Kahinlik,proroqluq,kahinlərin gələcəkdən xəbər verməsi və yapeyğəmbərlik (ing.Prophecy;rus.Пророчество) — çox qədimsivilizasiyalardan bəri mövcud olan xüsusi bir peşə sahəsi olub, qısaca, baş verəcək hadisələri müəyyən üsullarla əvvəlcədən bilməyə cəhd etmək kimi tərif olunur. Qədim sivilizasiyalar arasında kahinlik fəaliyyətinə əhəmiyyət verməmiş bir sivilizasiya demək olar ki, mövcud olmamışdır.
Kahinlik tətbiqləri içərisində ən çox tanınanlar,Antik Yunanıstandakı vəokkult biliklərinin böyük bir hissəsinietrusklar, bir hissəsini isə qədim yunanlardan almışromalıların tətbiqləri idi. Antik Yunanıstanda kahinlik fəaliyyəti xüsusilə Apollon məbədlərinin yerləşdiyi orakul mərkəzlərində daha da intensivləşmişdi.Qədim yunan dilində "kəhanət" (gələcəkdən xəbər vermək) mənasını verənmanteuma təbii və süni olmaqla iki yerə ayrılırdı: Oneirokritai (xəbərçi yuxuların yozumu), manteuma və ya orakul (trans halına əsaslanan hikmətli sözlər və onlardan məna çıxarma), egkoimesis (istiğarə) və nekromantiya (bədənsiz varlıqlardan məlumat alma) təbii mantikanın içərisində yer alırdı. Süni mantika isə fallardan ibarət idi.
Romalılar bir çox sahədə olduğu kimi, kahinlik fəaliyyətlərini də Etrusk mədəniyyətinə borclu idilər. Qədim Romadakı kahinlikdə üç mühüm termin mövcud idi:signa(müxtəlif yollarla gəlmiş ilahi mesajlar),omina(içərisindəki ilahi mesajı başa düşmək üçün yozulan insan sözü) vəprodigia(özlərindən məna çıxarılan fövqəladə təbiət hadisələri). Signa üç qrupa ayrılırdı:ex caelo(göy işarələri),signa oblativa(öz-özünə meydana çıxan işarələr) vəsigna impetrativa(dinləmə yolu ilə başa düşülə bilən işarələr). Qədim Roma kahinlərinə görə, bir insana və ya bir cəmiyyətə ilahi mesaj göndərilmək istənildikdə, bu mesaj hər hansısa bir insana da hər hansısa bir zamanda söylətdirilə bilərdi (omina). Əsas məsələ bu sözləri başa düşə bilmək, düzgün şərh etmək, yəni mesajı qəbul etməyi bacarmaq idi.Prodigialardan cansız təbiətdə müşahidə olunanlaraportentum vəostentum, canlı təbiətdə müşahidə olunanlara isəmonstrum deyilirdi. Etrusklarda ən məşhur kahinlik növlərindən ikisimüşahidə edilən quş uçuşlarının və ildırımların analitik yozumu idi.
Şamanist təşəbbüsdən (inisiasiyadan) keçmiş və yasufilik tərbiyəsi ilə böyümüş qədim kahinlər, yanlarına hər hansı bir məsələ ilə bağlı məsləhətləşmək üçün gələnlərə əgər bildikləri bir şey varsa danışar, bilmədikləri və ya zərərli hesab etdikləri mövzularda isə əsla danışmazdılar; həmçinin verdikləri məlumat üçün ən kiçik maddi və ya mənəvi qarşılığı qətiyyən qəbul etməzdilər.Xalq arasındaərmiş,övliya kimi müxtəlif adlarla yad edilən bu şəxslər,XXI əsrə doğru yavaş-yavaş öz yerlərini bu işi dolanışıq vasitəsi kimi görən, lakin səriştəsiz olan şəxslərə buraxmışdırlar.
Beyer, Jürgen.Prophezeiungen // Enzyklopädie des Märchens: Handwörterbuch zur historischen und vergleichenden Erzählforschung [Encyclopedia of the fairy tale: Handy dictionary for historical and comparative tale research]. 10. Berlin & New York: Walter de Gruyter. 2002. 1419–1432.
Forbes, Christopher.Prophecy and Inspired Speech: in Early Christianity and Its Hellenistic Environment. Peabody, Massachusetts: Hendrickson. 1997.ISBN1-56563-269-9.
Hill, Clifford S.Prophecy, Past and Present: an Exploration of the Prophetic Ministry in the Bible and the Church today. Ann Arbor, Michigan: Vine. 1991.ISBN0-8028-0635-X.
Lawrence-Mathers, A.The True History of Merlin the Magician. Yale University Press. 2020 [2012].ISBN978-0300253085.