Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Jagdpanther

Vikipediya, azad ensiklopediya
Jagdpanther
TipiTank qatili
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlərİkinci dünya müharibəsi
Xüsusiyyətləri
Ağırlığı45,5 t
Zireh80 mm (öndə)
100 mm (top qalxanı)
MühərrikMaybach HL230P30 (V-12benzinli) su soyutmalı
Güc nisbəti14 at gücü/ton
Mühərrik gücü700at gücü (kW)
Əsas silah1x 8.8 cm Pak 43/3 ya da 43/4 L/71
57 mərmi
Köməkçi silah1x 7,92 x 57 mmMG 34
600 mərmi
Uzunluğu
  • 9,87 m
Eni3,42 m
Hündürlüyü2,71 m
Ekipaj5 (tank komandiri, sürücü, radio operator, silahçı, yükləyici operator)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jagdpanther (“Hunting Panther”)Nasist AlmaniyasıordusuWehrmacht tərəfindənİkinci Dünya müharibəsi dövründə istifadə edilmiş və Panther tank şassisi üzərində hərəkət edəntank ovçusu. Hərəkət mənzili 250 km, maksimum sürəti saatda 46 km, dayandırma sistemi iki təbəqəli bar olmuşdur.

Yaradılması

[redaktə |vikimətni redaktə et]

Bu ağır sinif tank qatili olan maşın 88 mm Pak 43 top və Panther tank şassisindən ibarət idi.1942-ci ildə SdKfz 173 adı ilə sifariş edildi. İstehsalına1944-cü ilin ilk aylarında başlandı vəHitler tərəfindən Jagdpanther (Azərbaycanca → “ovlanan panter”) adlandırıldı.

MaşınTiger II tanklarının əsas silahı olan uzunlüləli 88 mm top və həmçininmitralyoz kimi də istifadə olunan 7.92 mmMG 34 ilə silahlanmışdı.Tankın ön hissəsiəyri bir zirehlə örtülmüşdü. Jagdpanther tanklarının güc/çəki nisbəti həqiqətən çox yaxşı idi. Vasitənin istifadəsində olan top hər hansı birmüttəfiq tankını asanlıqla məhv edə bilərdi.Jagdpantherin aşağı silueti, nəqliyyat vasitəsinə asanlıqla gizlənmə şansı verir və onun müəyyənləşdirilib vurulmasını çətinləşdirirdi. Panther tankının şassisini istifadə etməyin ən vacib səbəbi bu mexaniki komponentin az problem yaratması idi.

İki modeli ayırd etmək çox asan idi. Onlardan birində topun ətrafındakı zireh qaynaqla bağlanmış, digərində isə boltlar istifadə edilmişdir. Pak 43/4 modeli boltlu modeldə top kimi istifadə edilmişdir. İlkJagdpantherlərin silah lülələri bir parçadan ibarət idi və sürücünün iki görmə çuxuru var idi. Daha sonra bu dəliklər birə endirildi.

İstehsalı

[redaktə |vikimətni redaktə et]

1944-1945-ci illər arasında cəmi 392 ədəd Jagdpanther istehsal edildi. Bu nəqliyyat vasitələriŞərq Cəbhəsindəağır tank məhv qrupları olaraq istifadə edildilər. Onlardan bəziləri müharibənin son dövrlərində Bulge Əməliyyatı zamanı istifadə edilmişdir. 12 Jagdpanther tankı Alman 654-cü Ağır Tank əleyhinə Batalyonuna (schwere Panzerjäger-Abteilung) aid olması səbəbiyləNormandiya əməliyyatı əsnasındaingilis qoşunlarına qarşı döyüşlərdə istifadə edilmişdir.

Jagdpanther, İmperator Müharibə Muzeyinin (Imperial War Museum) əsas girişində
88mm Kw.K.43 L / 71 topunun zireh dağıtma dəyərləri
NövüMərmi cəkisiLülə çıxış sürəti100500100015002000
PzGr.39 / 43 (Zireh dəlici ballistik başlıqlı)10.2 kg1000 m/s202 mm185 mm165 mm148 mm132 mm
PzGr.40 / 43 (qatı başlıqlı zireh dəlici)7.3 kg1130 m/s237 mm217 mm193 mm170 mm152 mm
HI.Gr.39 (yüksək patlayıcılı)10 kg880 m/s90 mm90 mm90 mmbilinmirbilinmir

Dövrümüzdə qalanlar

[redaktə |vikimətni redaktə et]

Yalnız bir Jagdpanther işlək vəziyyətdədir. Bu vasitə İngilislər tərəfindən qurulan (Sdkfz Association) dərnəyi tərəfindən tapılmış və 4 illik bərpa müddətindən sonra istifadəyə verilmişdir.

Daha 9 dənəsi xilas edilə bilinsə də, onlar sadəcə olaraq sərgilənə bilirlər. Bunlardan bəziləriLondondakı İmperator Müharibə Muzeyi (Imperial War Museum), MünsterdəkiAlmaniya Tank Muzeyi (Deutsches Panzermuseum),FransanınSaumur bölgəsində yerləşən Zirehlilər Muzeyi (Musée des Blindés) vəAberdində yerləşən Birləşmiş Ştatlar Ordusunun Təchizat Muzeyində (United States Army Ordnance Museum) sərgilənir.

Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Jagdpanther&oldid=6207203"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp