Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kaliqula

Vikipediya, azad ensiklopediya
Kaliqula
Qay Yuli Sezar Kaliqula
IIIRoma İmperatoru
18 mart 37 –24 yanvar 41
ƏvvəlkiTiberi
SonrakıKlavdi
Şəxsi məlumatlar
Doğum adıGaius Julius Caesar
Doğum tarixi
Doğum yeriAnsium
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriRoma
Vəfat səbəbibıçaq xəsarəti[d]
Fəaliyyətisiyasətçi
AtasıGermanik
AnasıVipsania Aqrippina
AiləsiYulilər-Klavdilər
DiniQədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Yuli Sezar Kaliqula (latınca Caligula — uzunboğaz çəkmə) (31 avqust12[1]24 yanvar41[1]) — üçüncü Roma imperatoru (37–41),Yulilər-Klavdilər sülaləsindən. Qeyri-məhdud hakimiyyətə can atırdı; onun dövründə külli miqdarda dövlət vəsaitinin xərclənməsi vergilərin sürətlə artmasına, bir sıra şəxslərin, xüsusənsenatorların var-dövlətinin müsadirə edilməsinə səbəb olmuşdu. Kaliqulanın xofluluğu, amansızlığı və dəlisovluğu senat və pretorianların narazılığına səbəb oldu və o, öldürüldü.

Uşaqlıq illəri

[redaktə |vikimətni redaktə et]

Kaliqula 12-ci ildə anadan olmuşdu. Uşaqlığı hərbi düşərgələrdə keçib. Atası Germanik çox hörmətli adam olub. Ona görə o öləndən sonraTiberi xalqın xoşuna gəlmək üçün Qayı oğulluğa götürmüşdü. Kaliqulanın valideynləri hərbçilər arasında populyarlıq qazanmaq üçün uşağa hərbi forma geydirərdilər. Onun üçün xüsusi olaraq balaca çəkmə də tikdirmişdilər. Bu, hərbçiləri riqqətə gətirərdi və uşağı nəvazişlə "Kaliqula" (çəkməciyəz) adlandırardılar. 31-ci ildə 19 yaşı tamam olanda atası çoxdan ölmüşdü. Anası və iki böyük qardaşı isə hökmdarın qəzəbinə gəlmişdi:Tiberi əvvəlcə Kaliqulanın anası Böyük Aqrippinanı, sonra isə böyük qardaşı Neronu məhv eləmişdi. Beləliklə, Kaliqula Germanikin tək oğlu və Tiberinin ehtimal olunan varisi kimi qaldı.

Şəxsiyyəti

[redaktə |vikimətni redaktə et]

Kaliqulanın boyu qısa, üzünün rəngi solğun olub. Bədəni yoğun, boynu və qıçları nazik, gözləri və gicgahı batıq, alnı enli və tutqun, başında saçı çox seyrək, təpəsinin ortası daz, bədəni isə sıx tüklü. Ona görə ona yuxarıdan baxmaq və ya hətta bilmədən "keçi" sözünü işlətmək ölümə səbəb olan cinayət sayılıb. Anadangəlmə idbar olan sifətini daha da qorxunc eləmək üçün güzgü qabağında təmrinlər edərmiş. O vaxtın dram əsərlərinin birindən əzbərlədiyi bu sözləri deməyi çox sevirdi: "Qoy nifrət etsinlər, təki qorxsunlar".

Bioqrafları yazırlar ki, əgər Tiberi özünün korlanmış ruhu, xofluluğu və ölçüsüz qəddarlığı ilə dəliliyin bir addımlığında idisə, Kaliqula ipli-saplı dəli idi. Qısa müddətə o, ölkəni monarxiyaya çevirib. Respublika üsul-idarəsindən heç bir əsər-əlamət qalmır. Bir zaman dərin rəğbətini qazandığı xalqın ondan üz döndərməsindən nəinki qorxmur, hətta buna çalışırmış. Bir ildən az vaxtda Tiberidən qalan iki milyard yeddi yüz milyon sestersi pulun altından girib üstündən çıxdı. Büdcəni dağıtmaqla kifayətlənmir, açıq-aşkar rüşvət yığırdı. Qızı olanda o Roma xalqından tələb etdi ki, uşağın tərbiyəsi və cehizlik üçün pul gətirsinlər. Yeni ilin ilk günündə sarayın ağzında dayanaraq dəstə-dəstə adamların ovucla və ya ətəyindən ona tərəf atdığı pulları tuturdu. Nəhayət, bu pullara əlləri ilə təmas etmək ehtirası ilə yanıb-yaxılan sərsəmləmiş hökmdar qızıl pulları yerə sərər, onların üstü ilə ayaqyalın gəzər və ya mayallaq aşar, bədənini pula sürtərmiş. Ən böyük zülmü zadəganlara qarşı edib. Onlardan tələb edirmiş ki, varlı adamlar və əyanlar öz vəsiyyətlərində onu varis kimi göstərsinlər. Sonra onları cinayətkar elan edir və əmlaklarına sahib olurdu.[2]

Yuli-Klavdi sülaləsinin zaman xətti

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Любкер Ф.Caligula (rus.). //Реальный словарь классических древностей по Любкеру / под ред.Ф. Ф. Зелинский,А. И. Георгиевский,М. С. Куторга,Ф. Гельбке,П. В. Никитин,В. А. Канский, пер.А. Д. Вейсман,Ф. Гельбке,Л. А. Георгиевский,А. И. Давиденков,В. А. Канский,П. В. Никитин,И. А. Смирнов,Э. А. Верт,О. Ю. Клеменчич,Н. В. РубинскийСПб:Общество классической филологии и педагогики, 1885. С. 236.
  2. "Kaliqula ləqəbli Yuli Sezar".2022-03-30 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-05-15.
SƏLƏF

Tiberi

Kaliqula

Yulilər-Klavdilər
XƏLƏF

Klavdi
VikianbardaKaliqula ilə əlaqəli mediafayllar var.
⛭
Roma imperatorları
Prinsipat
e.ə. 27-235
Böhran
235-284
Dominat
235-395
Qərbi İmperiya
395–480
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kaliqula&oldid=6970765"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp