Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kanop

Vikipediya, azad ensiklopediya
Kanop küpləri

Kanop (yun.Κάνωβος,lat.Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab,Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlıHapi, insan başlıAmset, şahin başlıKebexsenuf, çaqqal başlıDuamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, belə ki, Amset kanopunda qaraciyər,Duamutef kanopunda mədə,Kebexsenuf kanopunda bağırsaqlar vəHapi kanopunda isə ağciyərlər saxlanılırdı.

Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kanop&oldid=8003758"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp