Halifaks (ing.Halifax) —KanadanınYeni Şotlandiya əyalətinin paytaxtı.1996-cı ildə ətrafındakı kiçik şəhərlərlə birləşərək Halifaks regional bələdiyyəsini (ing.Halifax Regional Münicipalıty və ya qısaca HRM) əmələ gətirmiş və bu tarixdən etibarən şəhər bu statusla tanınmışdır.2014-cü ildəki siyahıalmaya görə şəhər əhalisi 414.400 nəfərdir vəKanadanın Atlantik əyalətlərinin ən böyük şəhəridir.
Şəhərin şüari "Dənizdən sərvət" (lat."E Mari Merces") şəklindədir.
Avropalılar bu ərazidə ilk dəfə Halifaks yarımadasında məskunlaşmışdırlar. Şəhər kimi1749-cu ildə tanınmışdır. Şəhər adını buradakı koloniyaya başçılıq etməyə təyin olunan Qraf Halifaksdan almışdır.
Şəhərin qurulması Ata Le Lutr müharibəsinin ilk illəri ilə üst-üstə düşür.
Şəhərin iqliminə ən çox Atlantik okeanı təsir göstərir. İqlim Orta Kanadadakı iqlimə nisbətən daha yumşaqdır. Şəhərin mərkəzi hissələrində temperatur -15°C ilə 35°C arasında dəyişir. Sahil zonasında qış daha yumşaq, yay daha sərin keçir.
Halifaks şərqiKanadanın ən əhəmiyyətli iqtisadi mərkəzlərindən biridir. Halifaksda bir çox şirkətin binası yerləşir. Yeni Şotlandiya əyalətinin paytaxtı olduğundan şəhərdə hökumət qurumlarının binası vardır.
Şəhər iqtisadiyyatının əsasını mədəncilik, əkinçilik, odunculuq, balıqçılıq, təbii qaz çıxartmaq təşkil edir.
Şəhərdə Dalhouzi Universiteti, Sent Meri Universiteti, Mount Sent Vinsent Universiteti, Kinqs Kolleci Universiteti, Atlantika Teologiya Məktəbi, NSCAD Universiteti və Sent-Anna Universiteti yerləşir. Şəhər şərqi Kanadanın universitet mərkəzlərindən biridir.