Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Henri Ford

Vikipediya, azad ensiklopediya
Henri Ford
ing.Henry Ford
Doğum tarixi30 iyul1863(1863-07-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi7 aprel1947(1947-04-07)[4][1][…](83 yaşında)
Vəfat yeri
Vəfat səbəbibeyin qansızması[d]
Dəfn yeri
Həyat yoldaşı
  • Klara Briant Ford[d](1888)
Uşağı
AtasıVilyam Ford[d]
AnasıMeri Litoqot Ohern[d][6]
Fəaliyyətisahibkar,ixtiraçı,yazıçı,siyasətçi,yarış avtomobili pilotu[d],jurnalist,sənayeçi,biznes maqnatı
Fəaliyyət illəri1891–1945
Mükafatları"Tac" ordeniOrder of the German Eagle — 1938
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henri Ford (ing.Henry Ford;30 iyul1863[1][2][…],Sprinqvells qəsəbəsi[d],Miçiqan[3]7 aprel1947[4][1][…],Dirborn[d],Miçiqan[4]) — avtomobil istehsalçısı, "Ford Motor Company" şirkətinin qurucusu.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Henri Ford 30 iyul 1863-cü ildəABŞ-ninMiçiqan ştatınınVayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində dünyaya gəlmişdir. O, müvəfəqiyyətli fermer təsərrüfatının sahibkarları olan Uilyam və Mari Fordların altı uşağının böyüyü idi. Henrinin uşaqlığı ailəsinə kömək etdiyi və adi kənd məktəbində təhsil aldığı həmin ailə fermasında keçmişdir.

Henrinin hələ gənc yaşlarında göstərdiyi texnikaya böyük maraq ona dünyanın ən məşhur sənaye sahibkarlarından biri olmağa imkan vermişdir. Ford, özünün ilk daxili yanma mühərrikini evinin mətbəxində hazırlamışdı. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir. Beləliklə, 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir.

1899-cu ildəEdison İlluminating şirkətindən ayrılan Henri Ford öz şəxsiDetroit Automobile şirkətini qurur. Bir ildən sonra müəssisənin iflasa uğramasına baxmayaraq, Ford bir neçə yarış avtomobili yığmağa müvəffəq olmuşdu. Ford özü həmin yarışlarda iştirak edir və nəhayət 1901-ci ilin oktyabrında ABŞ çempionu Aleksandr Uintona qalib gəlməyi bacarır.

Henri "Ford Motor" şirkətini 1903-cü ildə yaradır. Şirkət müəssisənin 25,5% səhmlərinin sahibi və vitse-prezident, eləcə də baş mühəndisi vəzifəsini tutan Henri Ford başda olmaqla,Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilir. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilir. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil hazırlayırlar. Şirkətin ilk avtomobili 23 iyul 1903-cü ildə satılır. 1906-cı ildə Henri Ford şirkətin prezidenti olur və əsas sahibkarına çevrilir.

1919-cu ildə Henri Ford və onun oğluEdsel Brayant Ford müəssisənin səhmlərini digər səhmdarlardan 105 568 858 ABŞ dollarına alaraq, şirkətin vahid sahibkarlarına çevrilirlər. Elə həmin il Edsel şirkətin prezidenti postuna varis olur. 1943-cü ildə oğlunun qəfil ölümündən sonra Henri Ford yenidən şirkətin başına keçir.

1945-ci ilin sentyabrında Henri Ford səlahiyyətlərini böyük nəvəsiII Henri Forda verir. 1946-cı ilin mayında böyük Henri Ford avtosənayedə göstərdiyi xidmətlərinə görə fəxri mükafata layiq görülür. Həmin ilin sonunda isəAmerika Neft İnstitutu cəmiyyət qarşısındakı xidmətlərinə görə onu qızıl medalla təltif edir.

Henri Ford 7 aprel 1947-ci ildəDibronda öz evində 83 yaşında vəfat etmişdir.

Təsirlər

[redaktə |vikimətni redaktə et]

Henri FordAdolf Hitlerin "Mənim mübarizəm" əsərində adı çəkilən yeganə amerikalıdır. Adolf Hitler onun böyük heyranı olduğunu da qeyd etmişdir.[7]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Henry Ford //Nationalencyklopedin (швед.). 1999.
  2. 12Lundy D. R. Henry Ford //The Peerage (ing.).
  3. 12Carnegie Hall linked open data (ing.). 2017.
  4. 1234Форд Генри //Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд.Москва:Советская энциклопедия, 1969.
  5. Find a Grave (ing.). 1996.
  6. Lundy D. R.The Peerage (ing.).
  7. "The dark legacy of Henry Ford's anti-Semitism (COMMENTARY)". Washington Post.İstifadə tarixi:12 yanvar 2019.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Henri_Ford&oldid=8022829"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp