IBM PC –IBM firması tərəfindən istehsal olunmuş ilk fərdikompüter.
70-ci illərin əvvəllərinədək hesablama maşınları çox məhdud mütəxəssis dairəsinə məlum idi. Onların tətbiq sahələri olduqca dar və geniş kütlənin nəzərindən demək olar ki, gizli idi və onun üçün o qədər də maraqlı deyildi. Ancaq, 1971-ci ildəmikroelektronikanın nailiyyətləri ilə bağlı elə bir hadisə baş verdi ki, bu, vəziyyəti kəskin dəyişdi vəelektron hesablama maşınını birdən-birə milyonlarla insanın gündəlik iş alətinə çevirdi. Bu, əsasınıinteqral sxemlər təşkil edən mikroelektron element bazasının istehsalatda geniş tətbiq olunmağa başlanması idi. Bunun nəticəsi idi ki, 1971-ci ildə kiçik bir Amerika şəhəri olanSanta-Klarada (Kaliforniya ştatı) yerləşənIntel firması tərəfindən adı "mikroprosessor" olan yeni yarımkeçirici cihaz yaradıldı. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraqIntel özününi4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olanmikroprosessorların inkişafının əsası qoyuldu…
Nəhayət, 1978-ci ildəIntel 16bitlii8086mikroprosessornu işlənib hazırladı. Məhz bu mikroprosessor üzərində qurulmuş fərdi kompüterlər IBM PC adlandırıldı. "IBM PC"- IBM şirkətinin əmtəə nişanıdır və onu "fərdi kompüter" kimi tərcünə etmək olmaz.