Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

I Elizabet

Vikipediya, azad ensiklopediya
I Elizabet
ing.Elizabeth I
Şəxsi məlumatlar
Doğum tarixi7 sentyabr1533(1533-09-07)[1]
Doğum yeri
Vəfat tarixi24 mart (3 aprel)1603(1603-04-03)[1](69 yaşında)
Vəfat yeri
Vəfat səbəbisepsis
Dəfn yeri
AtasıVIII Henri[3][4]
AnasıAnna Boleyn[3][4]

MonoqramMonoqramın şəkli
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Elizabet (7 sentyabr1533[1],Plasentiya sarayı[d],Böyük London regionu[d]24 mart (3 aprel)1603[1],Riçmond sarayı[d],Böyük London regionu[d]) —İngiltərəninTüdor sülaləsindən olan sonuncu kraliçası. Əlavə olaraqİrlandiyanın və şərti olaraqFransanın kraliçası hesab edilirdi. Həyatı boyunca heç vaxt evlənmədi və bu səbəbdən tarixi mənbələrdəBakirə Kraliça adlanır.

I Elizabetin iqtidarda olduğu müddət İngiltərə tarixində Qızıl dövr(Golden age) adlanır. Dövrünün üzərindən 4 əsr keçməyinə baxmayaraq öz populyarlığını heç itirməmişdir.

Dünyaya gəlməsi

[redaktə |vikimətni redaktə et]

Atası VIII Henrix,18 yaşında ikən kral olmuş,İspaniya kralıFerdinand ilə kraliçaİzabelin həyatda qalan yeganə qızlarıKaterina ilə ittifaq evliliyi etmək məcburiyyətində qalmışdı. Lakin 25 yaşında Elizabetin anası olacaqAnna Boleynə aşiq olmuşdu. Katerinadan ayrılmaq istəsə də qanunlar buna mane olurdu, İngilitərə də digər qərbi avropa ölkələri kimikatolik idi və buna görə də bu evliliyin gerçəkləşməsi üçün ruhani liderPapadan icazə istəməli idi. Papa icazə vermədi. İspanlar da bu evliliyə qarşı çıxırdılar və Katerina üzərindən İngiltərəni əl altında saxlamaq istəyirdilər.

Kral Henri evliliyini gerçəkləşdirmək üçün radikal bir addım atdı. Eşqi üçün ölkəsinin dinini dəyişdirdi. Hələ bir neçə il öncə Martin Lüterin kitablarını yandırıb, Protestantları edam etdirərək "dinin müdafiəçisi" ünvanına Papa tərəfinfən layiq görülən Henri yeni kilsə və məzhəb yaradaraq Anglikanizmi qurdu. Və ardından Anna ilə gizlincə evləndi, eyni il 7 sentyabr 1533-cü ildə Qrinviçdə Elizabet dünyaya gəldi.

Gənclik illəri

[redaktə |vikimətni redaktə et]

Dəri rənginin həddindən çox ağ olması səbəbilə şans və uğursuzluq gətiriləcəyinə inanıldı və öldürülmək istəndi. Ancaq anasıAnna Boleyn bu işə mane oldu.Anna BoleynVIII Henrixin ikinci qadını idi. İki dəfə hamilə qalsa da, oğlan uşağı olmadı və kralın gözündən düşdü. I Elizabet hələ 3 yaşında ikən anasıAnna Boleyn xəyanətlə ittiham olundu və edam edilərək öldürüldü.

Beləliklə, Elizabet kralın qeyri-məşru uşağı sayıldı və taxt namizədliyindən çıxarıldı. AtasıVIII Henrix daha sonraJane Seymour`la evləndi vəEduard adlı oğlu oldu. Ölmədən öncə qızı Elizabetanı məşru qızı olaraq elan etdi və beləliklə, Elizabetaya taxt yolu açıldı. 1547 tarixində atası vəfat etdi və ögey qardaşıVI Eduard taxta çıxdı. Ancaq ögey anasıJane Seymour`un qardaşı Tomas Seymour`la aralarında münasibət olduğu aşkara çıxdı və Tomas Seymour edam edildi. Elizabet isə 5 dəfəİncilə and içsə də, günahsızlığını isbat edə bilmədi və saraydan uzaqlaşdırıldı.

I Mariya dönəmi

[redaktə |vikimətni redaktə et]

VI Eduard 6 iyul 1553-cü ildə vəfat etdi və ölümü gizli saxlanıldı. Mərhum kralın vəsiyətinə uyğun olaraq, 4 gün sonra uzaq qohumu sayılanCeyn Qrey taxta çıxdı. Taxtını qorumaq məqsədilə faktiki taxt namizədi sayılanVIII Henrixin iki qızı —Mariya və Elizabeti aradan qaldırmaq istədi. Ancaq bu mübarizədə radikalkatolikMariya qalib gəldi və 9 günlük səltənətdən sonraCeyn Qrey taxtdan endirilərəkTauer qalasına həbs olundu.

Ancaq həbs olunanCeyn Qreyin atasının tərtibi ilə başlananprotestant üsyanı siyasi vəziyyəti gərginləşdirdi. Nəticədə üsyan yatırıldı,Ceyn Qrey və əri edam edildi və Elizabet ev həbsinə alındı. Bu üsyandan sonra radikalkatolik olanKraliça Mariyanınprotestant düşmənliyi daha da artdı və ölkənin hər yerində qanlı məhkəmələr quruldu.Protestant olma şübhəsi görülən hər kəs cəzalandırıldı. Ölkədə yarananprotestant-katolik ziddiyəti iki bacı arasındakı münasibətləri də soyutdu. Bir neçə ay sonraI Mariya gələcəkispan kralıII Filipplə evləndi. İki dəfə hamilə qalsa da, uşaq dünyaya gətirə bilmədi və özündən sonra taxt namizədi olmadı. Qısa zaman ərzində xəstələnənKraliça Mariya bəzi qaynaqlara görə,xərçəng xəstəliyinə tutuldu və vəfat etdi.

Səltənət illəri

[redaktə |vikimətni redaktə et]

Kraliça Mariya 17 noyabr 1558-ci ildə vəfat etdi vəprotestant olan Elizabet taxta çıxdı. Mərhum kraliçanın əriII Filipp Elizabetlə evlənmək istəsə də, Elizabet bu təklifi rədd etdi. Bəzi mənbələrə görə, buna səbəb kraliçanın uşaqlıq dostu olan Robert Dudley olmuşdur. İlk iş olaraq Elizabet özünüİngiltərə kilsəsinin başçısı seçdi və bütün ölkədəprotestantlığı elan etdi. Bunun nəticəsində bir çox sui-qəsdlərə məruz qalsa da, yaxın köməkçisi Sir Fransisko Walsingham`ın köməkliyi ilə bütün bunlardan xilas oldu.Katolik rəhbərliyi olanŞotlandiya krallığı ilə münasibətləri pozuldu və müharibə elan edildi. Bu dönəmdəŞotlandiya bibisiMarqaret Tüdorun nəvəsiMariya Stüart tərəfindən idarə edilirdi.Fransa kralıII Fransiskin vəfatından sonra orada da hakimiyyəti ələ alanMariya Stüart daha da gücləndi. Ancaq qısa zaman sonraMariya Stüart ələ keçirildi və həbs olundu. Fransız qüvvələri isə geri çəkildi. Bir müddət burada həbs olunanMariya Stüart daha sonra edam edildi. Beləliklə, I ElizabetTüdor sülaləsinin yeganə varisi olaraq hakimiyyətini gücləndirdi. 1588-ci ildəİspaniya kralıII Filippinİngiltərəyə gəlişi zamanı böyük birispan donanmasınıningilislər tərəfindən yandırılması böyük təəccüb yaratdı və iki dövlət arasındakı münasibətləri korladı.

Uzun müddət ölkəni təkbaşına idarə edən I Elizabet 1603 tarixində vəfat etdi. Ölüm yatağında ikən əlində gənclik dostu olan Robert Dudley`in sevgi məktubu olduğu rəvayət edilir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234A Historical Dictionary of British Women (ing.). 2Routledge, 2003. P. 153.ISBN 978-1-85743-228-2
  2. Lundy D. R. Elizabeth I Tudor, Queen of England //The Peerage (ing.).
  3. 12Blain V.,Grundy I.,Clements P.The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 335.
  4. 12Kindred Britain.
 Bu şablona bax 
  Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV10245856 ·BIBSYS1207260490598969 ·BNCa1125354x ·BNEXX977626 ·BNF12026274d ·CiNiiDA02153851 ·CONOR84877155 ·EGAXAvtls001606884 ·GND118529870 ·ICCUMILV040355 ·ISNI0000000121446237 ·LCCNn79081709 ·LNB000111809 ·NDL00620625 ·NKCjn20000700037 ·NLA36202236 ·NLG105788 ·NLPa0000001178775 ·NSK000389028 ·NTA068681461 ·NUKATn95005481 ·LIBRIS184348 ·SUDOC027474526 ·VIAF97107753 ·ULAN500356869 ·WorldCat VIAF97107753
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=I_Elizabet&oldid=8280620"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp