2019-cu ildəki nəticələrə əsasən şəhərin əhalisinin sayı 39,185 nəfər təşkil etmişdir. Şəhərin adı onun banisi olan Harri Kalverin[4] şərəfinə verilmişdir.
Kalver-Siti kino sənayesinin doğulduğu yerlərdən biri hesab olunur. Burada ilkbədii filmlər1910-cu illərdə çəkilmişdir və şəhərdə hal-hazırdaMetro-Goldwyn-Mayer film şirkətinin bir neçə studiyaları yerləşir. 1932-ci ildən 1986-cı ilə qədər şəhərdə Hughes Aircraft Company şirkətinin qərargahı yerləşirdi.NPR vəSony Pictures Entertainmentin qərargahı da bu şəhərdə yerləşir. Həmçinin NFL Network studiyaları da Kalver-Sitidə yerləşir.
Şəhərin adını “vəhşi göyərçinlər şəhəri” kimi tərcümə etmək mümkündür (Culver —göyərçin deməkdir vəpigeon vədove iləsinonim sözlərdir).
ABŞ Siyahıyaalma Bürosu tərəfindən verilmiş olan məlumata əsasən, Kalver-Sitinin ümumi ərazisi 13,31 kvadrat kilometrdir. Bu ərazinin 13,237 kvadrat kilometri quru ərazisi və 0,073 kv. kilometri isə su ərazisidir. Su ehtiyatlarının ərazisi şəhərin ümumi ərazisinin 0,5%-ni təşkil edir.[5]
2010-cu il siyahıyaalınmasının[6] nəticələrinə əsasən Kalver-Sitinin əhalisi 38,883 nəfər təşkil etmişdir. Əhalinin orta sıxlığı isə bir kvadrat kilometrə təxminən 2921,3 nəfər təşkil etmişdir.
↑Lugo Cerra, Julie.Culver City: The Heart of Screenland: An Illustrated History. 1st. Chatsworth, CA: Windsor Publications. 1992.ISBN978-0-89781-441-6.