Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

I Georq (Yunanıstan kralı)

Vikipediya, azad ensiklopediya
I Georq
dan.Georg I.
30 mart 1863 –18 mart 1913
ƏvvəlkiOtto
SonrakıI Konstantin
Şəxsi məlumatlar
Doğum tarixi24 dekabr1845(1845-12-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi18 mart1913(1913-03-18)[3][4][…](67 yaşında)
Vəfat yeri
Vəfat səbəbigüllə yarası[d]
Fəaliyyətimonarx
AtasıIX Kristian (Danimarka kralı)
Uşaqları
Dinilüteranlıq
Rütbəsi

TəltifləriRoyal Victorian Order Bant ordeni "Qara qartal" ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of St. Alexander Nevsky "Xilaskar" ordeni Knight of the Order of the Golden Fleece "Fəxri legion" ordeninin böyük xaçı "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı Cross of Naval Merit "Serafimlər" ordeni "Fil" ordeni — 1863 Dannebroq ordeni "Ən müqəddəs müjdə" ali ordeni Order of Saints Maurice and Lazarus Order of the Wendish Crown Royal Victorian Chain — 1905
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Georgi (yun.Γεώργιος A', Βασιλεύς των Ελλήνων;24 dekabr1845[1][2][…],Kopenhagen[5]18 mart1913[3][4][…],Saloniki[5]) —Yunanıstan kralı.

Həyatı

[redaktə |vikimətni redaktə et]

I Georq 1845-ci il dekabrın 24-dəDanimarkanın paytaxtıKopenhagendə dünyaya gəlib. Tam titulu və adı Şlezviq-Holşteyn-Zonderburq-Qlüksburq şahzadəsi Kristian-Vilhelm-Ferdinand-Adolf-Georqdur. Danimarka kralıIX Kristianın ikinci oğludur. 30 mart 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib.

I Georq başda olmaqla kral ailəsiBöyük Britaniya və Rusiya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısıAleksandra Böyük Britaniya kralıVII Eduardın həyat yoldaşı və gələcək kralV Georqun anası idi. Digər bacısıMariya isə Rusiya çarıIII Aleksandrın həyat yoldaşı, gələcək çarII Nikolayın isə anası idi. I Georqun özü isəII Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi.

1912–1913-cü illərBirinci Balkan Müharibəsində türklərin Balkan yarımadasındakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.Osmanlı imperiyasına qarşı hərbi əməliyyatları genişləndirən I Georq 1913-cü il martın 5-dəSalonikidə anarxist Aleksandros Sxinas tərəfindən qətlə yetirildi.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Georg 1. //Dansk Biografisk Lexikon (dan.).
  2. 12Jordi I de Grècia //Gran Enciclopèdia Catalana (kat.).Grup Enciclopèdia, 1968.
  3. 12Lundy D. R. William George I zu Schleswig-Holstein-Sonderburg-Glücksburg, King of the Hellenes //The Peerage (ing.).
  4. 12Griechenland (Georg I.) //Brockhauz Ensiklopediyası (alm.).
  5. 1234Deutsche Nationalbibliothek Record #102300186 //Gemeinsame Normdatei (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=I_Georq_(Yunanıstan_kralı)&oldid=8085338"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp