Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Heykəltaraşlıq

Vikipediya, azad ensiklopediya

Heykəltaraşlıq[1] — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.

Növləri

[redaktə |vikimətni redaktə et]

Heykəltaraşlıq əsasən 2 növə ayrılır:

  • həcmli və ya dairəvi
  • relyef (barelyef, qorelyef).

Sahələri

[redaktə |vikimətni redaktə et]

Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur:

  • monumental
  • dekorativ
  • dəzgah heykəltaraşlığı.

Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllərdəzgah heykəltaraşlığı nümunələri sayılır.

Azərbaycanın professional heykəltaraşlığı

[redaktə |vikimətni redaktə et]

Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir.Cəlal Qaryağdı ,Fuad Əbdürəhmanov, Pyotr Sabsay,Mirəli Mirqasımov ,Tokay Məmmədov,Ömər Eldarovun adı ilə bağlı olmuşdur. Fuad Əbdüləhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi.FirdovsininŞahnamə poemasındakı surətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürəhmanovun "Nizami" abidəsi xüsusilə diqqət çəkəndir. Cəlal Qaryağdının yaradıcılığında "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini xüsusi qeyd etmək lazımdır.[2]

Müasir dövrdə Azərbaycan heykəltaraşlığı

[redaktə |vikimətni redaktə et]

Müasir dövrdə Azərbaycan heykəltaraşlığıÖmər Eldarov (H. Cavid, Bakı, 1993, tunc; Atatürk, Bakı, 2010, tunc),Tokay Məmmədov (Koroğlu, Bakı, 2012, tunc) kimi klassiklərlə yanaşı,Fuad Salayev (R. Behbudov, Bakı, 2016, tunc),Fazil Nəcəfov (Q. Qarayev, Bakı, 2014, qranit),Akif Əsgərov (akad.Y. Məmmədəliyev, Bakı, 1998, tunc),Natiq Əliyev (Zivər bəy Əhmədbəyov, Bakı, 2011, tunc), Görüş Babayev (Dədə Qorqud, Bakı, 2013, tunc) və başqalarının yaradıcılığı ilə təmsil olunur. Müstəqillik dövründə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yaddaqalan heykəllər qoyulmuşdu.Şərif ŞərifovunGəncədə (Həyat ağacı, 2015, tunc), Elman CəfərovunNaxçıvanda (Dədə Qorqud, 1999, tunc) ucaltdığı monumental əsərləri maraqlı kompozisiya həlli ilə seçilir. Azərbaycanın bir çox heykəltaraşlarının ölkəmizin hüdudlarından kənarda da əsərləri ucaldılmışdı. Ömər Eldarovun (Ü. Hacıbəyli, Vyana, Avstriya, 2006, tunc, mərmər),Səlhab MəmmədovƏli İbadullayevin (Nizami Gəncəvi,Roma,İtaliya, 2012, tunc), İmran Mehdiyevin (Xurşudbanu Natəvan, Vaterloo,Belçika, 2016, tunc) yaratdığı əsərlər məhz bu qəbildəndir. Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır[3].

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti(az.). Elm nəşriyyatı. 2021. səh. 255.ISBN 978-9952-523-37-9.heykəltaraşlıq
  2. "Heykəltaraşlıq–Azərbaycan Dövlət Rəsm Qalereyası"(az.).http://azgallery.az/.23 sentyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 sentyabr 2020.
  3. "Heykəltaraşlıq"(az.).http://intangible.az/.21 oktyabr 2020 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:13 sentyabr 2020.
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Heykəltaraşlıq&oldid=8344935"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp