Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Hayfa

32°48′00″ şm. e. 34°59′00″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şəhər
Hayfa
ivr.חֵיפָה‏‎
ərəb.حَيْفَا
BayraqGerb
BayraqGerb
32°48′00″ şm. e. 34°59′00″ ş. u.HGYO
Ölkə İsrail
Dairə[[Hayfa dairəsi]]
MerEynat Kaliş-Rotem
Tarixi və coğrafiyası
Əsası qoyulub1761
Yaşayış məntəqəsi statuslu1877
Sahəsi63.67 km²
Mərkəzin hündürlüyü475 m
Saat qurşağıUTC+2 ,yaydaUTC+3
Əhalisi
Əhalisi278 903 nəfər (2016)
Sıxlığı4223.9 nəf./km²
Aqlomerasiya1 048 900
Milli tərkibiyəhudilər: 81.2%
ərəblər: 9.8%
druzlar: 0.1%
digərləri: 8.9%
Rəqəmsal identifikatorlar
Telefon kodu+972 4
Poçt indeksi33000
Digər
haifa.muni.il
Hayfa xəritədə
Hayfa
Hayfa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hayfa (İvritcə: חיפה;Ərəbcə: حيفا) —İsrailinşimalının ən böyükşəhəri və ölkənin üçüncü böyükşəhəridir.

İsraildə sıx olaraqərəb əhalisi yaşayan bir şəhərdir. Müqəddəs Kitablarda (Əhdi-i Atik,Tövrat) adı keçmişdir.Yəhudilər, Romalılar,Ərəblər, Səlibçilər,Osmanlılar Hayfanı idarə etmişlər. Kavalalı Mehmet Əli Paşanın şəhəri təkrar ələ keçirməsindən əvvəl Hayfa 1799-ci ildəNapalyon Bonapart tərəfindən işğal edilmişdir.Müqəddəs Kitablarda adı keçən Kermil Dağı Hayfadadır. Bu dağda xristianlıq, müsəlmanlıq və son olaraq Bahailik- üçün müqəddəs bir qalıq olan İlyas Peyğəmbərin mağarası da vardır.Həmçinin bu dağ yamaclarındaBəhai Dininin Dünya Mərkəzi ilə gözəlliyiylə tanınmış bağçaları və terraslar var.

Əhalisi 278 903 nəfər (2016-cı il). Hayfada 1948-ci ildə 98 600 insan yaşayırdı.

Etimologiyası

[redaktə |vikimətni redaktə et]

Versiyalardan birinə görə, şəhərin adıivrit dilində ‏חוף יפה‏‎ "xof yafe" — "gözəl sahildir" deməkdir[1].Səlibçilər şəhərin adınıİsa Məsihin çarmıxa çəkildiyi dövrdə yaşamış baş kahin Kayafanın adıyla bağlayırdılar[2]. Daha bir versiyaya görə, bu ad aramey dilində "xaffa"-"sahil" sözündən yaranıb (aramey dili daha əvvəl bu regionda geniş yayılmışdı).

Tarixi

[redaktə |vikimətni redaktə et]

Hayfanın hələRoma imperiyası dövründə əsası qoyulmuşdur. Talmud dövründə (III–V əsrlərdə) Hayfanın yerində çiçəklənən yəhudi qəsəbəsi mövcud idi. Səlibçilər dövründə (XI əsr) bura o vaxtlar üçün kifayət qədər böyük yaşayış məntəqəsi və əhəmiyyətliAralıq dənizi limanı idi. Karmel dağında karmelçilərin ordeni yerləşirdi. 1880-ci illərin sonundan Hayfa böyük liman şəhəri və Fələstinin əsas dəniz qapıları olur. 1930-cu illərdə Hayfa qeyri-leqal immiqrasiyanın mərkəzi idi. Qeyri-leqal repatriant-yəhudilərin əksəriyyəti, həmçinin nasist Almaniyasından qaçqınlar Fələstinə Hayfa portu vasitəsilə çatırdılar. 1944-cü ilə yəhudilər həmin vaxt 128 min nəfər əhalisi olan Hayfanın əhalisinin əksəriyyətini təşkil edirdilər.[3]

Qardaşlaşmış şəhərlər

[redaktə |vikimətni redaktə et]
Hayfa bələdiyyəsi qarşısında qardaşlaşmış şəhərlərin adları həkk olunmuş daş piltə

Tarixlərin əsas mənbəyi —Hayfa bələdiyyəsinin rəsmi saytı (ing.).

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Winter, Dave.Israel Handbook: With the Palestinian Authority Areas. Footprint Travel Guides. səh. 560.2020-05-23 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2018-11-13.
  2. "Рабби Авдими из Хайфы"(rus). IsraelInfo.ru. 20 августа 2010 года.2011-08-24 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:2010-09-16.
  3. "Haifa Municipality – Aliya Web Site". .haifa.muni.il.12 oktyabr 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:13 oktyabr 2013.
  4. San-Fransisko EnsiklopediyasıArxivləşdirilib 2013-10-08 at theWayback Machine (ing.)
  5. Turin Hayfa bələdiyyəsinin saytında qardaşlaşmış şəhər kimi qeyd edilməyib. Buradakı informasiyanın mənbəyi:http://www.comune.torino.it/relint/inglese/coordinamento/report05.pdfArxivləşdirilib 2008-02-29 at theWayback Machine (ing.).
  6. 25 dekabrda alyansın layihəsi təsdiqlənib; şəhərlərin qardaşlaşması haqqında müqavilə 1973-cü ilin yanvarında imzalanıb.
  7. Hayfa bələdiyyəsinin saytında Keyptaunun adı çəkilir, amma müqavilənin imzalanması haqqında heç bir şey deyilmir. 2006-cı ilin avqustuna olan məlumatlara görə bu iki şəhərin qardaşlaşması proqramı çərçivəsində heç bir fəaliyyət olmamışdır.
  8. MigNews saytındakı məlumata əsasənArxivləşdirilib 2017-10-19 at theWayback Machine (rus.).

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
500.000+ şəhərlər
100.000+ şəhərlər
50.000+ şəhərlər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Hayfa&oldid=7398063"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp