IV Kazimirin hakimiyyəti dövründəPolşa Krallığı daxildə sabitlik, xaricdə isə diplomatik və hərbi uğurlar qazandı. Ən böyük uğurlarından biri,1454-1466-cı illərdəTevton ordeni ilə baş verən müharibə nəticəsində Qərbi Prussiyanın (Pomeraniya vəQdansk daxil olmaqla) Polşaya birləşdirilməsi oldu. Bu sülh II Torun sülhü (1466) ilə rəsmiləşdirildi və PolşanınBaltik dənizinə çıxışını təmin etdi.
IV Kazimir həm də güclü bir ailə siyasəti yürüdərək öz oğullarını müxtəlif Avropa ölkələrinin taxt-tacına yerləşdirdi. Oğullarından biri –II Vladislav – daha sonraBohemiya vəXorvatiya-Macarıstan kralı oldu. Digər bir oğlu və adaşı Kazimir (daha sonramüqəddəs elan edilmişdir), Polşa və Litvada çox sevilən dini fiqura çevrildi.
IV Kazimir daxili siyasətdə də mühüm islahatlara imza atdı.Şlyaxta təbəqəsinin hüquqlarını genişləndirsə də, mərkəzi hakimiyyəti zəiflətmədən sabitliyi qoruyub saxlaya bildi. Onun dövründə Polşa-Litva birliyi siyasi və iqtisadi baxımdan qüdrətli bir regional gücə çevrildi.
IV Kazimir7 iyun1492-ci ildə vəfat etdi vəKrakovdakı Vavel kilsəsində dəfn olundu. Onun məzarı Alman heykəltəraş Veit Stoss tərəfindən hazırlanmışdır və Avropa renessans sənətinin nadir nümunələrindən biri hesab olunur. Hakimiyyəti dövründə qazandığı uğurlar sayəsində Kazimir Yagellon, Polşa-Litva tarixinə “qızıl dövr” hökmdarlarından biri kimi düşmüşdür.