Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Jupan

Vikipediya, azad ensiklopediya
Ukrayna. Kontuşun altından jupan geyinmiş Zaporojye kazakı.(1786)

Jupan (pol.żupan) — XVI-XVIII əsrlərdəŞərqi Avropa ölkələrində, slavyanxalqlarında,[1] xüsusilə müasirPolşa,Belarus,Ukrayna,Litva ərazisində varlı təbəqələr (zadəganlar, bürgerlər) arasında geniş yayılmış rəngli, qızıl düymələr və bahalı xəzlər ilə bəzədiləngeyim növüdür.[2] Polşada jupanla bağlı atalar sözü də geniş yayılmışdır: "Harada geyinilirsə jupan, orada yaşayır pan".[3]

Bahalı parçalardan tikilirdi. Əvvəllər jupanyun parçadan və məxmərdən hazırlanırdı.[4] Gündəlik istifadə üçün nəzərdə tutulan jupanlaryun parçadan, müxtəlif tədbirlər və şənliklər üçün nəzərdə tutulan jupanlar isə ipək parçadan hazırlanırdı.[5] Jupan adətən, boz, sarı, mavi, qırmızı rənglərdə olurdu. Onun üstindən heyvan dərisindən hazırlanan vəqılınc asılan kəmər bağlanırdı. Jupan,ilk vaxtlar zireh altından geyilən geyim kimi istifadə olunurdu və bir sözlə hərbi mundir hesab olunurdu. XVI-XVIII əsrlərdə onun modeli çox dəyişmədi, yalnız uzunluğu, yaxası kəsildi və istifadə olunan parça növü dəyişdi.

Qaynaqlara əsasən jupan haqqında ilk məlumat 1393-cü ilə aid olsa da, o, yalnız XVI əsrin ortalarından klassikgeyim formalarından birinə çevrilmişdir.[6] Jupan uzun qollu və uzun ətəkli, dekorativ düymələri olankişi geyimi isi. XVI əsrdə bu paltara xəz yaxalıq da daxil edilmişdir.

Jupan tədricən üst geyim kimi əhəmiyyətini itirdi və yalnız kontuş altından geyinilirdi. XVII əsrin ikinci yarısından etibarən hündür yaxalıqlar dar zolaqlar və ya adi örtüklü boyun haşiyəsi ilə əvəz edilmişdir. 1680-ci illərdən sonra jupan davamlı olaraq kontuş altında geyilirdi və bu iki geyim birlikdə XIX əsrin ortalarına qədərPolşanın milli geyiminə çevrilmişdi.[7] XVIII əsrdən sonra Jupan kətan və ya pambıq kimi ucuz parça hazırlandığına görə daha yüngül oldu.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Жупан // Толковый словарь живого великорусского языка / авт.-сост. В. И. Даль. — 2-е изд. — СПб. : Типография М. О. Вольфа, 1880—1882. (рос.)
  2. Mały Słownik Języka Polskiego, Elżbieta Sobol (red.), Lidia Drabik, Warszawa: Wydawnictwo Naukowe PWN, 1995,ISBN 83-01-11737-0, OCLC 169998251.
  3. Władysław Kopaliński, Podręczny słownik wyrazów obcych, Rytm 1999, ​ISBN 83-87893-78-1​.
  4. Najnowsza Encyklopedia Powszechna A-Z,. Kraków: Wydawnictwo Zielona Sowa, 1980, s. 1062, 462.
  5. Nowa Encyklopedia Powszechna - tom 6.. Warszawa: PWN, 1996, s. 1087.ISBN 83-01-11969-1.
  6. Лазука, Б. А. Слуцкія паясы і еўрапейскі тэкстыль XVIII. Малы лексікон / Б. А. Лазука. — Мінск: Беларусь, 2015. — 170 с.ISBN 978-985-01-1080-0. С. 14.
  7. Anna Sieradzka, Tysiąc lat ubiorów w Polsce, Arkady, Warszawa 2003, s.83

Qalereya

[redaktə |vikimətni redaktə et]
  • 1644
    1644
  • 1649
    1649
  • 1654
    1654
  • Aleksandr Benedikt Sabeski jupan geyimdə, 1690
    Aleksandr Benedikt Sabeski jupan geyimdə, 1690

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Jupan&oldid=7831528"
Kateqoriya:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp