Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Kabo-Verde

Vikipediya, azad ensiklopediya
port.República de Cabo Verde
port.República de Cabo Verde
BayraqGerb
BayraqGerb
Unidade, Trabalho, Progresso (azərb.Birlik, Əmək, İrəliləmə)
Rəsmi diliPortuqal dili,kaboverdiyanu
PaytaxtPraya-130 min nəfər (2011 il)
Ən böyük şəhəripaytaxtı
İdarəetmə formasıPrezident respublikası
PrezidentJorje Karluş Fonseka [9.IX.2011~ ]
Baş nazirUlisseş Korreya i Silva
SahəsiDünyada 176-cı
  Ümumi4033 km²
Əhalisi
  Əhali (2015)515 min nəfər (172-ci)
  Siyahıyaalma (2010)491 800 nəf.
  Sıxlıq127 nəf./km²
ÜDM(AQP)
  Ümumi (2012)2 214 milyon dollar (191-ci)
  Adambaşına4 200 dollar (167-ci)
İİİ(2011)0.568
ValyutaKabo-Verde eskudosu (CVE)
İnternet domeni.cv
ISO koduCV
Telefon kodu238
Saat qurşaqları−1
Nəqliyyatın yönüsağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kabo-Verdenin topoqrafik xəritəsi

Kabo-Verde (port.República de Cabo Verde, kea dilində:Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi,azərbaycan dilindəYaşıl Burun Adaları Respublikası) —Afrikanın qərb sahillərinin 620 kilometrliyindəAtlantik okeanda eyni adlıadalarda yerləşəndövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır.

Tarix

[redaktə |vikimətni redaktə et]

1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi.Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır.Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır. İqtisadiyyat hər istiqaməti ilə Portuqaliyadan asılıdır.Adalarda yaşayan əhalidən daha çox YaşılburunluABŞ,Portuqaliya,Anqola başda olmaqla bəziAvropa və Afrika ölkələrinə köç etmişdir.

Coğrafiya

[redaktə |vikimətni redaktə et]

Qərb Afrikaya daxil edilən Atlantik Okeanında bir ada dövlətdir. İqlimi mülayim və sərt temperatur ilə həddindən artıq quraqlıq olur. Yağışlar davamlı olmayıb, periodik quraklıklara səbəb olur. Adalar vulkanik mənşəlidir, əsasən düzənlik və alçaq bölgələrdən ibarətdir. Ölkənin ən yüksək nöqtəsi 2829 m mütləq yüksəkliyə malik olanFoqu vulkanıdır. Duz,bazalt qayalıqları , pozzuolana (silisli vulkanik tullantılar, su təzyiqli sement istehsalında istifadə olunur), əhəng daşı, kaolin,balıq ölkənin başlıca təbii qaynaqlarıdır. Uzun davamlı quraqlıqlar; görünüş çirkliliyi yaradan küləklər; vulkanik və seysmik fəaliyyətlər ölkə üçün təhlükə yaradır.

Əhali

[redaktə |vikimətni redaktə et]

Adanın əhalisi 429.000 olub əhali üçdə ikisindən çoxu Avropalı ağlarla Afrikalızənci lərin qarışığından əmələ gəlmişMulatto lardan ibarətdir. Geri qalanı isə Avropalı ağlar və Afrikalı qaralardandır. xx əsrdə bir neçə dəfə aclıqla qarşılaşan Adalıların böyük bir qisimi həyatlarını başqa ölkələrdə davam etdirmək üçün köç etdiblər. İndiki vaxtda ölkə vətəndaşlarının az qala iki qatı xaricdə yaşayır.Dini inanc olaraq əksəriyyət Roma Katolikliyi olsa da Protestantlar da var.Ölkədə Portuqal (rəsmi) və Crioli (KREOLE) dilləridə danışılır.

İqtisadiyyat

[redaktə |vikimətni redaktə et]

İqtisadiyyata ümumi baxış: Kabo-Verdenin adam başına düşən ümumdaxili məhsulun aşağı olmasının səbəbləri; kasıb təbii qaynaqları, ciddi su çətinliyi və uzun müddətli quraqlıqlar.

Adam başına düşən milli gəlirin 70%-ini təşkil edən ticarət, nəqliyyat və xidməti sektorları ölkənin xidmətə söykənən iqtisadiyyatını meydana gətirir.

İqtisadiyyatın əsas sahələri — balıqçılıq, kənd təsərrüfatı və turizmdir.

Ölkə əhalisinin 70%-inə yaxın hissəsi çöl bölgələrdə yaşasa da, əkinçiliyin 1995-ci il ümumdaxili məhsuldakı payı balıkçılığın 1,5%-ini təşkil etdiyi 8% nisbətindədir. Qida maddələrinin təxminən 90%-i idxal edilir. Balıqçılıq potensialı, xüsusilə xərçəng və ton balığı tamamilə işlənmir.

2011-ci ildə ölkədə 277 million kilovat-saat elektroenerji istehsal edilmişdir.

Xarici siyasəti

[redaktə |vikimətni redaktə et]

Kabo-Verde 23 iyul 2008-ci ildə tarixindəÜmumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmuşdur.[2]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
⛭
 Kabo-Verde ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kabo-Verde&oldid=7404685"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp