Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kapitan Amerika

Vikipediya, azad ensiklopediya
Kapitan Amerika
ing.Captain America
Rəssam Stenli Lau tərəfindən çəkilmiş Kapitan Amerika təsviri
NəşriyyatABŞMarvel Comics
Yayım tarixi"Kapitan Amerika komiksləri" #1 (mart,1941)
Yaradıcı(lar)Co Simon
Cek Kyorbi
Xüsusiyyətlər
Əsl adıStiven "Stiv" Rocers
Doğum yeriNyu York,Bruklin
Cinsiyyətikişi
Boyu188 sm
Çəkisi100 kq[1]
Göz rəngigöy
Saç rəngisarı
Növüinsan
Vətəndaşlıq
Komiks bioqrafiyası
ÜzvlükləriQaliblər Komandası
Qisasçılar
Əsrarəngiz Qisasçılar
İlluminati
İşğalçılar
Landau, Lakman və Leyk
Yeni Qisasçılar
Silah Plus
Ödəyicilər
SHIELD
Gizli Qisasçılar
Gizli Müfadiəçilər
ABŞ ordusu
PartnyorlarıQış əsgəri
Şahin
Normad
Azad ruh
Cek Fleq
Şaron Karter
Dağıdıcı adam
ABŞ agenti
KöməkçiləriQış əsgəri (Bakki Barns kimi),
ABŞ agenti (Jon Uoker kimi)
DüşmənləriQırmızı Kəllə,Baron Zemo.
LəqəbləriKapitan, Nomad, Azadlıq növbətçisi, Kap, Ulduzlu Qisasçı.
Gücləri

  • Yüksək insani fiziki güc
  • Yüksək fiziki və əqli qabiliyyət
  • Silahlı və silahsız döyüşdə ustalıq
  • Ekspert taktikaçı, yüksək strateqiya bacarığı və sahə komandiri
SilahlarıVibranium qalxanı

Kapitan Amerika (ing.Captain America) —Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajı. Ən tanınmışMarvel Comics personajlarından biridir. Ən məşhur ifadəsi Qisasçılar komandasına səslənərkən istifadə etdiyi "Qisasçılar, birləşin!" (ing.Avengers, assemble!) ifadəsidir.

Nəşri

[redaktə |vikimətni redaktə et]
Kapitan Amerika "Qisasçılar" komiksinin 4-cü sayında. (mart, 1964)

1940-cı ildə yazıçı Co Simon yeni super qəhrəman yaratmaq qərarına gəlmişdi və qəhrəmanın geyimi ilə birlikdə ilk eskizini çəkmişdir. Avtobioqrafiyasında yazırdı:

""Mən səhifənin başına "Super Amerikalı" yazmaq istəyirdim. Amma sonra düşündüm. Yox, bu ad işə yaramır. Ətrafda çox "Super" personaj var. Kapitan Amerika daha yaxşı səslənir. Komikslərdə çox kapitan yoxdur. Onun üçün yoldaş da yaratdım. Mənim dostum və bizim məktəbin basketbol komandasının ulduzu Baki Pirsonun şərəfinə ona Baki adının verdim"."

Timely Comicsin (o dövrdəMarvel Comics belə adlanırdı) nəşriyyatçısı Martin Qudman Co Simona"Kapitan Amerika" adlı komiks nəşr etməyə və komiksin baş redaktoru olmağa icazə vermişdir. Cek Kyorbi komiksin nəşrində də Con Simona kömək edirdi.

"Kapitan Amerika" komiksinin ilk sayı 1941-ci ilin martında nəşr olunmuşdur. İlk saydaca Kapitanın Adolf Hitleri necə kötəkləməsi təsvir olunmuşdur və 1 milyon nüsxəsi satılmışdır. Oxuyucuların çoxu bu komiksi sevinclə qarşılasalar da, etiraz edənlər də olmuşdur. Simon deyirdi: "İlk nəşrdən sonra biz xeyli sayda nifrət dolu və hədələyici məktub aldıq. Görünür, bəzi insanlar Kapitan Amerikaya qarşı idilər".

Bioqrafiya

[redaktə |vikimətni redaktə et]

Stiven Rocers Nyu Yorkda kasıb bir ailədə anadan olmuşdur.İkinci dünya müharibəsində orduya qatılmaq üçün bir neçə dəfə cəhd etmişdir. Amma fiziki cəhətdən çox zəif olduğundan qəbul olunmamışdır. Onun əzmini görən general Çester Filips ona"Yenidən doğuş" (ing.Rebirth) adlı təcrübəyə qatılmağı təklif etmişdir. Həftələrlə davam edən testlərdən sonra onun bədəninə super əsgər zərdabı daxil edilmişdir. Bu təcrübədən sonra bədəni adi insandkından belə daha güclü, dayanıqlı və sürətli olmuşdur. Təcrübədən sonra hərbi təlim almağa, döyüş texnikasına yiyənlənməyə başlamışdır. 3 ay sonra Kapitan Amerika adı ilə ilk missiyasına çıxmışdır.İkinci dünya müharibəsi illərində Hidra kimi qurumlara, Qırmızı Kəllə vəBaron Zemo kimi antiqəhrəmanlara qarşı mübarizə aparmışdır.

Baron Zemoun hazırladığı bombanı zərərləşdirməyə çalışarkən bomba partlamış və okeana düşərək bədənibuz tutmuşdur. Zərdab vasitəsilə uzun müddət buzun içində sağ qala bilmişdir.

İllər sonra Qisasçılar komandasının üzvləri onu tapmışdırlar. Özünə gələn Kapitan Amerika bu komandaya qatılmış, bir müddət sonra liderləri olmuşdur.

Vətəndaş müharibəsi zamanı təslim olmuş, amma Croosbones tərəfindən öldürülmüşdür. Kapın ölümünə məyus olan Cəzalandıran onun geymini alıb geyinmişdir.

Qalxanı

[redaktə |vikimətni redaktə et]
Kapitan Amerikanın qalxanı.

Kapitan Amerikanın qalxanıToni Starkın atası Hovard Stark tərəfindən davamlı metallardan — adamantium və vibranium xələtindən hazırlanmışdır.[2] Dairəvi formada olub bumeranq kimi də istifadə edir.Porsuqun pəncələrinə, Halkın zərbələrinə, Torun çəkicinə belə davam gətirə bilir.

Gücləri

[redaktə |vikimətni redaktə et]

Kapitan Amerikaya super əsgər zərdabı vurulduğundan adi insandan daha sürətli, dayanıqlı, güclü, qüvvətli, çevikdir. 1 mil məsafəni 1 dəq ərzində qaça bilir. Yaxın döyüşdəcüdo iləboks qarışığı döyüş stilindən istifadə edir.

Nəqliyyat

[redaktə |vikimətni redaktə et]

Stiv adətən etibarlı motosikletində və mikroavtobusunda gəzir. Avengers qrupunun xüsusi üzvü kimi Rocers həmçinin Quinjet, Sky Cycle və S.H.I.E.L.D. tərəfindən təqdim edilən müxtəlif yüksək texnologiyalı avtomobillərdə səyahət etdi. Bir dəfə Stiv atçılıq dərsləri zamanı Kerol Hardinqlə yanaşı Kingpin adlı ruhlu ata minməkdən həzz alırdı ki, bu da onların məşqinə macəra hissi gətirirdi[3].

Filmlərdə

[redaktə |vikimətni redaktə et]
Kris Evans "Kapitan Amerika: Qış əsgəri" filmində baş rolda.

Kapitan Amerika haqqında ilk film 1944-cü ildə çəkilmiş və Qrant Qardner baş rolda oynamışdır. 1990-cı ildə başqa "Kapitan Amerika" filmi çəkilmiş və baş rolu Matt Salinqer ifa etmişdir. Bu filmdə Kapitan Amerika Qırmızı Kəllə ilə mübarizə aparmışdır. 2011-ci ildə Marvel Studios erası başlamışdır. Həmin ilKapitan Amerika: Birinci Qisasçı filmi çəkilmişdir. 2014-cü ildə isə davam filmi kimiKapitan Amerika: Qış Əsgəri filmi kinoteatrlarda nümayiş olunmağa başlamışdır. 2012-ci il istehsalıQisasçılar, 2015-ci il istehsalıQisasçılar: Altron dövrü və 2016-cı ildə"Parçalanmış Qisasçılar" filmlərində də Kapitan Amerika rolu canlandırılmışdır. Bütün bu filmlərdə Kapitan Amerikanı Kris Evans oynamışdır. 2018 və 2019-cu ildəQisasçılar: Sonsuzluq müharibəsi filmində Kapitan Amerika rolunu oynayacağı gözlənilir.

Video oyunlar

[redaktə |vikimətni redaktə et]
  • Captain America in: The Doom Tube of Dr. Megalomann (1987)
  • Spider-Man and Captain America in Doctor Doom's Revenge (1989)
  • Captain America and the Avengers (1991)
  • Spider-Man and Venom: Maximum Carnage
  • Avengers in Galactic Storm
  • Spider-Man and Venom: Separation Anxiety
  • Marvel Super Heroes: War of the Gems
  • Spider-Man (2000)[4]
  • Spider-Man 2: Enter Electro
  • The Amazing Spider-Man 2 (1992)
  • Marvel Nemesis: Rise of the Imperfects
  • Marvel: Ultimate Alliance[4][5]
  • Marvel: Ultimate Alliance 2
  • Marvel Super Hero Squad
  • Marvel Super Hero Squad: The Infinity Gauntlet
  • LittleBigPlanet[6]
  • Captain America: Super Soldier
  • Marvel Super Hero Squad Online
  • Marvel Super Hero Squad: Comic Combat
  • Spider-Man: Edge of Time
  • Marvel: Avengers Alliance
  • The Amazing Spider-Man (2012)
  • Captain America: Sentinel of Liberty
  • Marvel Avengers: Battle for Earth
  • Avengers Initiative[7]
  • Marvel Heroes
  • Lego Marvel Super Heroes
  • Marvel Avengers Alliance Tactics
  • Disney Infinity: Marvel Super Heroes
  • Marvel Mighty Heroes

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Arxivlənmiş surət".2017-03-15 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2015-06-20.
  2. Carlin, Mike (w), Neary, Paul (p), Janke, Dennis (i). "Double Dare" Captain America 303 (March 1985)
  3. "Kapitan Amerika (Steven Rogers) - tərcümeyi-halı, fotoşəkilləri, döyüşləri, Peggy Carter, qalxan, qabiliyyət və səlahiyyətlər, xəbərlər 2024". 13.11. 2024.İstifadə tarixi: 03. 12.2024.
  4. 12"Captain America in Video Games: A Retrospective". Marvel Comics. October 5, 2009.June 16, 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:June 15, 2013. (#invalid_param_val)
  5. Denick, Thom.Marvel Ultimate Alliance: Signature Series Guide. Indianapolis, Indiana: Brady Games. 2006. 6, 7, 65, 128, 203, 213.ISBN 0-7440-0844-1.
  6. "Marvel Costume Kit 3".Sony.December 29, 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:December 30, 2012. (#invalid_param_val)
  7. Calimlim, Aldrin."Thumbs Up, Soldier! Captain America Enters The Avengers Initiative". AppAdvice.com. December 13, 2012.June 16, 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:June 21, 2015. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaKapitan Amerika ilə əlaqəli mediafayllar var.
⛭
Digərləri
Personajlar
Müsbət
Komikslər
Özünəməxsus
Hekayələr
Digər mediada
Filmlər
Televiziya
Video oyunlar
Müxtəlif
⛭
Üzvlər
Əsas üzvlər
Digərləri
Şahingöz · Civə · Qırmızı cadugər · Svordsmen · Herakl · Qara pantera · Qara cəngavər · Qara dul · Mantis · Bədheybət · Ay əjdahası · Cəhənnəm pişiyi · İkitapança uşaq · Kapitan Marvel · Şahin · Möcüzə-adam · Tiqra · Qadın-Halk · Monika Rembyu · Starfoks · Namor · Doktor Druid · Alaycı quş · Müharibə maşını · Şey · Ay cəngavəri · Alov quşu · Dağıdıcı adam · Unudulmuş biri · Mister Fantastik · Görünməz qadın · BŞ casusu · Kvasar · Məşəl-adam · Sersi · Skat · Hörümçək-adam · Qum-adam · Hiddət · Maşın-adam · Yaşayan ildırım · Hörümçək-qadın · Kristal · İldırımzərbə · Qara quzğun · Ədalət · Alovlu ulduz · Triatlon · Gümüş pəncə · Qarışqa-adam II · Eşşək arısı II · Kapitan Britaniya · Lyuk Keyc · Şimal porsuğu · Keşikçi · Exo · Ares · Amadeus Ço · Yokasta · Qamət · Vijn · Kapitan Amerika · Hörümçək-qadın · Valkiriya · Şeron Karter · Nova · Qarışqa-adam · Dəmir yumruq · Güc-qadın · Qoruyucu · Doktor Strenc · Qırmızı Halk · Dəlisov · Fırtına · Titrəyiş · Kapitan Britaniya · Venom · Havok · Günəş ləkəsi · Top mərmisi · Kollektor · Şan-Çi · Kapitan Kainat · Əzici · Hiperion · Rouq · Günəş alovu · Dumbot · Viktor Mança · Uçurum · Eks Nihilo · Gecə maskası · Ulduz brendi · Qoruyucu Aleksis · Ronin · Göy Marvel · Güc-adam · Ağ pələng · Kaluu · Nova · Doktor Vudu · Qılıncdiş · Tor · Miss Marvel · Hörümçək-adam · Kabus Yarışçı · Şahingöz · Şuri · Dedpul · Sinaps · Məşəl-adam · Mahnı quşu · Sincab-qız · Uikkan · Halklinq · Kabel · Nebula · Yaxşı
Düşmənlər
Komandalar
Fərdi
Baş qərargahlar
Alt komandalar
Digər mediada
Televiziya
Film
Video
oyunlar
⛭
Üzvlər
Düşmənlər
Hekayələr
Müxtəlif
⛭
Yaradıcılar: · Brayan Maykıl Bendis · Deyvid Finç
Qurucu üzvlər
Düşmənlər
Qərargahlar
Hadisələr
Əlaqəli mövzular
⛭
Personajlar
Müsbət personajlar
Mənfi personajlar
Alternativ versiyaları
Komikslər
Televiziya
Müxtəlif
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kapitan_Amerika&oldid=7981173"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp