Əl-Xəlil[4] (ərəb.الخليل), həmçininHebron[5] və yaHevron[6][7] (ivr. חֶבְרוֹן) —İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər,Fələstinin Hevron mühafəzəsinin paytaxtı.Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı.[8] Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isəİsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.