ƏmisiII Leopoldun1909-cu ildə vəfatının ardından taxtın yeganə varisi kimi taxta çıxdı. Keçirilən tacqoyma mərasimində sələflərindən fərqli olaraqfransızca deyil,flamand dilində and içərək yenilik etdi. Sadə həyat tərzləri və xoşbəxt ailə münasibətləri səbəbiylə, I Albert və xanımı Belçikada olduqca sevilən cütlük idi. Səltənətinin ilk illərində ən mühüm məsələ Belçikanın yeganə müstəmləkəsi olanKonqo Dövlətində apardığı islahatlar oldu. Dindar birkatolik olan I Albert ətrafına dövrün mühüm din xadimlərini topladı.
Müharibə Belçikanınalmanlar tərəfindən işğalı ilə nəticələndi.İttifaq dövlətləri vəAntanta birliyi arasında sülh danışıqları aparmağa cəhd edən I Albertin bütün bu cəhdləri uğursuz oldu. Nəhayət, Belçika, ingilis və fransız birliklərindən ibarət Flandriya ordusunun komandanı kimi I Albert Belçikanın işğaldan azad edilməsiylə nəticələnən hərəkata rəhbərlik etdi. Brüsselin azad edilməsinin ardından I Albert xanımı və övladlarını da yanına alaraq paytaxta qayıtdı.
Alpinizmlə məşğul olan I Albert17 fevral1934-cü ildəNamür yaxınlığındakı dağlıq zonada baş tutan qəza nəticəsində həlak oldu. Olduqca yaxşı bir alpinist kimi tanına I Albertin bu şəkildə gözlənilməz ölümü insanları şoka saldı və heç kəs bunun təbii bir ölüm olduğuna inanmadı. Cənazəsi sələfləri kimi Laykendəki ailə məzarlığına dəfn olundu.
Els Witte, Jan Craeybeckx, Alain MeynenPolitical History of Belgium: From 1830 Onwards, Academic and Scientific Publishers, Brussels, 2009, p. 278.ISBN 978-90-5487-517-8