Havay qohumluq sistemi, həmçininnəsillərarası sistem —ailəni təyin etmək üçün istifadə edilənqohumluq sistemi.Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Havay sistemi altı əsas qohumluq sistemindən biridir.[1]

Ümumi tipologiyalar daxilində Havay sistemiqohumluğun ən sadə təsnifat sistemidir. Qohumlar yalnız nəsil və cinsinə görə fərqlənirlər. Valideyn nəsli var, uşaq nəsli var. Bu sistemdə bir eqo valideynlərinin nəslinin bütün qadınlarına (ana, bibi-xala və bu nəsildəki kişilərin arvadlarına) "Ana" və bütün kişilərə (ata, əmi-dayı və bu nəsildəki qadınların ərlərinə) "Ata" kimi istinad edir. Uşaq nəslində bütün qardaşlara və kişi kuzenlərə "Qardaş", bütün bacılar və qadın kuzenlərə "Bacı" deyilir.[2]
Bu şəkildə krosskuzen "qardaş" kimi xatırlanır.İnsest tabusu semantikada öz əksini tapdığı üçün Havay sistemi iləkuzen nikahının qadağan edilməsi arasında korrelyasiya tapılmışdır.[3]