəncilər əhalinin 10%, hindular isə ən çoxu 2%-ni təşkil edir.
Dövlət diliispan dilidir. Hindular təqribən 40 müxtəlif dil qrupunda danışırlar. Venesuelalıların əksəriyyətiRoma-Katolik kilsəsinə aiddir.
Karakasın iqlimi |
---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
---|
Maksimum orta, °C | 26,6 | 27,6 | 28,6 | 29 | 28,8 | 27,8 | 27,4 | 27,7 | 28,3 | 28,1 | 27,6 | 26,6 | 27,8 |
---|
Orta temperatur, °C | 20,2 | 20,8 | 21,7 | 22,7 | 23,2 | 22,6 | 22,2 | 22,3 | 22,7 | 22,4 | 22 | 20,7 | 21,9 |
---|
Minimum orta, °C | 16 | 16,3 | 17,2 | 18,6 | 19,6 | 19,4 | 18,9 | 18,7 | 18,7 | 18,5 | 18,1 | 16,8 | 18 |
---|
Yağıntı norması,mm | 16 | 13 | 12 | 59 | 80 | 139 | 121 | 124 | 114 | 123 | 73 | 42 | 916 |
---|
Mənbə:World Climate |