Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Harri Hudini

Vikipediya, azad ensiklopediya
Harri Hudini
ing.Harry Houdini (əsl adımac.Weisz Erik)
Doğum tarixi24 mart1874(1874-03-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi31 oktyabr1926(1926-10-31)[1][2][…](52 yaşında)
Vəfat yeri
Vəfat səbəbiappendisit, peritonit
Fəaliyyətiillüzionist
Fəaliyyət illəri1896–1926
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harri Hudini (ing.Harry Houdini, əsl adı və soyadıErik Vays (mac.Weisz Erik);24 mart1874[1][2][…],Budapeşt31 oktyabr1926[1][2][…],Detroyt,Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalıillüzionist və hipnozçu.

Bioqrafiya

[redaktə |vikimətni redaktə et]

Baxmayaraq ki, Hudini özünün ABŞ-ninViskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçununBudapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailəViskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays buradaZion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdəNyu-Yorka gəlir.

Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusuRober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür. Sonradan soyadın yanına Harri adı da əlavə olundu. Baxmayaraq ki, hələ uşaqlıqda dostları onuEri (Ehrie) və yaHarri (Harry) çağırsalar da, o bu adıHarri Kelların şərəfinə götürmüşdür. Erkən karyerasında Hudini əl qandalları və su rezervuarlarından özünü xilas etmə tryuklarına üstünlük verirdi. Reklam məqsədilə o, effektiv tryuklar göstərirdi. Belə ki, o bir dəfə göydələnin pərvazına torbada asılsa da, uğurla ordan xilas ola bilmişdi. Digər tryukda isə hamının gözü qarşısında kərpic divarın içərisindən keçmişdir. 1903-cü ildə əli qandallı şəkildə 30 kq-lıq yüklə Temza çayına tullansa da, bir neçə dəqiqədən sonra əli qandallardan açılmış şəkildə suyun üzünə çıxmışdır.

1900-cü ildə Avropa turu zamanı o, Londonu "Canlı filin yox olması" tryuku ilə heyran etmişdi. Bu tryuk 1918-ci ildə növbəti dəfə Nyu-York ippodromunda nümayiş edildi. 1908-ci ildə Rusiyaya qastrolu zamanı o,Butırka həbsxanasıPetropavlovsk qalasındakı ölümə məhkum olunmuş məhbusların kamerasından xilas olunmasını nümayiş etdirmişdir. "Qədim maqlardan indiki illüzionistlərə qədər" kitabının müəllifləri bu hadisəni belə qeyd etmişdilər: "Məhbus paltarında bağlı həbsxana kamerasına salınsa da, bir neçə dəqiqədən sonra oradan çıxaraq qonşu kameraların qapısını açmış, hətta məhbusların yerlərini dəyişmişdi. Daha sonra soyunub-geyinmə otağına daxil olmuş və on beş dəqiqədən sonra kütlə qarşısına öz kostyumunda çıxmışdı."

Yaşlaşdıqca səhnə tryukları çətinləşirdi. Hətta uğurlu çıxışlardan sonra o, dəfələrlə xəstəxanaya düşmüşdür. 1910-cu ildən o, kinoda çəkilməyə başladı. Aviasiya ilə maraqlanaraq,biplan əldə edir və tarixdə ilk dəfə Avstraliya üzərindən uçuş həyata keçirir. Onun Amerka xüsusi xidmət orqanı vəSkotland-Yardla əlaqəli olması haqda şayiələr gəzirdi. O, keçmiş prezidentTeodor Ruzveltlə çox yaxın münasibətdə olmuşdur. Amma onun spiritizmlə maraqlananArtur Konan Doylla münasibətləri korlanmışdı.

Harri Hudini,1899-cu il

Hudinin ölümü sirlərlə əhatələnmişdir.Monrealda qastrol zamanı o, öz qrim otağında dincələrkən, onun yanına aralarında boks üzrə kollec çempionu olan 3 tələbə gəlir. O, Hudinidən onun heç nə hiss etmədən bir neçə güclü zərbəyə necə dözə bilməsini soruşur. Hudini fikirli halda başı ilə bunun düzgün olduğunu təsdiqləyir. Tələbə gözlənilmədən ona 2 və ya 3 zərbə endirir. Hudini onu güclə saxlayaraq deyir: "Gözləyin, mənə hazırlaşmaq lazımdı". Press halını alandan sonra bildirir: "Bax, indi vura bilərsiz." Tələbə bu dəfə zərbə endirəndə Hudininin qarnındakı güclü pressin olduğunu hiss eləyir. Tələbələr gedəndən sonra, Hudini gözlənilmədən vurulan birinci zərbələrdən ağrıyan hissəsini ovxalayır.

Hudininin baş rolda çəkildiyi filmi anons edən reklam plakatı (1919)

Hudini həmişəki kimi buna diqqət yetirmir və bir neçə gündən sonra məlum olur ki, bu zərbələr onunappendiksinin partlamasına səbəb olub və nəticədəperitonit yaranmışdır. 1926-cı ildə heç bir antibiotik yox idi, Hudini ancaq möcüzə sayəsində sağ qala bilərdi. Hamı onun ölümə növbəti dəfə qalib gələcəyinə inanırdı. Amma 9 gün sonra, 1926-cı il 31 oktyabr tarixindəHellovin günü Harri HudiniDetroytda dünyasını dəyişir.

Hudininin həyatının müxtəlif epizodları dəfələrlə ekranlaşdırılmışdır. 1999-cu ildə onun həyatının motivləri əsasında müzikl, 2007-ci ildə isə ABŞ-də "Ölümcül nömrə" adlı film nümayiş olunmuşdur. Bu filmdə Hudini rolunuQay Pirs, onun sevgilisini isəKetrin Zeta-Cons canlandırmışdır.

Maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]

1923-cü il 17 iyul tarixində "St.Cecile" mason lojasına 568 nömrəsi ilə qəbul olunmuşdur. Həmin ilin 21 avqust tarixində usta mason dərəcəsini almışdır.

  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1234Harry Houdini //Encyclopædia Britannica (ing.).
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Harri_Hudini&oldid=7701833"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp