| JAN ŞMİDT | |
|---|---|
| ing.Jean Schmidt | |
| Doğum tarixi | (73–74 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | siyasətçi |
| Partiyası | |
Jan Şmidt (ing:Jeannette Marie Hoffman Schmidt, 29 noyabr, 1951) — ABŞ Konqresinin üzvü.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü,Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçünermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrinisoyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm".
J. Şmidt xatırladıb ki, ABŞ-nin bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçiBernard Levis vəNorman İtzkovits, Kaliforniya UniversitetindənStenford Şav, Lusvill UniversitetindənJustin Makkarti, Massaçusets UniversitetindənGünter Levi vəBrayan Vilyams, Boston UniversitetindənDavid Fromkin, Brandis UniversitetindənAviqdor Levi, Tennessi Texniki UniversitetindənMaykl Günter, Corc Vaşinqton UniversitetindənRoderik Davidson, "Hunter" KollecindənPyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundanMaykl Radu və hərbi tarixçiEdvard Erikson kimi nüfuzlu elm adamları vardır.
J. Şmidtin bu mövqeyinə görə D. Qriqoryan adlı bir erməni millətçisi onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsi olduğu iddiasını irəli sürüb. J. Şmidt D. Qriqoryanı məhkəməyə verərək bunun belə olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək ona böhtan atanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.[1][2][3]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |