Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Habsburq–Səfəvi ittifaqı

Vikipediya, azad ensiklopediya
(Habsburq-Səfəvi ittifaqı səhifəsindən istiqamətləndirilmişdir)
İlk əlaqələri quran hökmdarlar:Səfəvi hökmdarıŞah İsmayılHabsburq hökmdarıV Karl.

Habsburq-Səfəvi ittifaqıXVI əsrdəOsmanlı dövlətinə qarşıHabsburq sülaləsi iləSəfəvi dövləti arasında qurulmuş ittifaq.[1]

İlk əlaqələr

[redaktə |vikimətni redaktə et]
Səfəvilərin 1599–1602-ci illərdə göndərdiyi elçiliyin rəhbəri olanHüseynəli bəy Bayat.

Şah İsmayılın hakimiyyəti dövründə ilk dəfə onunlaV KarlMacarıstan kralıII LudviqləOsmanlı dövləti əleyhinə ittifaq qurulması üçün fikir mübadiləsi edildi. SonradanI Karl (Karlos) adı iləİspaniya kralı olanV Karl ittifaq təklif etmək üçünSəfəvilər dövlətinə 1516 və 1519-cu illərdə elçi göndərir. Həmçinin dəII Ludviq Maruni keşişlərindən olanPetrus de Monte Libanonu 1516-cı ildə eyni məqsədləSəfəvi sarayına göndərir.[2]

Bu elçilərə dəqiq cavabın verilmədiyi güman edilir, lakin 1523-cü ildəŞah İsmayıllatınca yazıb, Petrus de Monte Libano vasitəsiylə[3] V Karla göndərdiyi məktubda ona Osmanlı əleyhinə ittifaq təklif edirdi.[2] Bu məktub 1524-cü ilin martında V Karl Burqosda olan zaman ona verilmişdi.[4] Mənbələrdə dəqiq məlumat olmasa da, V Karlın bunu prinsip olaraq qəbul etdiyi düşünülür.[5] Lakin 1524-cü ildəŞah İsmayılın ölməsi itifaqın qurulmasına mane oldu.

Osmanlı-Səfəvi müharibəsi

[redaktə |vikimətni redaktə et]
Avropadakı Səfəvi elçiliyinin (1609–1615)V Papa Paulu , Palazzo del Quirinaledə ziyarət etməsi. Rəsm Sala dei Korazzieri tərəfindən çəkilmişdir.
Şah AbbasınAvropaya göndərdiyi 1609–1615-ci illər elçiliyinin rəsmini çəkənGənc Frans Franker (rəsmin adıAllégorie de l'Occasion)

1529-cu ilin fevral yının 18-dəV KarlOsmanlılarınVyananı mühasirəyə almasından sonra təlaşa düşdü.[6] O, Toledodan Şah İsmayıla elçi göndərdi, lakinŞah İsmayıl artıq 1524-cü ildə vəfat etmiş, onun yerinə isə oğluŞah Təhmasib keçmişdi. V Karlın elçisi olan Saint Con de Balbi Şah Təhmasibə eyni anda Osmanlı imperiyasına şərqdən və qərbdən hücum etmək təklifi etdi.[2][5][6]Şah Təhmasib bununla razılaşdı və elçidən imperatora öz dostluğunu bildirməsini istədi.[5] Lakin elçi Avropaya gedib, yenidən Səfəvi dövlətinə qayıdan zaman artıq 1 il keçmişdi və şərqdəki Şeybani hücumuna görə Səfəvi şahı Osmanlı ilə sülh bağlamağa məcbur qalmışdı.

Təxminən eyni zamanda Kral Ferdinand tərəfindən Pietro da Negro və Simon de Lillis elçi kimiSəfəvi sarayına göndərildi, lakin bu elçiliklər uğursuz oldu.1532–1555 Osmanlı-Səfəvi müharibəsində elçi mübadiləsi daha artdı.[7]

Həmin zamanlarda Habsburqların düşməni olanFransa kralı Kral FransiskSultan Süleyman Qanuni ilə danışıqlara başladı. Habsburq-Səfəvi razılaşmasına cavab olaraq 1536-cı ildəFransız-Osmanlı ittifaqı yaradıldı. 1547-ci ildə Sultan SüleymanSəfəvilər dövlətinə hücum edərkən Fransa kralı öz səfiri olan Qabriel de Luetzi də onun yanına göndərir. Osmanlı qoşunu ilə birlikdə hərəkət edən fransız səfiri Vanın mühasirəsi zamanı Sultana effektiv hərbi məsləhətlər verir və Vanın bombardmanı onun planı əsasında təşkil edilir.[5]

Nəticə

[redaktə |vikimətni redaktə et]

1532–1555-ci illər Osmanlı-Səfəvi müharibəsindəSəfəvi dövləti 5 dəfə effektli formadaOsmanlının şərq sərhədlərinə müdaxilə etdi. Bütün bunlarOsmanlı imperiyasının bir qədər də zəifləməsinə səbəb olurdu. Bu HabsburqAvropası üçün böyük şans idi. Bütün bunların nəticəsində bu dövrlərdə köhnə Habsburq-Səfəvi ittifaqı yenidən gücləndi.[5]

HabsburqlarlaSəfəvilər arasında əlaqələr birdə 1593-cü ildə bərpa edildi. İmperatorII RudolfPraqadanMoskvadakı Səfəvi nazir vasitəsiyləŞah Abbasafarsca yazılmış məktub göndərir. Avropa dövlətləri ilə Səfəvilər arasında Osmanlı dövləti əleyhinə müqavilənin imzalanması işinin vasitəçilyiini Robert Şirley adlı ingilis macəraçı öz üzərinə götürmüşdü. Bu istiqamətdə işlər XVII əsrdə də davam etmiş və özünün ən pik nöqtəsinə SəfəvilərinAvropadakı birinc 1599–1602-ci illər elçiliyi və 1609–1615-ci illər elçilikləri zamanı çatmışdır.[3]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "A Habsburg-Persian alliance against the Ottomans finally brought a respite from the Turkish threat in the 1540s. This entanglement kept Suleiman tied down on his eastern border, relieving the pressure on Carlos V" inThe Indian Ocean in world history Milo Kearney — 2004 — s.112
  2. 123The Cambridge history of Iran by William Bayne Fisher p.384
  3. 12"Relations with Persia".17 may 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyul 2018.
  4. Annals of the Emperor Charles V
  5. 12345Defenders of the Faith: Charles V, Suleyman the Magnificent, and the Battle for Europe, 1520–1536
  6. 12Memoirs of the court, aristocracy, and diplomacy of Austria Carl Eduard Vehse p.71
  7. "The Cambridge History of Islam: Volume 1, Volume 2".28 iyul 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 iyul 2018.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Habsburq–Səfəvi_ittifaqı&oldid=8285399"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp