| Google AI | |
|---|---|
| Ümumi məlumatlar | |
| Sənaye | süni intellekt |
| Təsis tarixi | 2017 |
| Struktur | |
| Ana şirkət | |
| ai.google | |
Google AI — "Google"unsüni intellektə həsr olunmuş bölməsi.[1] Bu barədə CEOSundar Piçay 2017-ci ildə keçirilən "Google I/O"da açıqlama vermişdir.[2]
Bu bölməSürix,Paris,İsrail vəPekin kimi dünyanın müxtəlif yerlərində tədqiqat obyektləri ilə genişlənmişdir.[3] 2023-cü ildə "Google AI" yenidən təşkiletmə təşəbbüsünün bir hissəsi olmuş, bu zaman onun rəhbəriCef Dini "Google"da baş alim vəzifəsinə qaldırılmışdır.[4] Bu yenidənqurma "Google Brain" və "Google"un 2014-cü ildə aldığı və şirkətin əsas tədqiqatından ayrı fəaliyyət göstərən,Birləşmiş Krallıqda yerləşən "DeepMind"in birləşməsini əhatə edirdi.[5] "Google" artıq süni intellekt mərkəzi olduğu üçün süni intellekt daha çox yayıldıqca bu bölmənin dəyər və performans olaraq artacağı proqnozlaşdırılır.[6]