Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
I Karl.
I Karl (ing.Charles I of England) (19(29) noyabr1600[1][2][…],Danfermlin sarayı[d],Fayf[d] –30 yanvar (9 fevral)1649[1][2][…]) —İngiltərə,Şotlandiya vəİrlandiyakralı.Stüart ailəsinə mənsub olub,Şotlandiya kralıVI Ceymsin oğlu olaraq Danfermlin sarayında dünyaya gəldi. 1603-cü ildə atasının taxta çıxmasıylaİngiltərəyə gətirildi və bundan sonrakı həyatını burada yaşadı.Uels şahzadəsi olan qardaşıHenri Frederikin tifus xəstəliyi səbəbilə vəfatının ardından 1612-ci ildəİngiltərə,İrlandiya vəŞotlandiya taxtlarının varisi elan olundu. 1623-cü ildə baş tutan və 8 ay davam edənİspaniya səyahəti əsnasında kralın bacısıMariya Anna ilə evlənməsi müzakirə edilsə də, bu cəhd nəticəsiz qaldı. Səyahətdən 2 il sonraBurbon ailəsindənHenretta Mariya ilə evləndirildi.
1625-ci ildə taxta keçdikdən sonra monarxın səlahiyyətlərini məhdudlaşdıranİngiltərə parlamenti ilə münasibətləri pisləşdi. I Karl ölkəni öz vicdanıyla idarə etmək arzusunda idi və bu səbəblə ölkəni ikiyə ayırdı.Katolik bir xanımla evlənməsi vəkatolik məzhəbinə bəzi dini azadlıqlar verməsi ölkədəki digər dini qrupları qorxuya saldı. Buna baxmayaraq, onun səltənəti dönəmində bir çox adlı-sanlıAnqlikan din adamı yetişmişdir.
1642-ci ildə başlayanİngiltərə vətəndaş müharibəsi boyunca I Karl parlament orduları ilə mübarizə apardı. 1645-ci ildəşotland qoşunlarına məğlub olan kralİngiltərə parlamentinə təhvil verildi. Həbsi əsnasındakonstitusional monarxiyanı qəbul etməsi şərtilə azad buraxılacağı təklif edilsə də, bu təklifi qəbul etmədi və 1647-ci ilin noyabrında qısa müddətliyinə də olsa azadlığa buraxıldı. ArdındanVayt adasına həbs olunan I KarlŞotlandiya ilə ittifaq qurmağa çalışsa da,Oliver Kromvelin 1648-ci ilin sonunda topladığı yeni tip ordu ölkənin idarəsini ələ aldı. 1649-cu ilin yanvarında məhkəməyə çıxarılan I Karl vətənə xəyanətlə təqsirləndirilərək edam olundu.Monarxiya ləğv edildi və İngiltərədərespublika elan olundu. İngiltərədəmonarxiya yalnızII Karl dönəmində geri qaytarıldı.
Şotlandiya kralıVI Ceymsin və xanımıDanimarkalı Annanın ikinci oğlu olan Karl 19 noyabr 1600-cü ildə Danfermlin sarayında dünyaya gəldi. 23 dekabrdaEdinburqdakı Holirud sarayında baş tutanprotestan mərasimiylə Ross yepiskopu tərəfindənvəftiz edildi və ənənəyə görə,Şotlandiya krallarının ikinci oğullarına verilən Albani hersoqluğu ilə təltif olundu.
AtasıVI Ceymsİngiltərə kraliçasıI Elizabetin həyatda qalan yeganə kişi qohumu idi (onun babasıV Ceyms kraliçanın bibisi oğlu idi) və bu səbəblə kraliça 1603-cü ilin martında vəfat etdikdən sonraI Ceyms adıyla İngiltərə taxtına əyləşdi. Ardından bütün ailəsiylə birlikdə aprel ayındaLondona gələnI Ceyms, o ərəfədə hələ 3 yaşında olan kiçik oğlu Karlı həssas səhhəti səbəbiləŞotlandiyadakı yaxın dostu Aleksandr Setona əmanət etdi.
1604-cü ilin iyulunda yetəricə böyüyən və artıq yeriməyə başlayan Karl doğulduğu Danfermlin sarayından həyatının geri qalanını keçirəcəyiLondona doğru yola çıxdı. Burada saray mənsublarından Robert Kareyin xanımı Leydi Elizabetin himayəsinə verildi. Danışma qabiliyyəti olduqca zəif idi və həyatı boyunca kəkələməyə davam etdi.
1605-ci ilin yanvarında ənənəyə uyğun olaraq,İngiltərə kralının ikinci oğlu olması səbəbiləBat cəngavəri vəYork hersoqu ünvanlarını aldı.Kalvinist bir şotland olan Tomas Murey balaca uşağa müəllim təyin edildi və din, riyaziyyat, ədəbiyyat və fərqli dillər üzrə dərslər almağa başladı. 1611-ci ildəMüqəddəs Qarter ordeni ilə təltif olundu.
Sarayda aldığı dərslərin ardından əsl şahzadə kimi böyüsə də, böyük qardaşıUels şahzadəsiHenri Frederik qədər məşhur və nüfuzlu deyildi. Ancaq 1612-ci ilin noyabrında qardaşı anidən vəfat etdi. Ölüm səbəbi olaraq tifus epidemiyası göstərilir. Bundan 2 həftə sonra 12 yaşına qədəm qoyan Karl İngiltərə taxtının yeganə varisi elan olundu. Kralın ən böyük oğlu olması səbəbilə Karl avtomatik olaraq bir çox ünvan aldı. 4 il sonra 1616-cı ilin noyabrındaUels şahzadəsi vəÇester qrafı elan edildi.
1613-cü ildə Karlın bacısıElizabet alman elektorV Frederiklə evləndi vəHeydelberqə köçdü. 1617-ci ildəkatolik olanAvstriya hersoquFerdinandınBohemiya kralı seçilməsi bölgədəkiprotestant-katolik qarşıdurmasını daha da alovlandırdı. Belə ki, ertəsi il Bohemiyalılarkatolik rəhbərlərinə qarşı ayaqlandılar. Nəticədə 1619-cu ilin avqustunda Bohemiya parlament məclisiV FrederikiBohemiya kralı, 2 gün sonra isəFerdinandıMüqəddəs Roma imperatoru olaraq seçdi.Frederikinimperatora qarşı çıxaraq onun taxtını əlindən almasıOtuzillik müharibə adlanacaq uzun qarışıqlıq dövrünün başlanğıcı oldu. İlk illərdə yalnızBohemiya taxt-tacı uğrunda gedən döyüşlər daha sonraİngiltərə parlamentinin də bölgədə nüfuz qazanma niyyəti səbəbilə bütövAvropanı əhatə etdi. 1620-ci ildəV FrederikPraqa yaxınlığında məğlub edildi və onun ata-baba torpaqlarıHabsburqlar tərəfindən işğal olundu.I Ceyms isə bütün bunları uzaqdan izləyirdi və yenicəUels şahzadəsi olan oğlu Karllaİspaniyainfantası olanMariya Anna arasında siyasi evlilik planlaşdırırdı. Eyni zamandaimperatorII Ferdinandın bacısı qızı olanMariya Anna ilə baş tutacaq nikahAvropada başlayan bu müharibənin ən qısa diplomatik həlli yolu idi.
Ancaq təəssüf ki,I Ceyms nəİspaniya sarayında, nə də öz sarayında bu fikrinə yetərincə dəstəkçi toplaya bilmədi.İngiltərə parlamenti qətikatolik vəispan düşmənçiliyini davam etdirirdi və bu səbəblə, 1621-ci ildə yenidən çağırılanparlamentvəliəhdinprotestant bir xanımla evlənməsini vəİspaniyaya qarşı yeni bir dəniz səfərinin təşkil edilməsi fikrini irəli sürdü. Lord-kanslerFrensis BekonLordlar palatası önündəkorrupsiya ilə mühakimə olundu və buimpiçment 1459-cu ildən bərikralın rəsmi sanksiyası olmadan edilən ilk mühakimə idi. Bu hadisə sonrakı illərdə Karl və onun dəstəkçilərinə —Bukingem hersoquCorc Villers,ArxiyepiskopUilyam Laud vəStafford qrafıTomas Venvorta qarşı sui-istifadə edildi.I Ceyms hər nə qədər buna etiraz etsə də,parlamentUels şahzadəsinin dərhalİspaniyaya qarşı yeni bir hərbi səfərə göndərilməsini tələb etdi. Ancaq onların bu tələbi Karl tərəfindən də hədsizlik olaraq qəbul edildi. 1622-ci ilin yanvarındaI Ceyms parlament üzvlərinin özbaşınalığı və krala qarşı çıxışlarını bəhanə göstərərəkparlamenti istehfaya göndərdi.
1623-cü ilin fevralında Karl,Bukingem hersoqu və vəliəhdin yaxın adamlarından biriİspaniya ilə planlaşdırılan siyasi evlilik məsələsini müzakirə etmək məqsədilə gizlicəİspaniyaya getdilər. Ancaq onların bu gizli səyahəti uğursuzluqla nəticələndi. Belə ki,infanta Karlın öz inancına görə kafir olduğunu, bu evliliyin əsas şərti olaraq İngiltərə vəliəhdininRoma-Katolik kilsəsinə dönməsini tələb etdi. Bundan başqa,ispanlar İngiltərədəkikatolik inancının bərpasını və baş tutacaq nikahın ardından gəlininİngiltərəyə getməyəcəyini irəli sürdülər. Müzakirələr əsnasındaBukingem hersoqu ilə dönəminİspaniya baş naziri arasında münasibətlərin pisləşməsinin ardından müzakirələr bilavasitə Karl tərəfindən aparıldı. Həmin ilin oktyabrında heç bir nəticə əldə edə bilməyən Karl və adamlarıLondona geri döndülər və döndükdən sonra,I Ceymsəİspaniyaya müharibə elan etmək üzrə təzyiq göstərməyə başladılar.
1624-cü ildəI Ceymsprotestant müşavirlərinin məsləhətiyləİngiltərə parlamentini yenidən çağırdı. Məqsəd isə hazırlıq görülən yeni müharibədə hökumətdən maliyyə subsidiyası almaq idi. Ancaq qurulan yeni hökumətin maliyyə naziriLionel Qranfild yaranacaq maliyyə məsrəfləri səbəbilə müharibə təklifini qəbul etmədi və onun bu qərarı vəzifədən alınmasına səbəb oldu. Ernst von Mansfeld idarəsindəki zəif təchizatlı orduV Frederikin işğal edilmiş mülklərini azad etmək üçün yola çıxsa da,Hollandiya sahillərindən irəli gedə bilmədi. O illərdə səhhəti və yaşlılığı səbəbiləparlamentlə mübarizə apara bilməyənI Ceyms 1625-ci ilin martında vəfat etdiyi əsnada Karl vəBukingem hersoqu çoxdan real hakimiyyəti əlinə almışdı.
İspaniyanın etirazından sonra I Karl və yaxın müşaviriBukingem hersoqu gözünüFransaya dikdi. Bu dəfəki gəlin namizədi isəFransa kralıXIII Lüdoviqin bacısıHenretta Mariya idi. Karl 15 yaşlı qızıİspaniya səfəri əsnasında görmüşdü. Cütlüyün nikahı 1 may 1625-ci ildəParis Notr-Dam kilsəsində qiyabi olaraq baş tutdu. Evli cütlük ilk dəfə 13 iyun 1625-ci ildə Kanterburidə bir araya gəldilər. Karl çağıracağı ilk parlamenti, evliliyə etiraz etməmələri üçün toy mərasimindən sonraya təxirə salmışdı.Parlamentin İcmalar palatasındakı bir çox üzvü İngiltərə kilsəsinə zərər verəcəyi və ölkədəki katolik nüfuzunun artacağı qorxusuyla, kralın bir katoliklə evlənməsinə qarşı çıxırdı. Karl parlamentə ölkədəki dini nizam-intimazın pozulmaması barədə təminat versə də, qaynı olanXIII Lüdoviqlə bağladığı gizli nikah sazişində bunun tam əksini irəli sürürdü. Üstəlik, bu sazişə əsasən İngiltərə donanmasına aid 7 döyüş gəmisi fransızlaraLa Roşeldə çıxan protestant üsyanınn yatırılmasında kömək edəcəkdi. I Karlın tacqoyma mərasimi 2 fevral 1626-cı ildəVestminster abbadlığında keçirildi. Ancaq xanımıprotestant dini mərasimində iştirak etməkdən imtina etdi.
| |
|---|
| Lüğətlər və ensiklopediyalar | |
|---|
| Şəcərə və nekropolistika | |
|---|
|