Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Hobbit

Vikipediya, azad ensiklopediya
Hobbit və ya oraya və geriyə
ing.The Hobbit, or There and Back Again
Kitabın Azərbaycan dilində nəşrinin üz qabığı
Kitabın Azərbaycan dilində nəşrinin üz qabığı
MüəllifCon Tolkin
JanrlarFentezi
Macəra
MövzuTolkin legendariumu[ing.]
Orijinalın diliingilis dili
Ölkələr Böyük Britaniya
Orijinalın nəşr ili21 sentyabr 1937
TərcüməçiRəfiqə Məmmədova
NəşriyyatGeorge Allen & Unwin (Böyük Britaniya)
Qanun Nəşriyyatı (Azərbaycan)
Səhifə320
SonrakıÜzüklərin hökmdarı
ISBN-13978-9952-36-461-3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hobbit və ya Oraya və Geriyə (ing.The Hobbit, or There and Back Again) — ingilis yazıçısıCon Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, "Üzüklərin hökmdarı" romanı bu kitabın ardıdır.

Yaranma tarixi

[redaktə |vikimətni redaktə et]

Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" dəCon Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı vəTolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi.Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi. Odur ki, kitabı oxuması üçün on yaşlı oğluna verir, kitabı oxuyub qurtardıqdan sonra isə onda fikirlərini öyrənir. O isə, yaşıdlarının kitabı mütləq bəyənəcəyini deyir.

Tərcümələr

[redaktə |vikimətni redaktə et]

Hobbit əsəri onlarla dilə tərcümə olunub. İlk tərcümə olunduğu dillər isə ispan və isveç dili idi.

Kitabı alman dilinə də tərcümə etmək planlaşdırılırdı, lakin Reyxin qoyduğu senzuraya əsasən, Tolkin təsdiq etməli idi ki, o yəhudi deyil. Baxmayaraq ki, onun yəhudilərlə heç bir qohumluğu yox idi, lakin belə hərəkətdən inciyən Tolkin qeyd edir ki, "təəssüf ki, onun belə bir istedadlı xalqla heç bir qohumluğu yoxdur". Bundan sonra, təbii ki, kitabın nəşri qeyri-mümkün idi. Almaniyada ilk dəfə 1957-ci ildə "Hobbit" satışa çıxarılır.

Rus dilinə ilk tərcüməni Natalya Rəhmanova edir və kitab 1976-cı ildə "Uşaq ədəbiyyatı" nəşriyyatı tərəfindən çap edilir.SSRİ dövründə bir sıra dillərə də tərcümələr olunur, lakin, bu orijinaldan yox, bilavasitə rus dillindən, əsasən erməni, moldova və digər dillərə edilir. Ukrayna dilinə tərcümə isə orijinaldan ukraynalı şair və tərcüməçi Aleksandr Mokrovolski tərəfindən həyata keçirilir.

Əsəri ilk dəfə türk dilinə Esra Uzun tərəfindən 1996-cı ildə tərcümə olunmuşdur. 2007-ci ildə "İthaki Yayınları" üçün Gamze Sarı tərəfindən tərəfindən tərcümə olunur.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
⛭
Poeziya
və mahnılar
Bədii əsərləri
Ölümündən sonrakı
bədii əsərlər
Akademik
işlər
Ölümündən sonrakı
akademik işlər
Tədqiqatçılar
Bioqraflar
Xristianlıq
Ədəbi
tənqidçilər
Dilçilər
Orta əsrçilər,
Klassiklər
Tolkinçilər
Əlaqəli mövzular
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Hobbit&oldid=7933195"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp