Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

IV Mehmed

Vikipediya, azad ensiklopediya
IV Mehmed
osman.محمد رابع
8 avqust 1648 –8 noyabr 1687
ƏvvəlkiSultan İbrahim
SonrakıII Süleyman
Şəxsi məlumatlar
Doğum tarixi2 yanvar1642(1642-01-02)[1]
Doğum yeri
Vəfat tarixi6 yanvar1693(1693-01-06)(51 yaşında)
Vəfat yeri
Dəfn yeri
FəaliyyətiSultan, rəhbər
AtasıI İbrahim
AnasıTurxan Xədicə Sultan
Uşaqları
AiləsiOsmanlı xanədanı
Diniislam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV. Mehmed və yaOvçu Mehmed (2 yanvar1642[1],Konstantinopol6 yanvar1693,Ədirnə) — 19. Osmanlı padşahı və 98.İslam xəlifəsidir. Atasınıntaxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşındasultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti iləI. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir.

Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyənYeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətindəRumeliAnadolu hisarları təmir edilmişdir.Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Taxta çıxışı

[redaktə |vikimətni redaktə et]

2 yanvar 1642 tarixində Osmanlı ənənəsində müqəddəs hesab olunancümə axşamı günüİstanbulda dünyaya gəlmişdir. AtasıSultan İbrahim, anasıTurhan Xədicə Sultandır. Ova çıxmağı sevdiyi üçün "Ovçu" ləqəbiylə anılır. Uşaqlığı sarayda keçmişdir. Bu illərdə Şami Yusif və Şami Hüseyn Əfəndilər tərəfindən tərbiyə edildi. Atasının dövlət məsələlərindəki səriştəsizliyi səbəbilə nənəsiKösəm Sultanın, dövlət adamlarının vəyeniçərilərin müdaxiləsi ilə 8 avqust 1648 tarixində hələ 6 yaşında ikən Osmanlı taxtına çıxdı. Yalnızşeyxülislamın,sədrəzəminvəzirlərin iştirakıyla keçiriləncülus mərasimindən sonra nənəsiylə birlikdəbaş bostançıya təslim edildi. Bir həftə sonra 16 avqustdaƏyyub Sultan məscidindəşeyxülislamƏbdürrəhim Əfəndinin əlindən qılınc qurşandı.Cülus bəxşişi məsələsi isə başdaCindar Hüseyn Əfəndi olmaqla,Sultan İbrahim dövrünün nüfuzlu şəxslərindən alınan məbləğlərin hesabına həll edildi.

Səltənəti

[redaktə |vikimətni redaktə et]

Səltənətinin ilk günlərində, tərəfdarları tərəfindən yenidən taxta çıxarılmaq istənilən atasıSultan İbrahim dövlət adamlarının vəyeniçərilərin ittifaqı ilə öldürüldü. Yaşının az olması səbəbilə səltənətinin ilk səkkiz ilində dövlət idarəsi nənəsiKösəm Sultanın, anasıTurhan Sultanın və onların tərəfdarlarının əlində cəmləşdi və ölkə böyük bir çalxantı dövrü yaşadı.Yeniçərisipahilərə arxalananKösəm SultanlasədrəzəmSofu Mehmed Paşa arasındakı rəqabət,sipahilərin gecikənülufələri, yeddi ildən bir baş tutan çıxmaların (bax:Əndərun) gecikməsi vəyeniçəri ocağının nüfuzunun artması kimi məsələlərin nəticəsində 25 oktyabr 1648 tarixindəSultanəhməd məscidi hadisəsi baş verdi. Atmeydanında (indikiSultanəhməd meydanı) toplanan vəSultan İbrahimin qətlinə etiraz edənsipahilərlə saray ağalarının üsyanı,yeniçərilər üzərində güclü nüfuzu olanQara Murad ağa və Qoca Muslihiddin ağa tərəfindən yatırıldı. Ancaq bu dəfə dövlət idarəsiyeniçəri ağalarının əlinə keçdi. Yuxarıda adı çəkilən ağalarla yanaşı, Bektaş ağa və Qaraçavuş ağanın nüfuzları getdikcə artdı.Kösəm Sultanla müttəfiq olanyeniçəri ağalarıOsmanlı donanmasınınVenesiyaya məğlub olmasını bəhanə edərəkSofu Mehmed Paşanısədarətdən uzaqlaşdırdı. BununlaKösəm Sultan ən güclü düşmənlərindən birini aradan qaldırmış oldu.Böyük validənin tövsiyəsi və baş münəccim Hüseyn Əfəndinin məsləhəti iləQara Murad ağasədrəzəm təyin edildi.

O əsnadaSivas,AntepAfyon ərazilərində bəzi qoçular baş qaldırmışdı.Qara Murad Paşa qismən də olsa, bunların qarşısını ala bildi. Buna baxmayaraqKösəm Sultanınyeniçəri ağalarının dövlət işlərinə qarışmasından narazı idi.ŞeyxülislamƏbdürrəhim Əfəndiİstanbul qazısı olan oğlu Mehmed Əfəndi isə dəbdəbəli həyat tərzləri ilə əhalinin nifrətini qazanmışdılar. Bu ərəfədə ülufələrini ala bilməyənsipahilərin başlatdığı üsyan isəİstanbul və Qalata səmtindəki tacirlərdən toplanan icbari vergilərin hesabına yatırıldı. Bu əsnada Sultan Mehmedin və özündən 3 ay kiçik qardaşıŞahzadə Süleymanın sünnət mərasimi baş tutmuş (21 oktyabr 1649),Krit adasındaAvstriyalılarla gedən müharibədəOsmanlı ordusu ağır itkilər verməyə başlamışdı.Yeniçəri ağalarının ona qarşı yeni bir üsyan tərtib etdiyini öyrənənQara Murad Paşa isə "Bir memlekette dört vezîriâzam olmaz"("Bir dövlətdə dörd sədrəzəm olmaz") deyərəksədarətdən çəkildi və yerinəMələk Əhməd Paşa gətirildi (5 avqust 1650).Yeniçəri ağalarının əlində oyuncağa çevrilən yenisədrəzəmin dövründə isə xəzinə olduqca pis vəziyyətdə idi.Yeniçəri ağaları isə tam əyarlı pulları özlərinə ayırıb, əskik əyarlı sikkələri ülufə olaraq əsgərlərə paylayırdılar. Buna görə də ölkədə böyük miqyaslıinflyasiya meydana gəldi.

Bütün bu hadisələr cərəyan edərkən 10 yaşındakı Sultan MehmedƏndərun ağalarının nəzarətində saray bağçalarında, keçirilən ov mərasimlərində vaxt keçirirdi. Dövrün fanatik dindar zümrəsi olan Qazızadəlilərin isə sarayda nüfuzu güclü idi. Bu zümrəyə mənsub olan Üstüvani Mehmed Əfəndi isə padşah şeyxi ünvanı almışdı. Bu illərdə baş tutan ən önəmli məsələ isə gələcəkdə Sultan Mehmed üçün asılılıq halını alan ov mərasimləri idi.Krit adasındakı məğlubiyyətlər və Paros adası yaxınlığındaVenesiyalılarla baş tutan döyüşdən sonraÇanaqqala boğazının itirilməsi nəticəsində ticarət tənəzzülə uğramışdı. Dövlət idarəsiKösəm Sultanın pula həris olan adamlarının əlində iflic olmuş, yüksək dərəcəliinflyasiya və rüşvətin səbəb olduğu qarışıqlıqlarİstanbuldakı tacirlərin və əhalinin ayaqlanmasına səbəb oldu. Əhali, aralarınaşeyxülislamQaraçələbizadə Əbdüləziz Əfəndini də alaraq saraya yürümüş, Sultan Mehmedayaq divanına çıxmağa məcbur qalmışdı. Paytaxtın hər yerində elan edilən fərmanla, bundan sonra qanunsuz vergilərin yığılmayacağı vəMələk Əhməd Paşanınsədarətdən alınacağı bildirildi. Bu fərmanla vəyeniçərilərin də köməyilə şəhərdəki iğtişaşlar tamamilə yatırıldı. Yaxın adamı və qızının kürəkəni olanSiyavuş Paşanısədarətə gətirərək vəziyyəti öz lehinə dəyişənKösəm Sultanın isə saraydakı düşmənləri getdikcə artmağa başlamışdı. Bu əleyhdarların başında isə saray ağalarının dəstəyini arxasına alan kiçik validəTurhan Sultan var idi. Saraydakı siyasi tarazlığın pozulduğunu anlayanKösəm Sultan isə həm rəqiblərindən azad olmaq, həm də anası daha saf olnŞahzadə Süleymanı taxta çıxarmaq üçün Sultan Mehmedi taxtdan endirməyə cəhd etdi. Ancaq bu planını icra etmədən 2 sentyabr 1651 tarixində saray ağaları tərəfindən öldürüldü. Yaxın adamları olan yeniçəri ağaları isə ard-arda ələ keçirilərək aradan qaldırıldı.

Kösəm Sultanın ardından dövlət idarəsiValidəTurhan Sultan və saray ağalarının əlində cəmləndi. Yeni mərhələnin ilk önəmli hadisəsi isəDarüssəadə ağası Uzun Süleyman ağa ilə düşmən olansədrəzəmSiyavuş Paşanınsədarətdən alınması oldu. Yerinə gətirilənGürcü Mehmed Paşanın səriştəsizliyinin ardından yerinəXocazadə Məsud Əfəndinin tövsiyəsiləTarhuncu Əhməd Paşa gətirildi (20 iyun 1652).Əhməd Paşa gömrük, mətbəx və donanma xərclərini azaldaraq maliyyə vəziyyətini nisbətən yaxşılaşdırdı. Büdcə kəsrinin qarşısını almaq üçün dövlət adamlarından toplanan əlavə vergilər səbəbilə özünə düşmən qazananƏhməd Paşa yaxın adamı olanBahai Mehmed Əfəndinişeyxülislamlığa gətirməklə vəziyyəti öz lehinə çevirdi. Yeni vergilər xüsusiləÜsküdar əhalisinin vəsipahilərin etirazına səbəb oldu və nəticədəƏhməd Paşa gözdən düşdü. 1652-ci ilin noyabrında çıxan böyük yanğın isəİstanbuləhalisinin vəziyyətini daha da pisləşdirdi. Sarayda çevriliş tərtib etməsi şayəsi yayılanƏhməd Paşa isə 21 mart 1653 tarixində öldürüldü və yerinəkaptan-ı dəryaDərviş Mehmed Paşa gətirildi.

Yenisədrəzəmin dövründə isəİstanbulda ərzaq qiymətləri olduqca yüksəldi.Kaptan-ı dəryaQara Murad Paşa idarəsindəkiOsmanlı donanması isəÇanaqqala boğazında qələbə qazanmış, boğaz yenidənOsmanlıların əlinə keçmişdi. Ticarət yolunun bərpa edilməsi ilə paytaxtda iqtisadi vəziyyət normallaşdı,sədrəzəmDərviş Mehmed Paşanın iflic olmasının ardından isə həm Anadoludakı Cəlalilərin aradan qaldırılması, həm dəİstanbuldakı qoçuların yatırılması üçünsədarət möhürüHələb bəylərbəyiİbşir Mustafa Paşaya göndərildi. Uzun müddətİstanbula gəlməyənİbşir Mustafa Paşa bu vəzifədə 6 ay qalmış, Anadoludan gətirdiyi əsgərlərinİstanbuldakısipahiyeniçərilərlə birləşməsi və əsas rəqibi olanQara Murad Paşanın tərtibi ilə qətlə yetirilmişdi. Yerinə ikinci dəfə bu vəzifəyə gətirilənQara Murad Paşa ordunun nizamsızlığı və maliyyə problemləri səbəbilə qısa zamanda vəzifədən istehfa etdi. XələfiSüleyman Paşa isə əsgərlərin ülufəsini əskik əyarlı sikkələrlə verməyə cəhd etmiş, nəticədə ayaqlananyeniçəri qoçuları Atmeydanında toplanaraq saray ağalarının aradan qaldırılmasını tələb etdi.Yeniçərilərin təzyiqi ilə Sultan Mehmed tələb edilən saray ağalarını təslim etdi (4 mart 1656). Bu şəxslərin cəsədləriSultanəhməd meydanındakı çinar ağaclarına asıldı. Bu səbəblə Osmanlı tarixində bu hadisə Vaka-i vakvakiye, yəniÇinar hadisəsi adlanır. Hadisənin ardındansədrəzəmliyə əvvəlcəZurnazən Mustafa Paşa, daha sonraSiyavuş Paşa, onun ölümündən sonra isəBoynuyaralı Mehmed Paşa gətirildi. Busədrəzəmin dövründə isəÇanaqqala boğazını yenidən işğal edənVenesiyalılarBozca ada, Limni və Semandrek adalarını işğal etdi.Kaptan-ı dərya Kənan Paşanın 26 iyun 1656 tarixindəVenesiya donanmasına məğlub olması isəİstanbula təhlükə altında qoydu.Venesiyalıların paytaxta hücum etməsindən çəkinənMehmed Paşa dərhal şəhərin sahilboyu divarları üzərindəki evləri dağıdaraq bərpa etmiş, bununla şəhərdə qarışıqlıqlar başlamışdı. Xəzinənin dolması üçün "imdadiyə" adlı vergi təsis edənMehmed Paşa bu vergidən də ümid etdiyi gəliri əldə edə bilmədi. Sultan Mehmed topladığı məşvərət məclisində şəxsən səfərə qatılmaq istədiyini bildirmiş, ancaqsədrəzəm tərəfindən bu təklifin qarşısı alınmışdır. O əsnada Sultan Mehmedin yerinə qardaşıŞahzadə Süleymanın taxta çıxarılması ilə bağlı tərtib edilən sui-qəsdin üstü açılmış, bu tərtibin yaradıcı olanşeyxülislamXocazadə Məsud ƏfəndiBursaya sürgün edilərək burada öldürülmüşdü.Sədarətə isə memar Qasım ağanın tövsiyəsi vəValidəTurhan Sultan tərəfindən qəbul edilən bəzi şərtlərləKörpülü Mehmed Paşa gətirildi (15 sentyabr 1656).

Artıq davamlı olaraqƏdirnədə yaşamağa başlayan Sultan Mehmed bu illərdə Moreya və Tesalya bölgələrinə qədər uzanan ov mərasimlərinə qatılırdı.Körpülü Mehmed Paşa əvvəlcə üsyan edən sipahi qoçularını və xəyanət edən Rum patriarxını aradan qaldırdı. Onunsədarəti dövründə dövlə daxildə və xaricdə əvvəlki gücünü bərpa etməyə başladı.Venesiyalılar məğlub edilərəkÇanaqqala boğazından çıxarıldı və boğaza yaxın adalar ələ keçirildi. Ərdəldə baş verən hadisələr isə Osmanlının lehinə həll edildi. Abxaz Həsən Paşa rəhbərliyində Anadoluda çıxan böyük üsyan yatırıldı. 24 iyul 1660 tarixində baş tutan böyük yanğınİstanbulun böyük bir qismini külə çevirdi. Şəhərdə qıtlıq vəepidemiya yayıldı. Ertəsi il, 63 ildir ki, inşası yarım qalanYeni məscid külliyəsinin tamamlanma işləri başlandı. Bu əsnada bəziyəhudi məhəllələri qarşılığı ödənilərək dağıdıldı. 30 oktyabr 1661 tarixində özünün tövsiyəsilə Mehmed Paşanın yerinə keçən böyük oğluFazil Əhməd Paşanınsədarət illərində isə Osmanlı dövləti xaricdə uğur qazanmağa başladı.Fazil Əhməd Paşa Osmanlı dövlətinin gücünü dənizdəVenesiyaFransaya, Orta AvropadaLehistanaAvstriyaya qarşı göstərə bildi.Uyvar qalasının fəthi 1664-cü ildəAvstriya ilə bağlanan 20 illik Vasvar sülhü ilə tamamlandı. 1669-cu ildə Kandiye qalasının alınması ilə 25 ildir davam edənKrit məsələsi həll edildi.

Ata-oğul ikisədrəzəmin təxminən 20 illiksədarətləri dövründə daha çox ordunun irəlilədiyi istiqamətlərdə ova çıxan Sultan Mehmed demək olar ki, dövlət işlərindən tamamilə uzaqlaşmış,İstanbula isə illərdir ayaq basmamışdı. Bəzi tarixçilərə görə, sankı bir kəndə çevrilənİstanbul 24 iyul 1665 tarixindəTopqapı sarayında çıxan yanğınla daha da dağıldı. Həmin ilYeni məscid ibadətə açıldı. Sultan MehmedFazil Əhməd Paşanın Kandiye mühasirəsi əsnasında Moreyada gözlədi. 5 iyun 1672 tarixində möhtəşəm bir mərasimlə Kamaniçe səfərinə çıxanpadşah aramsız yağan yağışlara baxmayaraq qalanın önlərinə qədər gəlmiş, qalaya yaxın bir yüksəklikdə çadırını quraraq mühasirəni izləmişdir. Hətta döyüş əsnasında libasını dəyişərək əsgərlərin arasına qarışdığı da rəvayət olunur. Fəthindən sonra bir neçə gün qalanı gəzən Sultan Mehmed buradakı bəzi kilsələri məscidə çevirmiş, Bucaş sülhündən sonra isəƏdirnəyə dönmüşdür.

Səltənətinin böyük bir qismini ov üçün səmərəli olanƏdirnədə keçirən Sultan Mehmed dövründə şəhər keçmişdəki möhtəşəm günlərini yaşayır, dövlət buradan idarə edilirdi.Lehistan kralının Bucaş sülhünün şərtlərini pozmasının ardından padşah 7 avqust 1673 tarixində orduyla birlikdə ikinci dəfəLehistan səfərinə qatıldı. Sülh şərtlərinin təmin edilməsi qarşılığında hücum edilməyəcəyi bardəLehistan kralına məktub göndərən Sultan Mehmed, Hotin qalasının itirilməsinə baxmayaraq hava şəraitinin pisləşməsi səbəbiləBabadağa çəkildi və burada qışladı. Həmin ilin iyununda ruslarınUkrayna kazaklarına hücum etməsi səbəbilə səfərin istiqaməti dəyişdirildi. Bu əsnada Hotin qalasının geri alındığı xəbəri gəldi və Sultan MehmedƏdirnəyə döndü. 26 may 1675-ci ildəƏdirnədə oğullarıŞahzadə MustafaŞahzadə Əhməd üçün möhtəşəm bir sünnət mərasimi keçirdi. Bu mərasim əsnasında qızlarıXədicə SultanGülsüm Sultanları da evləndirmişdir.Osmanlı-Lehistan müharibəsi Zuravno qalası yaxınlığında gedən toqquşmaların ardındanLehistan kralının şərtləri qəbul etməsilə başa çatdı (noyabr 1676). Səfər əsnasında xəstələnərək geri dönənFazil Əhməd Paşanın vəfatının ardındanKörpülü ailəsindən razı qalan Sultan Mehmedin istəyi ilə bu ailənin tərbiyəsini alanMərzifonlu Mustafa Paşasədarətə gətirildi. Sultan Mehmed 1677–1678 qışınıİstanbulda keçirdi.

Mərzifonlu Mustafa Paşanın dövründəUkrayna kazaklarının rəhbəri olan Doroneşko Osmanlı himayəsinə girmiş, ancaq daha sonra rus çarına dəstək verdiyi üçün ilk Osmanlı-rus müharibəsi baş tutmuşdur. 1678-ci ildə orduyla birlikdə Çehrin səfərinə çıxan Sultan MehmedDunay çayını keçmədi,Silistrədə qalaraq ova çıxdı. Ertəsi il yenidən orduyla birlikdəİstanbula qayıtdı. 1680-ci ildərusların müharibəyə hazırlaşmasının ardından yeni bir səfər başladı vəpadşahƏdirnəyə qədər orduyla birlikdə irəlilədi.Rus çarının sülh təklif etməsiylə o yayıƏdirnədə keçirdi.Ruslarla 20 illik sülh bağlandı. Bu sülhün bağlandığı əsnadasədrəzəmin xarici siyasətdəki sərt mövqeyinə padşahın qarışmadığı görülür. Belə ki,Trablusqərb əyalətinin Fransa ilə münasibətlərinin korlanması, nəticədə Fransız donanmasının Saqqız adasına hücum etməsi nəticəsindəsədrəzəmin sərt mövqeyi nəticəsindəFransa tərəfin döyüş təzminatı ödəməyi qəbul etdi. Böyük bir qələbəyə adını yazmaq istəyənMərzifonlu Mustafa Paşa əsas hədəf olaraqVyana şəhərini seçdi. Osmanlılara bağlı Orta Macarıstan kralı İmre TököliniAvstriyalılara qarşı müdafiə edənMərzifonlu Mustafa Paşa Sultan Mehmedin xəbəri olmadan Vyana şəhərini mühasirəyə aldı. Ordu ilə birlikdə yola çıxan padşahBelqradda qaldı. Mühasirədəki məğlubiyyəti eşitdikdən sonra isəƏdirnəyə qayıtdı ancaq sədrəzəmə olan dəstəyini davam etdirdi. Buna baxmayaraqMərzifonlu Mustafa Paşa, mərkəzdəki düşmənləriDarüssəadə ağası Yusif ağa,baş miraxurSarı Süleyman ağasədarətnaibiQara İbrahim Paşanın təsiriylə çox keçmədənBelqradda edam edildi. Bu uğursuz mühasirə başda Macarıstan olmaqla, bir çox yerin əldən çıxmasına səbəb oldu. YenisədrəzəmQara İbrahim Paşa isə sərdar deyildi. Buna görə də, səfərəyeniçəri ağasıBəkri Mustafa ağanı göndərərək özüBelqradda qaldı. Bir neçə qala istisna olmaqla, bütün Macarıstan əldən çıxdı. ƏvvəlcəAvstriyayla başlayan müharibə,Lehistan,VenesiyaRusiyanın da qatılmasıyla səlib yürüşünə çevrildi.

Sultan Mehmed isə bütün bunlara baxmayaraq ov mərasimlərinə davam edirdi. Anasının vəfatından (1683) sonra ətrafındakı səriştəsiz insanların təsiriylə yanlış qərarlar almağa davam edirdi. Vyana məğlubiyyətinin ardından başlayan dövr şübhəsiz ki, Sultan Mehmed səltənətinin ən qaranlıq dövrüdür.Avstriyalılar tərəfindən məğlub edilənOsmanlı ordusu Kamaniçe və Boğdan cəbhələrindəpolyak qüvvələrinə qalib gəldi. Ancaq ertəsi il müttəfiq donanmasıDalmasiya və Moreyanı ələ keçirdi.VenesiyayaGenuya,Papa,İspaniya,FlorensiyaMalta donanmaları dəstək verirdi. Qərb qüvvələrinin təsiriylə ayaqlanan yunanlar isə ciddi məsələ halına gəlmişdi. Moreya sərdarı Şahin Mustafa Paşa yunan üsyanı ilə məşğul olarkən iki qala da itirildi. 1685-ci ildə Moreya tamamilə itirildi.

Taxtdan endirilməsi

[redaktə |vikimətni redaktə et]

Ölkə torpaqları cənubdan və şimaldan itirilməsinə Sultan Mehmedin bu qədər etinasız yanaşması əhalinin etirazlarına səbəb olmuşdu. Asılılıq halını alan ov mərasimlərindən geri qalmayan Sultan Mehmed artıq üləma zümrəsinin də narazılığına səbəb olmuşdu. Budin qalasının itirilməsindən (2 sentyabr 1686) sonra əhalinin ayaqlanması nəticəsində ovdan əl çəkdiyini elan edən Sultan Mehmed haqqındakı bu düşüncələrə son qoya bilmədi.

Moxac məğlubiyyətinin (avqust 1687) ardından ülufələrini ala bilməyən əsgərlərsərdar-ı əkrəmSüleyman Paşaya qarşı ayaqlandılar.Körpülü Mehmed Paşanın kürəkəni olanAbxaz Siyavuş Paşanısədrəzəm elan edən əsgərlər Sultan Mehmedi taxtdan endirmək üçün dərhalİstanbula doğru yola düşdülər. Ordudakı bu vəziyyətAvstriyalıların rahat şəkildə irəliləməsinə səbəb oldu. Səltənətini itirmək üzrə olan Sultan Mehmedsədarət möhürün ordudan gizlədərəkİstanbula gətirənSüleyman Paşanı edam edərək kəlləsini orduya göndərdi. Bundan başqa ov adətini tərgitdiyini də elan etsə də, artıq çox gec idi.Sədarət naibi Rəcəb Paşanın vasitəçiliyi ilə ordunu dayandırmaq istədi.SədrəzəmSiyavuş PaşaşeyxülislamMehmed Əmin Əfəndi ilə xəbərləşərəkŞahzadə Süleymanın taxta çıxarılmasına qərar verildiyini bildirdi. Mehmed Əmin Əfəndi üləma zümrəsi ilə keçirdiyi məclisdə başqa çarənin qalmadığını başa düşdü və təsdiq qərarınıSiyavuş Paşaya yolladı. ArdındanSiyavuş Paşa,Silivridə 7 noyabr 1687 günüyeniçəri ağaları ilə məclis keçirdi və bunuİstanbulda olansədarət naibiKörpülüzadə Mustafa Paşaya bildirdi. Öldürülməkdən qorxan Sultan Mehmed isə yerinə oğluŞahzadə Mustafanın taxta çıxarılmasını istəyirdi. Ertəsi gün başdaşeyxülislam olmaqla, vəzirləri, yüksək rütbəliyeniçəri ağalarınıAya Sofya məscidində toplayanMustafa Paşa ordudan göndərilən qərarı bildirdi. Bunun ardındanII Süleymanın taxta çıxarılması qərarlaşdırıldı. Sultan Mehmed isə 2 oğluyla birlikdə sarayın Şimşirlik otaqlarına həbs olundu. Bir müddət burada ciddi müşahidə altında saxlanıldı.II Süleyman 1689-cu idə Macarıstan səfərinə çıxarkənƏdirnəyə gətirildi və digər qardaşıII Əhmədin səltənətinə şahid oldu. 6 yanvar 1693-cü ildə sevimli şəhəriƏdirnədə 51 yaşında vəfat etdi.cənazəsiİstanbula gətirilərək anasıTurhan SultanınYeni məscid yaxınlığındakı türbəsinə dəfn olundu.

Osmanlı tarixinin ən mühüm dövrlərində hakimiyyətdə olan, ancaq təsirli rol oynaya bilməyən Sultan Mehmedin ova olan bağlılığında və dövlət işlərinə etinasız yanaşmasında kiçik yaşlarda taxta çıxmasının rolu böyükdür. Bu səbəblə mükəmməl təhsil ala bilməmiş, ətrafındakı cahil saray ağalarının iqtidar oyunları əsnasında ciddi nəzarət altında saxlanılmışdı. Baş memar Qasım ağanın tövsiyəsiləValidəTurhan Sultan tərəfindənsədarətə gətirilənKörpülü Mehmed Paşa ilə başlayanKörpülülər dövrü ilə daha da geri plana düşən Sultan Mehmed anasının vəfatından sonrakı son 4 ildə daha da uğursuzluqlara düçar olmuşdu. OğullarıŞahzadə MustafaƏhmədin dünyaya gəlişindən sonra qardaşlarını ənənəyə uyğun olaraq edam etdirmək istəsə də, anasının buna mane olduğu rəvayət edilir.

IV. Mehmed, Jacob Koppmayer(1640–1701)

Ailəsi

[redaktə |vikimətni redaktə et]

Hərəmxanası

[redaktə |vikimətni redaktə et]

Oğlan uşaqları

[redaktə |vikimətni redaktə et]
  • Şahzadə Səlim
  • II Mustafa
  • III Əhməd
  • Şahzadə Bəyazid (d. 14 dekabr 1675 — ö. sentyabr 1728) —Əmətullah Gülnuş Sultandan doğulub.
  • Şahzadə Mahmud (d. 31 dekabr 1678 — ö. yanvar 1679) — Afifə Sultandan doğulub.
  • Şahzadə Süleyman (d. 13 fevral 1681 — ö. 1685) — Kaniyə Sultandan doğulub.
  • Şahzade İbrahim (d. 1665 — ö. 1666) — Afifə Sultandan doğulub.

Qız uşaqları

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Kâtib Çelebi, Fezleke, II, 329 vd.;
  • Nevzat Kaya, Karaçelebizâde Abdülaziz Efendi’nin Zeyl-i Ravzatü’l-ebrâr’ı (doktora tezi, 1990), İÜ Sosyal Bilimler Enstitüsü, tür.yer.;
  • Mehmed Halîfe, Târîh-i Gılmânî (haz. Ertuğrul Oral, doktora tezi, 2000), MÜ Sosyal Bilimler Enstitüsü, tür.yer.;
  • Evliya Çelebi, Seyahatnâme, I, 275, 276, 343 vd., 387;
  • Behcetî Hüseyin, Mi‘râcü’z-zafer, Süleymaniye Ktp., Esad Efendi, nr. 2368;
  • Vuslatî, Gazânâme-i Çehrin (nşr. Mustafa İsen), Ankara 2003;
  • Abdurrahman Abdi Paşa Vekāyi‘nâme’si (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü;
  • Mehmed Necâti, Târîh-i Feth-i Yanık, TSMK, Revan Köşkü, nr. 1308;
  • Mustafa Zühdî, Târîh-i Uyvâr, İÜ Ktp., TY, nr. 2488;
  • Mühürdar Hasan Ağa, Cevâhirü’t-tevârîh, Köprülü Ktp., Ahmed Paşa, nr. 231, tür.yer.;
  • J. Thévenot, 1655-1656’da Türkiye (trc. Nuray Yıldız), İstanbul 1978;
  • De la Croix, Mémoires, Paris 1684, tür.yer.;
  • Devize, Historia de Mahomet IV, Paris 1688;
  • J. B. Tavernier, Topkapı Sarayında Yaşam (trc. Perran Üstündağ), İstanbul 1984, tür.yer.;
  • Hezârfen Hüseyin Efendi, Tenkīhu’t-tevârîh-i Mülûk, Süleymaniye Ktp., Hekimoğlu Ali Paşa, nr. 732, tür.yer.;
  • Eremya Çelebi Kömürciyan, İstanbul Tarihi: XVII. Asırda İstanbul (trc. H. D. Andreasyan, nşr. Kevork Pamukciyan), İstanbul 1988, s. 132-133, 180, 199, 200, 245, 253, 254, 276, 282, 291-294;
  • A. Galland, İstanbul’a Ait Günlük Anılar: 1672-1673 (trc. Nahid Sırrı Örik), Ankara 1987, I-II, tür.yer.;
  • Nâbî, Târîh-i Kamaniçe (Fetihnâme-i Kamaniçe), İstanbul 1281;
  • Hacı Ali Efendi, Târîh-i Kamaniçe, Süleymaniye Ktp., Lala İsmail, nr. 308;
  • Naîmâ, Târih, IV, 7-8, 251 vd.;
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât, 1656-1684 (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 1-253;
  • Silâhdar, Târih, I, 2 vd.;
  • D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979-80, II, 169 vd.;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 135-136, 178 vd., 265-266;
  • Râşid, Târih, I, tür.yer.;
  • Behcetî Seyyid İbrâhim, Silsiletü’l-Âsafiyye, Köprülü Ktp., Ahmed Paşa, nr. 212, tür.yer.;
  • Ricaut, Histoire de l’état présent de l’Empire Ottoman, Paris 1743, II, tür.yer.;
  • a.mlf., Histoire des trois derniers empereurs des turcs, depuis 1624 jusqu’à 1677, Paris 1883, tür.yer.;
  • Îsâzâde Tarihi (haz. Ziya Yılmazer), İstanbul 1996;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 5;
  • a.mlf., Mecmûa-i Tevârîh (haz. Fahri Ç. Derin - Vahid Çabuk), İstanbul 1985, tür.yer.;
  • Hammer, HEO, XII, tür.yer.;
  • a.mlf. (Atâ Bey), X, 122 vd.;
  • Ahmed Refik [Altınay], Felâket Seneleri: 1094-1110, İstanbul 1332, tür.yer.;
  • a.mlf., Kadınlar Saltanatı, İstanbul 1332, tür.yer.;
  • Danişmend, Kronoloji, III, 412-464;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 240-494;
  • Özdemir Nutku, IV. Mehmet’in Edirne Şenliği, Ankara 1972;
  • Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 65-70;
  • Cavid Baysun, “Mehmed IV”, İA, VII, 547-557;
  • J. H. Kramers, “Mehemmed IV”, EI² (Fr.), VI, 974-975.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
IV Mehmed
Doğum: 2 yanvar 1642Vəfat: 6 yanvar 1693
Hakimiyyət titulları
Sələfləri 
I İbrahim

Osmanlı İmperiyası (دولت عالیه عثمانی)Sultanı

8 avqust 1648-8 noyabr 1687
Xələfləri 
II Süleyman
Sünni İslam titulları
Sələfləri 
I İbrahim

İslamXəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Süleyman
⛭
Ailəsi
Sədrəzəmlər
Kaptan-ı dəryalar
Şeyxülislamlar
⛭
Osmanlı xanədanlığı
Quruluş
Yüksəlmə
Durğunluq
Geriləmə
Dağılma
  1. 12Mehmet IV //Gran Enciclopèdia Catalana (kat.).Grup Enciclopèdia, 1968.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=IV_Mehmed&oldid=7149820"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp