Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kaka

Vikipediya, azad ensiklopediya
Kaka
Ümumi məlumatlar
Tam adıRikardo İzekson dos Santos Leyte
LəqəbiKaka, Qızıl oğlan, Rikki
Doğum tarixi22 aprel1982(1982-04-22)[1][2][…](42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu186 sm[3]
Çəkisi83 kq[3]
Mövqeyiyarımmüdafiəçi
Klub haqqında məlumat
Klubkaryerasını bitirb
Karyerası
Gənclik karyerası
1994—2000BraziliyaSan-Paulu
Klub karyerası[* 1]
2001—2003BraziliyaSan-Paulu59 (23)
2003—2009İtaliyaMilan193 (70)
2009—2013İspaniyaReal Madrid85 (23)
2013—2014İtaliyaMilan30 (7)
2014—2017ABŞOrlando Siti52 (18)
2014 BraziliyaSan-Paulu19 (2)
Milli yığma[* 2]
2001Braziliya Braziliya U-205 (1)
2002—2017BraziliyaBraziliya91 (29)
Təltif və medalları
Dünya Çemppionatları
QızılKoreya/Yaponiya 2002
Konfederasiya kubokları
QızılAlmaniya 2005
QızılCAR 2009
KONKAKAF qızıl kubokları
GümüşABŞ/Meksika 2003

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı,23 oktyabr 2016 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı,14 oktyabr 2015 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaka (port.Kaká;Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adıRikardo İzekson dos Santos Leyteport. Ricardo Izecson dos Santos Leite;22 aprel1982[1][2][…],Qama[d],Federal dairə,Braziliya — braziliyalı futbolçu,Orlando Siti klubunun yarımmüdafiəçisi.

Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub[4], ammaSan-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanınMilan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzindəİtaliya A SeriyasınıÇempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu vəBallon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilindəReal Madridə keçdi.[5] O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluqZinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı. 2013–14 mövsümünün sonunda o, ABŞ klubu Orlando Sitiyə keçdi, amma ABŞ-də yeni mövsümün hələ başlamamasına görə, icarə əsasında keçmiş klubuSan-Pauluya qayıtdı. 2015-ci ildə o, Orlandoda oynadığı debüt oyununda ilk qolunu vura biilmişdi; sonradan o, "2015 ABŞ çempionatının ulduz komandasının" heyətinə salınmışdı, orada onaƏn Dəyərli Oyunçu adını vermişdilər.

Beynəlxalq səviyyədə KakaBraziliya millisində 2002-ci ildə debüt etdi və həmin il Dünya Çempionatında qalib gələn heyətin üzvlərindən idi, o,20062010-cu illərdə də millisi ilə Dünya Çempionatında iştirak etmişdir. 2005 və 2009-cu illərdə Konfederasiya Kubokunu udan Braziliya millisinin heyətində idi. 2009-cu ilki Konfederasiya Kubokunun ən yaxşı oyunçusu seçilmişdir.

Bacarıqlı oyunu ilə əlavə Kaka humanitar fəaliyyəti ilə tanınır. 2004-cü ildə Kaka BMT-nin Ümumdünya Ərzaq Proqramının ən gənc səfiri oldu.[6] Meydanda və onun kənarında töhfələrinə görə Kaka 2008 və 2009-cu illərdəTime jurnalının "Dünyanın 100 ən nüfuzlu adamları" siyahısında yer almışdır.[7] KakaTwitter sosial şəbəkəsində 10 milyon abunəçi yığan ilk idmançı olmuşdur.[8]

İlk illəri

[redaktə |vikimətni redaktə et]

Rikardo İzekson dos Santos Leyte Brazilyanın Qama federal dairəsində anadan olub, atası Bosko İzekson Pereyra Leyte inşaat mühəndisi kimi çalışırdı, anası Simona dos Santos isə ibtidai məktəb müəllimi kimi fəaliyyət göstərirdi.[9] Maddi imkanı yaxşı olduğundan o, həm məktəbə, həm də futbola lazımi qədər diqqət yetirə bilirdi.[10] Onun kiçik qardaşı uşaqlıqda "Rikardo" adını təlləfüz edə bilmədiyi üçün, ona "Caca" deyirdi. Sonda isə bu adKaká oldu.[11] Bu sözün portuqal dillindən konkret tərcüməsi yoxdu.[12]

7 yaşında ailəsi ilə birlikdə San-Paulu şəhərinə köçmüşdür.[13] Oxuduğu məktəb Kakanı "Alfavill" adlı yerli gənclər klubuna yerləşdirdi. Bu klub yerli turnirin final mərhələsinə keçə bilmişdi.[14] Orada San Paulu klubunun skautları onu gənclər futbol akademiyasına dəvət etdilər.[15]

Kaka 18 yaşında hovuza uğursuz düşməsi nəticəsində onurğa sütunundan ağır zədə aldı. Bu hadisə nəyinki onun idman karyerasını yarımçıq saxlaya bilərdi, həm də ömürlük əlil arabasında qalmağına səbəb olardı,[16][17] amma o, gözləniləndən tez tam sağala bildi. Kaka sağalmasını Tanrının müdaxiləsi nəticəsində baş verdiyini düşünür və o vaxtdan dindar olub. Igreja Renascer em Cristo (Mesih Kilsəsində dirçəliş) adlı kilsəyə öz gəlirlərinin onda bir hissəsini verirdi.[18] 2010-cu ilin dekabrında kilsə qurucuları Estevam və Soniya Ernandesin vergi ödəməkdən yayındıqları üçün həbs cəzası almaları və 7 nəfərin ölümünə səbəb olmuş kilsə tavanın dağılmasından sonra, Kaka həyat yoldaşı ilə birlikdə bu kilsəni tərk etdi.[19]

Klub karyerası

[redaktə |vikimətni redaktə et]

San Paulu

[redaktə |vikimətni redaktə et]

Kaka futbolçu karyerasına 8 yaşındaSan-Paulu klubunda başladı. 15 yaşında komandayla müqavilə imzaladı və San-Paulunun gənclər komandası ilə birlikdəCopa de Juvenil adlı turnirdə uğur qazandı. O, əsas komandanın heyətində 1 fevral 2001-ci ildə 18 yaşında ilk dəfə çıxış etdi və 27 oyuna 12 qol vura bildi, üstəlikRio-San-Paulu çempionatının finalı zamanıBotafoqoya qarşı oynununda əvəzetmədən sonra iki dəqiqə ərzində iki qol vurdu və komandasının 2–1 qalibiyyətinə önəmli töhfə verdi

Növbəti mövsümdə o, 22 oyuna 10 qol vura bildi, və tezliklə o andan sonra Kaka Avropa klubların diqqətini cəlb etməyə bacardı.[20] Kaka ümümlikdə San-Pauluda toplam olaraq 58 oyun keçirtdi və 23 qol vurdu.

Milan

[redaktə |vikimətni redaktə et]

Avropadan Kakaya olan davamlı maraq onun 2003-cü ildəAvropa çempionuMilanla müqavilə imzalanması ilə başa çatmışdır, bu transferə görə İtaliyalı klub €8.5 milyon ödəməli oldu, sonradan komandanın prezidentiSilvio Berluskoni bu keçidi "araxis" kimi təsvir etmişdir.[21] Bir ay ərzində o, start heyətin üzvü olmağa nail oldu. O, heyətin hücumameylli pleymeyker yarımmüdafiəçi mövqeysindəRui Koştanı əvəz etdi vəYon Dal Tomasson,Filipo İnzaqiAndrey Şevçenko kimi hücümçüların arxasında oynuyurdu. OnunSeriya A debütuAnkona üzərində 2–0 qələbə ilə başa çatmışdır. O mövsüm Kaka 30 oyuna on qol vurdu, həmçinin bir neçə mühüm məhsuldar ötürmələr etmişdir. Bundan başqa Kaka ilk ilindəcə Milanla birgəSkudettonuUEFA Superkubokunu qazandı,Qitələrarası Kubokuİtaliya Superkubokunun isə finalına qədər irəlliyə bilmişdir.[22] Milan həm də İtaliya Kubokunun yarımfinalındaLatsioya (həmən ilki turnirin qalibi) uduzmuşdur vəÇempionlar LiqasınıDeportivo La-Korunyaya məğlub olaraq dörddəbir final mərhələsindən tərk etmişdi. İlk mövsümündəki çıxışılarına görə Kaka 2004-cü ildəSeria A İlin Futbolçusu adına layiq görülmüşdür, və həmQızıl top (sonda 15-ci yeri tutdu), həm dəFİFA ilin oyunçusu (sonda 10-cu yeri tutdu) mükafatına namizəd edilmişdir.

Kaka 2004–05 mövsümündə bir qayda olaraq hücümçu Şevçenkonun arxasında oyunuyurdu və beş nəfərdən (Cennaro Qattuzo,Klarens Zidorf,Andrea Pirlo və Rui Koşta) ibarət yarımmüdafiənin hissəsi idi. hansı ki İtaliyanın və Avropanın ən güclü yarımmüdafiə tandeminə çevrilmişdir. Milan mövsüməİtaliya Superkubokunda Latsio üzərində qələbə çalmaqla başlamışdır. O, çempionatın 36 oyununda yeddi top vurmuşdur və komandasıylaSkudetto yarışında 2-ci olmağa bacarmışdı. Milan həmin mövsümdə İtaliya Kubokunun dörddəbir final mərhələsinə qədər gələ bilmişdi. Həmçinin, Kaka klubunun2004–05 Çempionlar LiqasındaLiverpula qarşı finala çıxmaq üçün mühüm işlər gördü, ümümlikdə turnirin həmən mövsümündə iki qol vurmuşdu və beş məhsuldar ötürmə vermişdi. Tarixə "İstanbul möcüzəsi" kimi yazılan oyunda birinci hissədən sonra hesab 3:0 Milanın xeyrinə idi, taki ikinci hissədə Liverpul altı dəqiqə ərzində 3 qol vurub geriyə dönüş etməyənə qədər, nəticədə Liverpul penalti seriyasından sonra 3–2 hesabı ilə qalib gəldi.[23] Oyun isə haqlı olaraq turnirin tarixində ən möhtəşəm finallardan sayılır. Kaka birinci hissədə parlaq oyun sərgilədi, ilk öncə erkən cərimə zərbəsini qazandı, hansı kiPaolo Maldininin qol vurmasıyla nəticələndi, sonraErnan Kresponun gecə ərzində birinci, Milanın isə ikinci qolu ilə başa çatan hücumu başlatdı, nəhayət Liverpulun müdafiəsini yaran və düz Kresponun qabağına mükəmməlcəsinə verilən uzun ötürməsindən sonra Milan 3-cü qolunu vurdu.[23][24][25]

"Real Madrid"

[redaktə |vikimətni redaktə et]

2009-cu il iyunun 3-də Football Italia bildirdi ki, "Real Madrid"in yeni seçilmiş prezidentiFlorentino Perez Kaka üçün "Milan"a 68,5 € dəyərində təklif göndərib. "Milan"ın vitse-prezidentiAdriano Qalliani təklifi təsdiq etmirdi və bildirmişdi ki, o və Kakanın atası La Volpe ilə görüşmək üçün Mexikoya yollanmışdılar."Biz nahar etdik və Kaka barədə də danışdıq. Mən bunu inkar etmirəm. Danışıqlar aparılır, lakin sövdələşmə indiyədək tamamlanmayıb". 4 iyunda QallianiGazzetta dello Sport jurnalına bildirmişdi ki, danışıqlar maliyyə səbəbi ilə bağlıdır."Biz "Milana"a 70 milyon avro itirməyə imkan verə bilmərik. Kakanın transfer olunmağının əsas səbəbi maliyyə problemidir". İyunun 8-də "Milan" və "Real" Madrid" Kakanın keçidi haqqında razılığa gəldilər. İspaniya klubu Kaka ilə 6 illik müqavilə bağladı.

Kaka 2009-cu il avqustun 7-də "Toronto"ya qarşı oyunda debüt etdi, oyun "Real"ın 5:1 hesablı qələbəsi ilə bitmişdir. "Real"ın heyətində ilk qolunu 19 avqust 2009-cu ildə mövsüm qabağı təlim-toplantıda "Borussiya Dortmund"da qarşı oyunda vurdu. 2009-cu il avqustun 29-da "Deportivo"ya qarşı oyundaLa Liqada debüt etdi. Rəsmi oyunlarda ilk qolunu beşinci turda "Vilyarreal"ın qapısına vurdu.

5 avqust 2010-cu ildə elan edildi ki, Kaka zədələnib və meydana bir daha gələn il çıxa biləcək

Kaka 8 aylıq fasilədən sonra "Xetafe"yə qarşı matçda meydana qayıtdı, 2011-ci ilin 3 yanvar tarixində keçirilən o oyunda 77-ci dəqiqədəKərim Benzemanı əvəz etdi."Mən çox şadam ki, oyuna qayıtdım və meydana yenidən addım atdım". 2011-ci il yanvarın 9-da o, "Vilyareal"la keçirilən oyundaKriştiano Ronaldonun ötürməsi ilə zədədən sağaldıqdan sonra ilk qolunu vurdu, bu qol həmçinin yeni mövsümdə ilk qolu idi.

2011-ci ilin martında Kaka yenidən zədələndi və bu səbədən bir neçə həftə oyunlarda iştirak etmədi. Zədədən sonra çıxdığı ilk oyun "Valensiya"ya qarşı oldu, həmən oyunda 2 qolun müəllifi oldu. "Real"da keçirtdiyi ikinci mövsümünün sonunda o, komanda ilə birgəİspaniya kubokunu qazandı.

2011-ci il sentyabrın 27-də "Ayaks"a qarşı oyunda Kaka "Real Madrid"in heyətində ən yaxşı oyunlarından birini keçirtdi. 3:0 Realın xeyrinə bitən qarşılaşmada Rikardo qol və məhsuldar ötürmə ilə yadda qaldı. O, bu matçdaÖzili, Ronaldonu, Benzemanı topla təmin edərək, komandanın hücumlarının əsas "qurucularından" biri idi. Sonradan o,Çempionlar Liqasının bu turunun ən yaxşı oyunçusu seçildı.

Bu onun klubda ən uğurlu mövsümü idi. "Real Madrid" La Liqanı rekord 100 xal toplayaraq, çempionluq qazandı. "Əflatun bəyazlılar" Çempionlar Liqasının yarımfinal mərhələsində dayandılar, Kaka isə 5 ötürmə ilə ən yaxşı assistentlərdən biri oldu.

2012-ci ilin avqustunda "Milan" klubunun rəhbərliyi braziliyalı ulduzu qaytarmağa cəhd etdi, lakin klublar razılığa gələ bilmədilər.

"Milan"a qayıdışı

[redaktə |vikimətni redaktə et]

2 sentyabr 2013-cü ildətransfer pəncərəsinin son günündə Kaka "Milan"la iki il müddətinə müqavilə imzalayaraq, dörd ildən sonra köhnə klubuna qayıtdı.

Sentyabrın 14-də "Milan"a qayıtdıqdan sonra ilk oyununa çıxdı, lakin zədə alaraq bir ay müddətində oynamadı.

Oktyabrın 30-da İtaliyaya qayıtdıqdan sonra braziliyalı "Latsio"ya qarşı keçirilən oyunda ilk qolunu vurdu.

2014-cü il yanvarın 6-da "Atalanta" ilə oyunda "Milan"ın heyətində özünün yüzüncü qolunu vurdu. Vurduğu qoldan sonra braziliyalı tribunalara soyadı və altında 100 nömrə olan maykasını nümayiş etdirdi. Beləliklə, Kaka "Milan"ın tarixində 100 qol vurmuş onuncu futbolçu oldu.[26][27]

Orlando Siti

[redaktə |vikimətni redaktə et]

2014-cü il iyunun 30-da Kaka "Milan"la qarşılıqlı razılıq əsasında müqaviləni pozdu. O, komandanın Çempionlar Liqasına çıxmaması təqdirdə müqaviləni erkən pozmağa icazə verən müqavilənin şərtini istifadə etdi.[28] 1 iyul 2014-cü ildəMLS liqasının klubu "Orlando Siti" ilə müqavilə bağladı. Müqaviləyə əsasən, yeni klubunun heyətində 2015-ci ildən çıxış etməyə başlayacaq. Kaka bildirdi ki, həmişə ABŞ-də oynamaq istəyirdi və "Orlando Siti"yə keçməyə qərarını qəbul etdi, çünki onun sahibi brazilyalı Flavio Auqustu da Silva ilə dostluq münasibətlərindədi.[29] 2015-ci llinin mövsümünün başlanmasından öncə, formasını itirməmək üçün icarə əsasında "San-Paulu" klubuna keçdi.[30]

2017-ci ilin oktyabrında Kaka elan etdi ki, "Orlando Siti" ilə yeni müqavilə bağlamayacaq və mövsümün sonunda klubu tərk edəcək[31]. Həmin il dekabrın 17-də 35 yaşlı Kaka peşəkar futbolçu karyerasının bitirdiyini açıqladı[32].

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Kaká //Transfermarkt (çd.). 2000.
  2. 12Rollin J. Kaká //Encyclopædia Britannica (ing.).
  3. 123http://www.saopaulofc.net/equipe/elenco/meio-campistas/kaka/.
  4. "Kaká:in Profile"Arxivləşdirilib 2010-05-27 at theWayback MachineFIFA. 26 June 2009.
  5. "Kaka completes Real Madrid switch"Arxivləşdirilib 2019-05-07 at theWayback Machine. BBC. 9 June 2009.
  6. "Soccer star Kaká puts the floodlights on global hunger"Arxivləşdirilib 2012-06-14 at theWayback Machine (Press release). World Food Programme. 30 November 2004. Retrieved 15 June 2010.
  7. "Kaka profile"Arxivləşdirilib 2018-12-05 at theWayback Machine. Goal.com. Retrieved 28 June 2014
  8. "Kaka to Be World's First Athlete with 10 Million Twitter Followers"Arxivləşdirilib 2021-04-19 at theWayback Machine Mashable
  9. (Portuqal) Istoé Gente, Kaká vira feraArxivləşdirilib 2022-04-07 at theWayback Machine
  10. "Soccer-Fans-Info"Arxivləşdirilib 2013-10-16 at theWayback Machine. Soccer-Fans-Info. 22 April 1982.
  11. Mitten, Andy (4 June 2006). "The golden boy of a golden team"Arxivləşdirilib 2020-03-24 at theWayback MachineThe Independent. London
  12. Soldo, Ivan (6 August 2010). "Kaka: 10 Facts You Should Know"Arxivləşdirilib 2016-01-09 at theWayback MachineBleacher Report
  13. FIFA Classic Football Archived 7 iyun2008 at the Wayback Machine.
  14. "Kaka Biography (Portuguese)"Arxivləşdirilib 2013-10-12 at theWayback Machine. Kakamania.br.tripod.com.
  15. "Biography – fantasticoakaka.it (Italian)"Arxivləşdirilib 2011-07-22 at theWayback Machine. Fantasticokaka.it.
  16. v-brazil.com"Arxivləşdirilib 2018-09-16 at theWayback Machine. v-brazil.com
  17. Hughes, Rob (1 December 2004). "Soccer: Kaka able to see beyond dollar signs"Arxivləşdirilib 2014-07-16 at theWayback MachineInternational Herald Tribune.
  18. Kaka able to see beyond dollar signsArxivləşdirilib 2007-09-26 at theWayback Machine (ing.) (link işləmir — arxiv). World Food Programme Official site.
  19. Кака разорвал отношения с церковью Воскресения ХристоваArxivləşdirilib 2010-12-09 at theWayback Machine (rus) Championat
  20. Vicente, Emerson. "Sao Paulo to sell KakaArxivləşdirilib 2022-06-05 at theWayback Machine". Sky Sports
  21. Brown, Oliver (16 yanvar 2009). "Heaven sent, with the T-shirt to prove it"Arxivləşdirilib 2017-08-14 at theWayback MachineThe Sydney Morning Herald
  22. ""Roma vs. Milan: 0–1".2015-09-24 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2017-02-19.
  23. 12"Games of the decade: 2005 UEFA Champions League Final: The Miracle of Istanbul"Arxivləşdirilib 2016-01-09 at theWayback Machine. ESPN
  24. Bailey, Graeme (25 may 2005). "Reds take European crown"Arxivləşdirilib 2015-05-18 at theWayback MachineSky Sports.
  25.  McCarra, Kevin (26 may 2005) "Grit, spirit and the ultimate glory"Arxivləşdirilib 2013-10-06 at theWayback MachineThe Guardian
  26. Kaka "Milan"da 100-cü qolunu vurduArxivləşdirilib 2021-10-26 at theWayback Machine Qol
  27. "Kaka, Milan'daki 100. golünü attıArxivləşdirilib 2023-07-23 at theWayback Machine" Milliyet (türkcə)
  28.  Kaka: Brazilian to join Orlando City via Sao Paulo after AC Milan exitArxivləşdirilib 2014-07-01 at theWayback Machine, BBC Sport (30 iyun 2014).
  29.  Orlando City Signs Brazilian Superstar KakaArxivləşdirilib 2014-07-07 at theWayback Machine (ingiliscə). orlandocitysc.com (1 iyul 2014).
  30. Kaka emotional on Sao Paulo returnArxivləşdirilib 2014-07-14 at theWayback Machine (ingiliscə) (6 iyul 2014).
  31. Kaka won't renew contract with Orlando City at season's endArxivləşdirilib 2022-07-13 at theWayback Machine (ing.). ESPN (11 October 2017)
  32. "Kaka da karyerasını bitirdi — "İndi yeni macəraların vaxtıdırArxivləşdirilib 2021-10-24 at theWayback Machine"" Sportarena.az
⛭
Kişilər
Qadınlar
  • 2021:Covana
  • 2022:Debinya
  • 2023:Tamires
  • U-20
  • 2022:Endrik
  • 2023:Markos Leonardo
  • Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kaka&oldid=8059176"
    Kateqoriyalar:
    Gizli kateqoriyalar:

    [8]ページ先頭

    ©2009-2025 Movatter.jp