Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Jak Prever

Vikipediya, azad ensiklopediya
Jak Prever
fr.Jacques Prévert
Doğum adıJacques André Marie Prévert[4]
Doğum tarixi4 fevral1900(1900-02-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi11 aprel1977(1977-04-11)[2][3][…](77 yaşında)
Vəfat səbəbiağciyər xərçəngi
Fəaliyyətişair, ssenarist, dramaturq, boyakar[d], yazıçı, rejissor, söz yazıçısı[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jak Prever (fr.Jacques Prévert;4 fevral1900[1][2][…],Nöyi-sür-Sen[5][4]11 aprel1977[2][3][…]) — fransız şair və dramaturq.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsə də, o, təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, "Sözlər" və "Əhvalatlar" adlı kitab-larını nəşr etdirib.

Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb ("Qəribə əhvalat" — 1937; "Dumanlı sahil"—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə "Tamaşa", 1966-cı ildə "Fatras", 1972-ci ildə "Əşyalar və başqaları", 1980-ci ildə isə "Gecə günəşi" əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.

Jak Prever 1977-ci ildə vəfat edib.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1234Jacques Prévert (nid.).
  3. 12http://web.archive.org/web/20170324045736/http://jeugdliteratuur.org/auteurs/jacques-prevert.
  4. 123Fichier des personnes décédées mirror.
  5. 12Превер Жак //Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд.Москва:Советская энциклопедия, 1969.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Jak_Prever&oldid=7674910"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp