II Kiaksar | |
---|---|
e.ə. 560 –e.ə. 536 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. VI əsr |
Vəfat tarixi | e. ə. 530-cu illər |
Fəaliyyəti | hökümdar[d] |
Atası | Astiaq |
II Kiaksar (e. ə. VI əsr –e. ə. 530-cu illər) –Yunan tarixçisiKsenofona görəMidiya hökmdarı olmuşdur. Bəzi tədqiqatçılar onuDanielin Kitabındakı "Midiyalı Dara" ilə eyniləşdirirlər. Lakin bu şəxs və onun hökmdarlığı haqqında, Midiya barəsində kifayət qədər geniş məlumatlar vermiş bir çox tarixçilərin, o cümlədənHerodot vəKtesinin əsərlərində bir söz deyilmir və adı çəkilmir. Bir çox tarixçilər Midiyanın belə bir hökmdarının olub olmaması və olduğu halda hansı dövrdə hakimiyyətdə olması haqqında mübahisə edirlər.
Ksenofonun "Kiropediya" əsərinə görə II Kiaksar Midiya hökmdarıAstiaqın oğlu vəII Kirin anasıMandananın qardaşı olmuş və Astiaqdan sonra hakimiyyətə gəlmişdir. O, II Kirin dayısı II Kiaksar e.ə. 539-cu ildəBabili fəth etmək üçün yürüşə çıxarkən hakimiyyətdə əvəz etmək istədiyini göstərir. Lakin II Kiaksar artıq çox yaşlı olduğundan onun nəzarəti altında orduya II Kirin rəhbərlik etməsini istədiyini bildirir və ordu ona hörmət edir. Beləcə Kir təkcə hökmdarın qızını almır (dayısı qızı), eyni zamanda hakimiyyətə, sahib olaraq iki il sonra ölən II Kiaksarın yerinə hakimiyyətə keçir.
Tarix haqqında olan bu məqalə bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |