HTML5 ilk dəfə 22 yanvar 2008-ci ildə ictimaiyyətə açıq şəkildə buraxılmışdır.[3] 2014-cü ilin oktyabrında böyük bir yeniləmə tətbiq edilmiş və "W3C Recommendation" əldə olunmuşdur.[4][5] Onun məqsədləri ən sonmultimedia və digər yeni funksiyaların dəstəyi ilə dili təkmilləşdirmək, dili həm insanlar tərəfindən asanlıqla oxuna bilən, həm dəXHTML sərtliyi olmadan kompüterlər və veb brauzerlər, analizatorlar və s. kimi cihazlar tərəfindən ardıcıl olaraq başa düşülən formada saxlamaq, köhnə proqram təminatı iləgeriyə uyumlu qalmaq idi. HTML5-in təkcəHTML 4 deyil, həm də XHTML 1 və "DOM Level 2 HTML"i əhatə etməsi üçün nəzərdə tutulmuşdur.[6]
HTML5 daha çox uyğunlaşa bilən implementasiyaları təşviq etmək üçün ətraflı emal modellərini əhatə edir. Bu, sənədlər üçün mövcud nişanları genişləndirir, təkmilləşdirir və rasionallaşdırır, mürəkkəb veb tətbiqləri üçün nişanlama vətətbiqi proqramlaşdırma interfeyslərini (API) təqdim edir.[7] Eyni səbəblərə görə, HTML5 həm də çarpaz platformalı mobil proqramlarda tətbiq edilməsi üçün namizəd hesab olunur, çünki bu, aşağı gücə malik cihazlar nəzərə alınmaqla hazırlanmış funksiyaları özündə əks etdirir.
Bir çox yenisintaktik xüsusiyyətlər daxil edilmişdir. Multimedia vəqrafik məzmunu yerli olaraq daxil etmək və idarə etmək üçün yeni<video>,<audio> və<canvas>elementləri əlavə edilmişdir. Genişləndirilə bilən bölmələr CSS və ya "JavaScript"dən asılı deyil,<summary>...</summary> və<details>...</details> vasitəsilə lokal formada həyata keçirilir.Miqyaslanan vektorial qrafiklər (SVG) məzmunu və riyazi düsturlar üçün MathML dəstəyi də əlavə edilmişdir.
Sənədlərinsemantik məzmununu zənginləşdirmək məqsədilə səhifənin yeni struktur elementləri, məsələn<main>,<section>,<article>,<header>,<footer>,<aside>,<nav> və<figure> elementləri əlavə olunmuşdur. Yeniatributlar təqdim edilmiş, bəzi elementlər və atributlar silinmiş, digərləri, məsələn,<a>,<cite> və<menu> dəyişdirilmiş, yenidən başqa məqsədlə təyin olunmuş və ya standartlaşdırılmışdır. API və DOM indi HTML5 spesifikasiyasının əsas hissələridir.[7] HTML5 hər hansı etibarsız sənədlərin işlənməsini daha yaxşı müəyyənləşdirir.[8]
↑"HTML5 Differences from HTML4". W3.org.W3C. Introduction.1 yanvar 2025 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2 mart 2018.HTML4 became a W3C Recommendation in 1997. While it continues to serve as a rough guide to many of the core features of HTML, it does not provide enough information to build implementations that interoperate with each other and, more importantly, with Web content. The same goes for XHTML1, which defines an XML serialization for HTML4, and DOM Level 2 HTML, which defines JavaScript APIs for both HTML and XHTML. HTML replaces these documents.