Şəhər | |
Horadiz | |
---|---|
azərb.Horadiz rus.Горадиз | |
![]() | |
39°26′52″ şm. e. 47°20′11″ ş. u.HGYO | |
Ölkə | ![]() |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 160 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7.600[1] nəfər (2019) |
Milli tərkibi | azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1900 |
![]() |
Horadiz (müxtəlif adlarlaQoradiz vəQaradiz) —Azərbaycan RespublikasınınFüzuli rayonunun Horadiz şəhər inzibati ərazi dairəsində şəhər.[2] Araz çayının sol sahilində, düzənlikdədir. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır.[3]
1993-cü ildəErmənistan Silahlı Qüvvələrinin işğalına məruz qalıb.Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyiHoradiz əməliyyatı zamanı işğaldan azad edilib.
AdıSovet dövründən Qoradiz və ya Qaradiz deyə adlandırıldığından, yerli əhali hələ də şəhəri belə adlandırır.
Arxiv sənədində Yuxarı Qarabağın Dizaq nahiyəsində Horadis kimi qeyd olunmuşdur. "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat", "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir.[4]
Rusiya İmperiyasının tərkibində Horadiz (Горадизъ) yaşayış məntəqəsi XIX əsrin sonunda Yelizavetpol QuberniyasınınŞuşa qəzasının tərkibinə daxil olub[5]., sonra isə müxtəlif vaxtlardaCəbrayıl qəzasının vəKaryagin qəzasının tərkibində olub.
Siyahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1902-ci ilə aid qeydində yazılıb ki, Horadizdə 1424 nəfər qafqaz tatarı (azərbaycanlılar) yaşayır[6].
1921-ci il Azərbaycan SSR kənd təsərrüfatı siyahıyaalma sənədlərində qeyd edilib ki, Azərbaycan SSR Karyagin qəzasının Horadiz kənd icmasında 437 təsərrüfatda 2185 nəfər türk (Azərbaycanlı) yaşayır[7].
1929-cu il inzibati-ərazi ishalatı nəticəsində Horadiz Azərbaycan SSR Füzuli rayonunun tərkibinə daxil edilib.
Azərbacyan SSR Ali Sovetinin Rəyasət Heyətinin 24.09.1947-ci il tarixli qərarı ilə Horadiz stansiyasının kəndinə Horadiz qəsəbəsi statusu verilib[8].
Birinci Qarabağ müharibəsi dövründə qəsəbə ərazisində ağır döyüşlər gedib, qəsəbədəki bir çox evlər dağılıb, təsərrüfata böyük ziyan dəyib.
Azərbaycan Respublikası Prezidentinin 01.07.1992-ci il tarixli Fərmanına əsasən Horadiz qəsəbəsində Azərbaycan Respublikası Sərhəd qoşunlarının sərhəd dəstəsi yaradılıb[9].
24 oktyabr 1993-cü ildəErmənistan ordusu qəsəbəni Füzuli rayonu ilə birlikdə işğal edib.
1994-cü il yanvarın 5-dəAzərbaycan ordusunun əks-hücumu nəticəsində (bax:Horadiz əməliyyatı) Horadiz işğaldan azad edilib.
1994-cü ildən bəri Horadiz Dəmoryol Stansiyası Azərbaycan Dəmir Yollarının bu istiqamətdəki sonuncu stansiyasıdır.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Horadiz bələdiyyəsi[10] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə qəbul edilib.
2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[11] uyğun olaraq Horadiz şəhərindəFüzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurası yaradılmış, Şuranın mərkəzi Horadiz qəsəbəsi (indiki Horadiz şəhəri) olmuşdur.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[12] uyğun olaraq, Horadiz BələdiyyəsiAzərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 468-IIIQ nömrəli Qanunu[13] ilə qərara alınıb: "Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu verilsin, Horadiz qəsəbə inzibati ərazi dairəsi Horadiz şəhər inzibati ərazi dairəsi hesab edilsin".
Bundan sonra Horadiz BələdiyyəsiAzərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Dəmir Yolları Horadiz Stansiyasını möhməmlədərək yeni dəmiryol xəttinin inşasına başlayıb.
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[14] əsasən Horadiz şəhəriHoradiz Bələdiyyəsinin (vergi kodu: 7513, statistika kodu: 60604007[15]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Horadiz şəhəri inzibati ərazi dairəsində yerləşən Horadiz şəhəri mövcuddur.
Horadiz Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[16] uyğun olaraq yaradılmışFüzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvü və mərkəzidir.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[17] uyğun olaraq, Horadiz BələdiyyəsiAzərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Horadizdə XIX əsrdə tikilmiş məscid yerləşir. Horadiz şəhərində 3 tam orta ümumtəhsil məktəbi, 1 xəstəxana, xalçaçılıq kombinatı, çörək kombinatı, 1 poliklinika, 2 uşaq baxçası,bayraq meydanı, gənclər evi, 4 istirahət parkı, avtovağzal, rəsm qalereyası, xatirə parkları, şadlıq evi, bazar, mehmanxana, olimpiya kompleksi və müxtəlif dövlət və qeyri dövlət müəssisələri, digər əhəmiyyətli obyektlər yerləşir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Şəhərdə son illər bir çox obyektlər tikilmişdir. İdman Olimpiya Kompleksi, Bayraq muzeyi, Muğam mərkəzi, Gənclər evi, H. Əliyev Mərkəzi, YAP-nın inzibati binası, Təhsil şöbəsinin binası, Polis şöbəsi, Kənd Təsərrüfatı İstehsalatı İdarəsinin binası, Aqrolizinq ASC-nin inzibati binası, Dövlət Sığorta İdarəsinin binası, Rəsm Qalereyası, Diyarşünaslıq Muzeyi, İcra Hakimiyyətinin inzibati binası, Qonaq evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi, Statistika İdarəsi, Torpaq Xəritəçəkmə İdarəsi, DSMF, Qaz İstismar Sahəsinin binası, Seyesmoloji və elektrik stansiyası daxildir.
![]() | VikianbardaHoradiz ilə əlaqəli mediafayllar var. |
---|