Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kadmium xlorid

Vikipediya, azad ensiklopediya
Kadmium xlorid
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formuluCdCl₂[1]
Molyar kütlə183,32 q/mol
Fiziki xassələri
Sıxlıq4,047 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi564; 568,5 °S
Qaynama nöqtəsi960 °C[2]
Təsnifatı
CAS-da qeyd. nöm.10108-64-2
PubChem24947, 24633
RTECSEV0175000
ChEBI35456
BMT nömrəsi2570
ChemSpider23035

Kadmium (II) xlorid (CdCl2) — qeyri-üzvi bir birləşmədir, kadmium metalının və xlorid turşusunun duzu, rəngsizkristallar, higroskopik, suda asanlıqla həll olunur,kristallohidratlar əmələ gətirir.

Fiziki xassələri

[redaktə |vikimətni redaktə et]

Kadmium (II) xlorid heksoqonal sistemin rəngsizkristallarını, fəza qrupunu R-3m, hüceyrə parametrlərini a = 0.385 nm, c = 1.746 nm, Z = 3 əmələ gətirir. Sulu məhlulları hidrolizə görə turş reaksiya yaradır. Metalik kadmium(6000C-də kadmiumun~ 15%) kadmium xloridin ərintisində həll olunur.

Alınması

[redaktə |vikimətni redaktə et]

Metalik kadmiumun xlorid turşusunda həll edilməsi nəticəsində almaq olur:

Cd+2HCl τ CdCl2+H2{\displaystyle {\mathsf {Cd+2HCl\ {\xrightarrow {\tau }}\ CdCl_{2}+H_{2}\uparrow }}}

Kadmium oksidin xlorid turşusunda həll edilməsi:

CdO+2HCl  CdCl2+H2O{\displaystyle {\mathsf {CdO+2HCl\ {\xrightarrow {}}\ CdCl_{2}+H_{2}O}}}

Sadə maddələr arasındakı reaksiya nəticəsində:

Cd+Cl2 450500oC CdCl2{\displaystyle {\mathsf {Cd+Cl_{2}\ {\xrightarrow {450-500^{o}C}}\ CdCl_{2}}}}

Kadmium oksidin və xlor qazı ilə reaksiyası nəticəsində:

2CdO+2Cl2 500600oC 2CdCl2+O2{\displaystyle {\mathsf {2CdO+2Cl_{2}\ {\xrightarrow {500-600^{o}C}}\ 2CdCl_{2}+O_{2}}}}

Kimyəvi xassələri

[redaktə |vikimətni redaktə et]

Kristallohidratların qızdırılması nəticəsində susuz duzları alınır:

CdCl22,5H2O 120170oC CdCl2+2,5H2O{\displaystyle {\mathsf {CdCl_{2}\cdot 2,5H_{2}O\ {\xrightarrow {120-170^{o}C}}\ CdCl_{2}+2,5H_{2}O}}}

Hidrogen xloridlə və qələvi metal xloridlərlə kompleks yaradır:

CdCl2+2HCl  H2[CdCl4]{\displaystyle {\mathsf {CdCl_{2}+2HCl\ {\xrightarrow {}}\ H_{2}[CdCl_{4}]}}}
CdCl2+2KCl  K2[CdCl4]{\displaystyle {\mathsf {CdCl_{2}+2KCl\ {\xrightarrow {}}\ K_{2}[CdCl_{4}]\downarrow }}}

Qaynar qatı sulfat turşusu ilə reaksiyaya daxil olur:

CdCl2+H2SO4 100oC CdSO4+2HCl{\displaystyle {\mathsf {CdCl_{2}+H_{2}SO_{4}\ {\xrightarrow {100^{o}C}}\ CdSO_{4}+2HCl\uparrow }}}

Qələvilərlə reksiyaya daxil olur:

CdCl2+2NaOH  Cd(OH)2+2NaCl{\displaystyle {\mathsf {CdCl_{2}+2NaOH\ {\xrightarrow {}}\ Cd(OH)_{2}+2NaCl}}}

Tədqiqi

[redaktə |vikimətni redaktə et]

Fotoreagentlərdə.Qalvanik elementlərdə elektrolitin tərkib hissəsi kimi.Üzvi sintezdə katalizator kimi.Sənayedə günəş panellərinin istehzalı zamanı.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.-Л.: Химия, 1966. — Т. 1. — 1072 с.
  2. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
  3. Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., испр. — М.: Химия, 2000. — 480 с
  1. Cadmium dichloride (ing.).
  2. David R. Lide, Jr.Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook.CRC Press, 1993.ISBN 978-0-8493-4498-5
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kadmium_xlorid&oldid=8050632"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp