Hrant Dink (erm.Հրանդ Տինք;15 sentyabr1954[1],Malatya –19 yanvar2007[2][3],İstanbul) —erməni əsilli Türkiyəli jurnalist,Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür.
Hrant Dink 1954-cü ildəMalatya şəhərində anadan olmuşdur. Atası və anasıSivas ilindən olan Hrant ailəsi 1961-ci ildəİstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdəGedikpaşa Erməni Uşaq Evinə verilmişdir.
Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrantİstanbul Universitetinə daxil olur. Ali təhsil aldığı müddətdə, uşaq evindən tanıdığı Rakel Yakbasan ilə ailə həyatı qurur.
Hrant Dink, qondarma erməni soyqırımının Türkiyə də tanınması, Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması və Türkiyə ermənilərine daha çox imtiyazlar verilməsi üçün çox çalışıb.