| Herkules mağaraları | |
|---|---|
| ərəb.مغارة هرقل | |
![]() | |
| 35°45′36″ şm. e. 5°56′51″ q. u.HGYO | |
| Ümumi məlumatlar | |
| Kəşf tarixi | 1878 |
| Ətraf süxurları | əhəng daşı |
| Giriş sayı | 2 |
| İşıqlandırma | Elektrik |
| Yerləşməsi | |
| Ölkə | |
| Region |
|
Herakl mağaraları (ərəb.مغارة هرقل) — Mərakeşin Tanca-Titvan regionunda yerləşənmağara.
Karst tipli olan Herakl mağaralarıTanjer şəhərindən 14 kilometr qərbdə yerləşir.[1] Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışıFinikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxışAfrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı.[1] Təbii yaranan Herakl mağaralarınıBerberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər[2]
E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni
1878-ci il — mağara yenidən aşkar edildi
1900-cu illər — mağarafahişəxana kimi istifadə olunub[2]
1920-ci il — mağara publika üçün açıldı
1952=ci il — Milli irs obyekti elan edildi
1982-ci il — elektrik fənərlər quraşdırıldı
1995-ci il oktyabrın 23-ü — BritaniyanınDef Leppard rok qrupu mağarada konsert verdi.[3] Həmin günLondon vəVankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu vəGinnesin Rekordlar Kitabına daxil edildi.[4]
2003-cü il dekabrın 20-si — bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı[1]
2004-cü il yanvar ayı — mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı
2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı
Maöara uzun müddət "dibsiz" sayılırdı. Əfsanəyə görə, bu mağaradanCəbəllütariq boğazının altından keçib, 24 kilometr yol qət edərəkCəbəli-Tariq qayasında yerləşənMüqəddəs Mixail mağarasına çıxmaq olar. Əfsanəyə görə,Berberi makakaları Afrikadan Cəbəllütariğa məhz beləkeçiblər.
Digər əfsanədə deyilir ki, buranın Herkules mağaraları adlandırılmasının səbəbi odur ki,Herakl 11-ci qəhrəmanlığını etmədən öncə burada istirahət edib. Onun 11-ci qəhramanlığı təxminənHesperidin bağından qızıl almalar oğurlamaq idi.