Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Harold Blum

Vikipediya, azad ensiklopediya
Harold Blum
ing.Harold Bloom
Doğum tarixi11 iyul1930(1930-07-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi14 oktyabr2019(2019-10-14)[3][4][…](89 yaşında)
Vəfat yeri
Uşağı3
Təhsili
Fəaliyyətiədəbiyyat tarixçisi, yazıçı, professor, ədəbi tənqidçi, jurnalist, ədəbiyyat nəzəriyyəçisi, universitet müəllimi[d]
Fəaliyyət illəri1959-cu ildən
Əsərlərinin diliamerikan ingiliscəsi, ingilis dili
İstiqamətEstetizm, romantizm
Üzvlüyü
english.yale.edu/people/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harold Blum (ing.Harold Bloom) (11 iyul1930[1][2][…],Nyu-York,Nyu-York ştatı[5]14 oktyabr2019[3][4][…],Nyu-Heyven) — amerikalı ədəbiyyatşünas.[7]

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Kornell Universitetini bitirmişdir (1951).Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşlərifreydizmstrukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığındaromantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur.Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum,postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.[7]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Harold Bloom //Encyclopædia Britannica (ing.).
  2. 12Harold Bloom //Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 12Harold Bloom, Critic Who Championed Western Canon, Dies at 89.
  4. 12The Fine Art Archive.
  5. 12Latter-day Saint Literature database.
  6. NNDB (ing.). 2002.
  7. 12Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 205–206.ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Harold_Blum&oldid=7517197"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp