Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Google

Vikipediya, azad ensiklopediya
Bu məqalə şirkət haqqındadır.Axtarış sistemi üçün bax:Google Search.Digər mənalar üçün bax:Google (dəqiqləşdirmə).
Quqol ilə səhv salmayın.
Google
Google
Loqonun şəkli
Ümumi məlumatlar
Tipiməhdud məsuliyyətli cəmiyyət
Sənayeinternet sənayesi[d],proqram təminatı sənayesi[d],İnternet marketinqi,informasiya texnologiyaları,İnternet,texnologiya sənayesi[d]
MəhsullarıGoogle Search,Google Adwords,Google Pay,İnternetdə axtarış sistemləri,Google Maps,Gmail
Təsis tarixi4 sentyabr1998[1]
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 187.000 nəf.(2022)[2]
Ana şirkətAlphabet
TərəfdaşlarAdMob,Waze,Blogger,Google DeepMind,Google Workspace,Google Bulud Platforması,Vaymo,Google Adwords
Rəhbərlik
Təsisçilər
Baş icraçı direktorSundar Piçay
about.google
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Google (translit.Quql) —dünyanın ən böyükaxtarış sistemireklam sahəsində ixtisaslaşmışABŞ-də yerləşəntransmilli şirkət. Googleinternetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsiniAdWords proqramı iləreklamlardan əldə edir.[4][5] ŞirkətLarri Peyc veSergey Brin tərəfindən,Stanford Universitetindədoktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tezGoogle Guys kimi adlandırılır.[6][7][8]

Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdəLarri Peyc,Sergey BrinErik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər.[9] Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir.[10] Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən[11]Don't be evil (azərb.Pis olma)-dır. Şirkət 2006-cı ildəMauntin Vyu şəhərinə köçmüşdür.[12][13]

Google-un dünyada məlumat mərkəzlərində bir milyondan çox serverdə işlədiyi,[14] bir milyarddan çox axtarış istəyini işlədiyi[15] və istifadəçiləri tərəfindən yaradılan məlumatın bir günə görə 24petabayt olduğu təxmin edilir.[16][17][18][19] Şirkət,Orkut,Google Buzz veGoogle+ kimisosial şəbəkə alətləri ilə birlikdəe-poçt sistemi olanGmail-i xidmətə verib. Əlavə olaraq, veb brauzerGoogle Chrome, şəkil göstərmə və redaktə proqramıPicasa və danışıq proqramıGoogle Talk ilə masaüstünə qədər uzanır. Bunların xaricində, Android əməliyyat sisteminin inkişafında böyük rol oynamışdır. Cr-48 əsas əməliyyat sistemi olaraq da bilinənGoogle Chrome OS, 15 iyun, 2011-ci ildən bəri, Samsung Series 5[20]Acer AC700[21] kimi ticarət üçün olanChromebook-larda[22] istifadə edilir.

Alexa,google.com-u internetdə ən çox ziyarət edilən veb-sayt olaraq göstərir.YouTube,Blogger,Orkut kimi Google-a aid digər saytlar və çox sayda beynəlxalq Google saytları (google.co.in, google.co.uk və s.) isə ən çox ziyarət edilən saytlar arasında ilk yüzlüyə daxil olmuşdur.[23] Əlavə olaraq şirkət,BrandZ marka dəyəri məlumat bazası siyahısında ikinci yerdədir.[24] Buna qarşı olaraq Google, məxfilik, müəllif hüquqları kimi mövzularda şikayətlər alır.[25][26]

Tarixi

[redaktə |vikimətni redaktə et]
1998-ci ildə Google-un ana səhifəsi.
Qurulduğu ilk illərdə internet dili olan HTML ilə asan dizayn edilə bilən ana səhifə[27]

Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdəKaliforniyadakıStenford Universitetinindoktorantura pilləsində təhsil alan tələbələrLarri PeycSergey Brin tədqiqat layihəsi çərçivəsində busaytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi.[28][29]

Larri PeycSergey Brin başlanğıcda sürətli işləməsi olaraqBackRub adlı bir axtarma sistemi üzərində çalışmağa başladılar. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir. Bunun üçün yeni birtexnologiya yaratdılar. Bu texnologiya,interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa başladı.[30][31] Bu yeni texnologiyayaPageRank adı verilmişdi, bu sistemə görə səhifə məlumatlarının orijinal sayt ilə olan bağlantıları tapılaraq, onlara edilən müraciətə görə sıralanırdı.[32][33]

Kiçik bir axtarış mühərriki olan və Robin Li tərəfindən inkişaf etdirilən "RankDex", 1996-cı ildən bəri sayt xallandırması və sayt sıralandırması üçün bənzər bir strategiya işlədirdi.[34] RankDex patentli idi[35] və LininÇində qurduğuBaidu adlı axtarış mühərriki bu sistemlə işləyirdi.[36][37]

Peyç və Brin yeni yaratdıqları mühərrikə ilk dəfə "BackRub" adını vermişdilər, çünki saytların geri bağlantılarının yoxlanılmasının əhəmiyyətini təxmin edə bilirdilər.[38][39][40] Ancaq daha sonra "quqol" sözü üzərində orfoqrafik dəyişiklik edilərək, axtarış mühərriki Google olaraq adlandırıldı,[41][42] Google adı mühərrikə insanlara böyük bilik mənbəyinə asan giriş edə bildikləri üçün qoyulmuşdur, çünki quqol on üstü yüz (10100) deməkdir.[43] Başlanğıcda Google, Stanford Universitetinin alt-fəza adı olaraqgoogle.stanford.edu fəza adını istifadə etmişdir.[44]

Bu gün istifadə edilən fəza adı 15 sentyabr, 1997-ci ildə aktivləşdirildi[45] və 4 sentyabr, 1998-ci ildə Google şirkəti rəsmi formada quruldu. Şirkətin mərkəzi dostları Suzan Voycickinin[30]Menlo Park şəhərində yerləşən avtomobil qarajı seçildi. Stanford Universitetində doktorantura bölməsində təhsil alan Kreyq Silversteyn, ilk işçi olaraq işə alındı.[30][46][47]

Bir il əvvəl 841 milyon ziyarətçisi olduğu halda, 2001-ci ilin may ayında 8,4%-lik artımla ziyarətçi sayı ilk dəfə 1 milyard oldu.[48]

Maliyyə və ilk ictimai təklif

[redaktə |vikimətni redaktə et]
Google serverlərindəki ilk təminat ucuz serverlərlə edilmişdir.[49]

Google-a 100 min dollarlıq ilk investisiya dəstəyini əvvəl Google-unda daxil olduğu şirkət olanSun Microsystems-in qurucularından olanEndi Beçtolşeym vermişdir.[50] 1999-cu ilin əvvəllərində, hələ doktorantura tələbələri olan Brin ve Peyç, akademik araşdırmalar üçün bir axtarış mühərriki təkmilləşdirmənin maraqlı olacağını düşünüb, Excite-i almaq üçün CEO Corc Belə 1 milyon dollar təklif etdilər. Bell bu təklifi rədd etdi. Excite-nin qurucularından olan Vinod Xosla bu təklifi yoxlayaraq, Brin və Peyç ilə 750 min dollar barəsində müzakirələrə başladı. Google 7 iyun, 1999-cu ildəKleiner Perkins Caufield & ByersSequoia Capital kimi böyük şirkətlərlərin verdiyi kreditlərdə daxil olmaqla,[50] 25 milyon dollarlıq bir fon istifadə edəcəyini açıqladı.[51]

Google-nin ilk ictimai təklifi əsas iqtisadi sistemə geçişindən təxminən 5 il sonra, 19 avqust, 2004-cü ildə gerçəkləşdi. Şirkət bu təklifin nəticəsində investisiya verənlərlə, hissə başına 85 dollardan 19,605,052 hissəsini paylaşdı.[52][53] Hissələr Morqan Stenli və Kredit Suiz tərəfindən yaradılan sistem sayəsindən hissədarlara çatdırıldı.[54][55] Bazar dəyəri 23 milyard dollar olan Google, bu ictimai təklifdən sonra 1,67 milyonluq hissə satışı etdi.[56] Paylaşılan 271 milyonluq hissənin böyük hissəsinin Google nəzarəti altında qalmasından sonra, bir çox Google işçisi hissələr sayəsində milyoner oldu. Yahoo-nun sahib olduğu 8,4 milyonluq Google hissəsi, Google-nin rəqibi Yahoo-nun bu ictimai təklifdən gəlir götürməsini təmin etdi.[57]

Bəzi insanlar Google-nin ictimai təklifinin şirkətdə qarşısıalınmaz dəyişikliklər yaradacağını təxmin edirdi. Səbəb olaraq, hissədarların şirkət üzərindəki təzyiqi, şirkət idarəsində olan şəxslərin hissə sənədləri sayəsində milyoner ola biləcəyi göstərilirdi.[58] Şirkət qurucuları Sergey Brin və Larri Peyc investisiya verənlərdə olan narahatlığa cavab verərək, ictimai təklifdən sonra şirkət mədəniyyətinin dəyişməyəcəyini dedi və bu əsasda bir hesabat hazırlatdı.[59] Ancaq 2005-ci ildə,The New York Times qəzetindəki məqalələr də daxil olmaqla bir çox mənbədə Google-nin yeni strukturası sorğulandı.[60][61][62] Bundan sonra Google, təşkilat mədəniyyətini davam etdirmək üçün bir təşkilat mədəniyyəti müdiri və insan qaynaqları idarəçisi vəzifəsi təyin etdi. Google, bu dövrdə köhnə işçilərinin cinsiyyətçilik və yaş irqçiliyi iddiaları ilə üz-üzə qaldı.[63][64] Öncəliklə güclü bir satış potansialı və onlayn bazarlıqla birlikdə tanıtma mövzularındakı qazanc sayəsində,[65] Google, ictimai təklifdən sonra hissə sənədi performansında uğur əldə edərək, 31 yanvar, 2007-ci ildə ilk dəfə hissə sənədi əməliyyatlarında 700 dollarlıq səviyyəyə çatdı.[66] Google-nin hissə sənədlərinin dəyər qazanmasındakı əsas təməl, böyük investisiya şirkətlərinin və maliyyə şirkətlərinin əksinə, əsas etibarıyla yalnız olan sərmayəçilər oldu.[65] Şirkət günümüzdə NASDAQ bazarında GOOG, Frankfurt Əsas Qiymətlər Bazarında GGQ1 kodu ilə fəaliyyət göstərir.

Şirkət baş qərargahını 1999-cu ilin martında digər texnologiya şirkətlərinin də yerləşdiyi Palo Alto şəhərinə köçürmüşdür.[67] Sonrakı il, Peyc və Brinin reklam dəstəkli axtarış mühərriki yaratmaq fikrinə qarşı çıxmağı qarşı,[68] açar sözlərə əsaslanan reklam satışına başlamışdır.[30] Səhifə dizaynını səliqəli tutmaq və sürətli istifadəni təmin etmək məqsədiylə reklamlar düz mətn formasında yerləşdirilmişdir. Açar sözlər təkliflər və klikləmə sayı diqqətə alınaraq hesablanırdı.[30] Bu satış modeli ilk dəfə,Idealab-dan ayrıldıqdan sonra Bil Qros tərəfindən qurulanGoto.com şirkətində tətbiq edilmişdi.[69][70] Bu şirkət, adını Overture Services olaraq dəyişdirdikdən sonra Google-u öz klikləmə başına ödəmə patentlərini pozduğu üçün məhkəməyə şikayət etmişdir. Daha sonra Yahoo! tərəfindən alınan vəYahoo! Search Marketing adını alan Overture Services-in etdiyi şikayətlər Google-nin şirkət hissələrinin bir hissəsini Yahoo!-ya verməsi ilə həll olunmuşdur.[71]

Google həmin vaxt təkmilləşdirdiyi PageRank sisteminin patentini almışdır.[72] Rəsmi olaraq Stanford Universitetinə qeydiyyat olunmuş patentdə Larri Peycin adı alim kimi yazılmışdır.

2003-cü ildə şirkətMauntin Vyu şəhərindəki bu gündə istifadə edilən ofisini kirayə tutmuşdur.[73] Bu ofis, 1-in arxasına quqol dənə sıfır əlavə etməklə yaranan googleplex sözündən ilhamlanaraq yaradılmışGoogleplex adı ilə tanınır. Google 3 il sonra SGI-yə aid bu yeri 319 milyon dollara almışdır.[74] Bu vaxt ərzində Google sözü gündəlik həyatda özünə yer tapmış, Merriam Webster Collegiate Dictionary və Oxford English Dictionary lüğətlərinə daxil olmuşdur. Sözün mənasıGoogle axtarış mühərrikini istifadə edərək internetdə məlumat axtarmaq-dır.[75][76]

Alışlar və şərikliklər

[redaktə |vikimətni redaktə et]
Larri Peyc andSergey Brin 2003-cü ildə

Google, 2001-ci ildən sonra xeyli kiçik şirkət aldı. 2004-cü ildə aldığı bu tip şirkətlərdən biri Keyhole idi.[77] Bu şirkət "Earth Viewer" adlı xidmət yaratmışdı və bu xidmətlə istifadəçilərə dünyanın 3D görüntüsü göstərilirdi. Google bu xidmətin adını 2005-ci ildə "Google Earth" olaraq dəyişdi. 2 il sonra onlayn video saytıYouTube-u 1,65 milyard dollara aldı.[78] 13 aprel, 2007-ci ildə isəDoubleClick adlı şirkəti 3,1 milyard dollara alaraq, veb-yayımcıları və reklam agentlikləri iləDoubleClick arasındakı münasibətə sahib oldu.[79] Həmin ilGrandCentral şirkətini 50 milyon dollara aldı[80] və bu şirkət daha sonraGoogle Voice adlandırıldı. 5 avqust, 2009-cu ildə ilk xalqa açıq şirkətini, video proqramları yaradan "On2 Technologies"-i 106,5 milyon dollara aldı.[81] Google həmçininsosial şəbəkə olanAardvark-ı da 50 milyon dollara alıb öz bloqlarında "Haraya qədər aparacağımızı görmək üçün işbirliyinə səbrsizlənirik"(we're looking forward to collaborating to see where we can take it. (ing.)) yazmıştı.[82] 2010-cu ilin aprel ayında Google təminat firması olan Agnilux-u aldığını elan etdi.[83]

Aldığı şirkətlərə əlavə olaraq, araşdırmadan reklama qədər hər mövzuda müxtəlif təşkilatlarla işbirliyi etdi. 2005-ci ildəNASAAmes Research Center ilə 93.000 m2 ofis binasının inşası üçün şərik oldu.[84] Ofislər, böyük ölçülü məlumat idarəsi,Nanotexnologiya, dağınıq hesablama və kosmos sənayesi üçün istifadə ediləcəkdi. 2005-ci ilin oktyabr ayındaSun Microsystems ilə bir-birilərinin texnologiyalarını paylaşmaq üçün iş birliyi etdilər.[85] Şirkət,Time Warner-inAOL-u[86] ilə bir-birlərinin video axtarış sistemlərinin təkmilləşdirilməsi üçün iş birliyi etdi. Yenə 2005-ci ildə içindəMicrosoft,NokiaEricsson şirkətlərinində olduğu bir çox firma ilə mobil cihazlarda istifadə etmək üçün yeni.mobi üst səviyyə adlar fəzası üçün iş birliyi etdilər.[87] Google beləcə "Adsense for Mobile"-i istifadəsinə alacaq və inkişaf etməkdə olan mobil reklam bazarından fayda əldə edəcəkdi.[88] Reklamı daha böyük kütlələrə göstərmək üçünNews Corporation-a aidFox Interactive Media ilə MySpace sosial şəbəkəsində axtarış və reklam təmin etmək üçün 900 milyon dollarlıq müqavilə imzaladılar.[89]

Google, 2006-cı ilin oktyabr ayında aldığı YouTube-un alış əməliyyatını 13 oktyabr 2006-cı ildə tamamladı.[90] Youtube-un istifadə xərcləri barədə məlumat yayımlanmadı və 2007-ci ildə YouTube-un maddi gəlirini balansına əlavə etmədi.[91] 2008-ci ilin iyun ayındaForbes-də yayımlanan bir məqalədə Kventin Hardi və Evan Hesel YouTube-un 2008-ci ildə əldə edəcəyi maddi gəliri, reklamda bir inkişaf olmayacağı təxmini ilə bir yerdə 200 milyon dollar olacağını təxmin etdi.[92] 2007-ci ildəNORAD Tracks Santa ilə ilbaşında Şaxta Babanın gəlişini izləyən xidmətə sponsorluq etməyə başladı.[93] Google Earth-da 3Dtrack Santa ilk dəfə tətbiq edilməyə başlanıldı[94] və köhnə sponsor AOL-dan imtina edildi.[95]

2008-ci ildə Google,GeoEye iləGoogle Earth-a yüksək keyfiyyətli (0.41 m monochrome, 1.65 m rəngli) görüntü verəcək peyk inşa etmək üçün iş birliyi etdi. Peyk Vadenberq aviabazasından 6 sentyabr 2008-ci ildə buraxıldı.[96] Google, axırıncı iş birliyini həmin il elan etdi vəLife jurnalının şəkil arxivinə ev saibliyi etməyə başladı. Bu arxivdəki bəzi şəkillər əvvəllər jurnalda yayımlanmamışdı. Şəkillər senzuralandı və ictimai domen statusuna baxılmadan müəlliflik hüquqları bildirişi üzərində işlənildi.[97][98]

2010—indiyədək

[redaktə |vikimətni redaktə et]

2010-cu ildə, Google Enerjinin bərpa edilə bilən enerji sahəsindəki ilk sərmayəsi,Şimali Dakotadakı 38 milyon dollara aldığı 2 ədəd külək enerjisi ferması olmuşdur. Şirkət 2 fermadan 169,5 meqavat güc, yəni 55,000 evə kifayət edəcək enerjiyi istehsal edəcəyini açıqladı.NextEra Energy Resources tərəfindən inkişaf etdirilən fermalar bölgədə fosil yanacağının istifadəsini azaldacaq və gəlir əldə edəcəkdi.NextEra Energy Resources layihədəki 20% hissəni Google Enerjiyə sataraq, layihənin inkişaf etdirilməsi üçün arxaplan təmin etmiş oldu.[99] 2010-cu ilin fevral ayında Federal Enerji Tənzimləmə Komissiyası Google-a bazar qiymətləri ilə enerji almaq və satmaq icazəsi verdi.[100] Sifarişdə Google Enerjinin və onun filiallarının "bazarda enerji, satış və köməkçi xidmətlərin satışı" hüquqlarına malik olduğunu bildirir.[101] Google bu icazəni, 2013-cü ilin sentyabr ayında, hələ hazır olmayan 240 meqavatlıq Happy Hereford külək fermasından çıxarılan bütün elektrik enerjisini satın alacağını elan edərkən istifadə etdi.[102]

Yenə 2010-cu ildə veb telekonfrans və digər əlaqəli xidmətlər təmin edən Norveç mənşəli firma olanGlobal IP Solutions-u aldı. Bu sayədə Google məhsullarına telefon üçün xidmətlər əlavə etdi.[103] 27 may, 2010-cu ildə mobil reklam şəbəkəsi AdMob-un alış əməliyyatını bitirdiyini açıqladı. Federal Ticarət Komissiyası bu alış üçün açdığı istintaqı bağlamasından bir neçə gün keçdikdən sonra,[104] Google bu firmanı qeyri-müəyyən bir qiymətə almışdır.[105]2010-cu ilin iyul ayında, Google "Iowa" külək enerjisi ferması ilə 114 meqavat enerji alışı üçün 20 illik müqavilə imzaladı.[106]

4 aprel 2011-ci ildə,The Globe and Mail 6000 ədədNortel Networks patenti üçün Google-un 900 milyon dollar təklif etdiyini açıqladı.[107]

15 avqust, 2011-ci ildə isə GoogleMotorola Mobility-yiABŞAvropada mövcud qayda tətbiqedici və əleyhinə fikirlərə baxmayaraq 12,5 milyard dollara alacağını açıqladı.[108][109] Google-un bloqundakı bir yazıda qurucu şəriklərdən olanLarri Peyc bu alışın Google-un patent bazasını gücləndirmək məqsədli alış olduğunu dedi. ŞirkətAndroid əməliyyat sistemi, özəllikləAppleMicrosoft Android-ə uyğun telefon istehsalçılarıHTC,Samsung veMotorola ilə davalıq olmuş ikən[110] etdiyi alış ilə əldə etdiyi,Motorolaya aid mobil alətlərə və simsiz texnologiyalarla əlaqəli xeyli patent bazası Google-a digər firmalarla (özəllikləAppleMicrosoft[110]) davam edən patent anlaşılmazlıqlarında kömək edəcəkdi.[111]Android əməliyyat sisteminidə sərbəst formada istifadə edə biləcəkdi.[112] Birləşmə 2012-ci il mayın 22-dəÇin təsdiqindən sonra başa çatdırılmışdır.[113]

2014-cü ildə Google, yeni qurulan video və xüsusi effekt şirkəti Zync-i alacağını açıqladı. Google, Zync-i öz bulud platformuna alacağını bildirdi.

2025-ci ilin iyul ayında Google Afrikada süni intellektin (AI) inkişafını sürətləndirmək üçün nəzərdə tutulmuş 37 milyon dollarlıq proqrama yerli tədqiqatlardan kənd təsərrüfatı məhsullarının monitorinqi, texnologiyaların və Afrika dillərinin uyğunlaşdırılması üzrə layihələrə sərmayələr yatırır.[114].

Maraqlı xüsusiyyətləri

[redaktə |vikimətni redaktə et]
  • Axtarış sisteminə "do a barrel roll" yazdıqda səhifə 360 dərəcə dönəcəkdir.
  • Axtarışa "What is the loneliest number?" (azərb.Ən tənha ədəd hansıdır?) yazdıqda 1 rəqəmi görsənəcək.
  • Google-yə "Askew" və ya "tilt" yazdıqda səhifə bir az yana əyiləcəkdir.
  • Google-yə "Google Gravity" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basdıqda səhifə ünsurlarının hamısı yerə düşəcək.
  • "Recursion" (azərb.sonsuza qədər təkrar etmək) sözünü axtarışa verdikdə Google həmin sözü yenə axtarmağı təklif edir.
  • "Where is Chuck Norris?" (azərb.Çak Norris haradadır?) yazdıqda və ilk linkə girdikdə qarşıya "Google Çak Norrisi axtarmayacaq, çünki siz onu tapa bilməyəksiz, o sizi tapar" ifadəsi çıxar.
  • Google-ni latın stilə salmaq üçün "Google Latin", pirat stilinə salmaq üçün "Google Pirat", Elmer Fuddun danışıq stilinə salmaq üçün "Google Elmer Fudd" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basmaq lazımdır.
  • Google Tərcümədə "pv kkk pkkk pvpvpv ppkk pddd bschk bschk pv zk pv bschk pv pv pv bschk bschk bschk kkkkkkkkkk bschk bsch" yazıb tərcümə olunaca dili çex dili seçdikdən səsli tərcümə düyməsinə basdıqda mahnıya qulaq asmaq mümkündür.
  • Google Earth açıq ikən Ctrl + Alt + A düymələrinə basdıqda uçuş simulyatoru oyunu oynamaq mümkündür.
  • Axtarışa <blink> sözünü yazdıqda nəticələrdəki "blink" sözü yanıb sönəcəkdir.
  • "Mentalplex" sözünü axtardıqda və ilk linkə girdikdə Googlenin 2000-ci ildəki görünüşü ilə qarşılaşmaq mümkündür.
  • Google ilə ayrı-ayrı şəhərlərin saatlarını da öyrənmək mümkündür. Bunun üçün sadəcə "what time is it in (şəhərin adı)" ifadəsini axtarışa vermək kifayətdir.
  • Google Şəkillərə "241543903" ədədini yazıb axtardıqda ortaya başını soyuducuya soxan insanlar çıxır.[a]
  • Google-yə "Zerg Rush" yazdıqda Google özünü yeməyə başlayır.

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. 241543903 ədədinin niyə belə özəlliyi olduğu dəqiq bilinmir. Bilinən ən qədim 241543903 etiketli soyuduculu şəkil 2009-cu ilin aprelində David Horvitz tərəfindən yüklənmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://www.google.com/about/company/history/.
  2. https://www.theinformation.com/articles/cloud-hardware-among-divisions-that-outpaced-googles-soaring-headcount.
  3. 12Projekt dvou doktorandů z garáže slaví dvacet let od vzniku. Víte, jak vzniklo jméno Google? (çeş.). 2018.
  4. "Financial Tables". Google, Inc.5 noyabr 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  5. Vise, David A."Online Ads Give Google Huge Gain in Profit". The Washington Post. 21 oktyabr 2005.İstifadə tarixi:14 fevral 2010.
  6. Ignatius, Adi."Meet the Google Guys". Time Magazine. San Francisco, CA: Time Inc. 12 February, 2006.2013-08-23 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:27 Mart 2010.
  7. "The Google Guys". CBS Interactive. 12 Mart, 2009.İstifadə tarixi:27 Mart 2010.[ölü keçid]
  8. Barrett, Brian."Google Wants to Add Store Interiors to Maps". Gizmodo. 4 February 2010.17 March 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 Mart 2010.
  9. Lashinsky, Adam."Google wins again". Time Warner. 29 January, 2008.2012-10-22 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 22 January, 2011.
  10. "Google Corporate Information". Google, Inc.26 aprel 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 fevral 2010.
  11. "Don't Be Evil or don't lose value?". The Sydney Morning Herald. 15 aprel 2008.24 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 iyun 2018.
  12. "Google Code of Conduct". Google, Inc. 8 April, 2009.21 August 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 June 2018.
  13. Lenssen, Philip."Paul Buchheit on Gmail, AdSense and More". Google Blogscoped. 16 Temmuz, 2007.2015-06-14 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 February 2010.
  14. "Pandia Search Engine News – Google: one million servers and counting". Pandia Search Engine News. 2 July, 2007.5 October 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:27 June 2018.
  15. Kuhn, Eric."CNN Politics – Political Ticker... Google unveils top political searches of 2009". CNN. 18 December, 2009.12 October 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 February 2010.
  16. "MapReduce". Portal.acm.org.2009-12-16 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 16 August, 2009. (#invalid_param_val)
  17. Czajkowski, Grzegorz."Sorting 1PB with MapReduce". Google, Inc. 21 November, 2008.5 December 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 July 2010.
  18. Kennedy, Niall."Google processes over 20 petabytes of data per day". Niall Kennedy. 8 January, 2008.28 September 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 July 2010.
  19. Schonfeld, Erick."Google Processing 20,000 Terabytes A Day, And Growing". TechCrunch. 9 January, 2008.25 June 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 Februry 2010.
  20. "Chromebook| All Samsung Google Chromebooks". Samsung.25 dekabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 avqust 2011.
  21. "Arxivlənmiş surət".28 avqust 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:27 iyun 2018.
  22. "Chromebook". Google.com.18 avqust 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 avqust 2011.
  23. "Alexa Traffic Rank for Google (three month average)".Alexa Internet.26 December 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 6 September, 2009.
  24. "Top 100 Most Powerful Brands of 2011". BrandZ. 2010.25 iyun 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:11 iyul 2011.
  25. "Google ranked 'worst' on privacy". BBC News. 11 June, 2007.27 October 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 April 2010.
  26. Rosen, Jeffrey."Google's Gatekeepers". New York Times. 30 October, 2008.15 April 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 July 2010.
  27. Williamson, Alan."An evening with Google's Marissa Mayer". Alan Williamson. 12 January, 2005.25 October 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:5 July 2010.
  28. Brin, Sergey;Page, Lawrence."The anatomy of a large-scale hypertextual Web search engine"(PDF). Computer Networks and ISDN Systems. 30 (1–7). 1998: 107–117.CiteSeerX 10.1.1.115.5930.doi:10.1016/S0169-7552(98)00110-X.ISSN 0169-7552.27 sentyabr 2015 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi:7 aprel 2019.
  29. Barroso, L.A.; Dean, J.; Holzle, U."Web search for a planet: the google cluster architecture". IEEE Micro. 23 (2). 29 aprel 2003: 22–28.doi:10.1109/mm.2003.1196112.ISSN 0272-1732.24 yanvar 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 dekabr 2019.We believe that the best price/performance tradeoff for our applications comes from fashioning a reliable computing infrastructure from clusters of unreliable commodity PCs.
  30. 12345"Google Milestones". Google, Inc.20 May 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 28 September, 2010.
  31. Page, Lawrence; Motwani, Rajeev; Winograd, Terry."The PageRank Citation Ranking: Bringing Order to the Web". Stanford University. November 11, 1999.21 July 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 15 February, 2010. (#redundant_parameters); (#redundant_parameters); (#missing_name)
  32. "Technology Overview". Corporate Information. Google, Inc.10 May 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 15 February, 2010.
  33. Page, Larri.[www-diglib.stanford.edu/cgi-bin/WP/get/SIDL-WP-1997-0072?1 "PageRank: Bringing Order to the Web"] (#bad_url). Stanford Digital Library Project. 18 August, 1997.6 May, 2002 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 27 November, 2010.
  34. Li, Yanhong."Toward a qualitative search engine". IEEE Computer Society. 6 August, 2002. səh. 24–29.doi:10.1109/4236.707687.ISSN 1089-7801.18 January 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 14 February, 2010.
  35. "Hypertext document retrieval system and method". USA (patent no: 5920859): IDD Enterprises, L.P. 6 July, 1999. (#accessdate_missing_url)
  36. Greenberg, Andy."The Man Who's Beating Google". Forbes Magazine. 5 October, 2009.2012-09-18 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 12 October, 2010.
  37. "About: RankDex". RankDex.com.25 May 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 12 October, 2010.
  38. Battelle, John."The Birth of Google". Wired Magazine. August 2005.2010-04-18 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 12 October, 2010.
  39. "9 People, Places & Things That Changed Their Names". Mental Floss.2014-03-01 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 20 December, 2009.
  40. "Backrub search engine at Stanford University".1996-12-24 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 12 Mart, 2011.
  41. Koller, David."Origin of the name "Google"". Stanford University. 2004 January.3 November 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 15 February, 2010.
  42. Hanley, Rachael."From Googol to Google". Stanford University. 12 February 2003.11 May 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 15 February, 2010.
  43. "Google! Beta website". Google, Inc.1999-02-21 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 12 October, 2010.
  44. "Google! Search Engine". Stanford University.1998-11-11 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 12 October, 2010.
  45. "WHOIS – google.com".20 May 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 5 July, 2010.
  46. "Craig Silverstein's website". Stanford University.1999-10-02 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 12 November, 2010.
  47. Verne, Kopytoff."Craig Silverstein grew a decade with Google". Hearst Communications, Inc. 7 September, 2008.2012-11-07 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 12 November, 2010.
  48. "Googles new record 1 billion visitors in may".21 sentyabr 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:22 iyun 2011.
  49. "Google Server Assembly". Computer History Museum.5 May 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 4 July, 2010.
  50. 12Kopytoff, Verne."For early Googlers, key word is $$$". San Francisco: Hearst Communications. 29 April, 2004.2009-05-05 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 19 Fevral, 2010.
  51. "Google Receives $25 Million in Equity Funding". Palo Alto, California: Google. June 7, 1999.9 Mart, 2000 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 16, 2009.
  52. Elgin."Google: Whiz Kids or Naughty Boys?". BusinessWeek. Bloomberg, L.P. 19 avqust, 2004.2009-05-25 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 19 fevral, 2010.
  53. "2004 Annual Report"(PDF). Mountain View, Kaliforniya: Google, Inc. 2004. səh. 29.2013-09-11 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi: 19 fevral, 2010.
  54. La Monica, Paul R."Google sets $2.7 billion IPO". CNN Money. 30 aprel, 2004.2012-04-23 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 19 fevral, 2010.
  55. Kawamoto, Dawn."Want In on Google's IPO?". ZDNet. CBS Interactive. 29 aprel, 2004.2014-11-07 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 19 fevral, 2010.
  56. Webb, Cynthia L."Google's IPO: Grate Expectations". Washington Post. Washington, D.C.: The Washington Post Company. 19 avqust, 2004.2012-02-01 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 19 fevral, 2010.
  57. Kuchinskas, Susan."Yahoo and Google Settle". internet.com. QuinStreet, Inc. 9 avqust, 2004.2012-10-14 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 19 fevral, 2010.
  58. "Quirky Google Culture Endangered?". Wired Magazine. Associated Press. 28 aprel, 2004.2014-03-28 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 27 oktyabr, 2010.
  59. Olsen, Stefanie."Google IPO at $2.7 billion". CNET News. CBS Interactive. 30 aprel, 2004.2015-02-13 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 27 oktyabr, 2010. (#redundant_parameters); (#redundant_parameters)
  60. Rivlin, Gary."Relax, Bill Gates; It's Google's Turn as the Villain". New York Times. 24 avqust, 2005.2015-03-30 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 27 oktyabr, 2010.
  61. Gibson, Owen."Search giant may outgrow its fans". The Sydney Morning Herald. 25 avqust, 2005.2014-12-29 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 27 oktyabr, 2010. (#redundant_parameters); (#redundant_parameters)
  62. Ranka, Mohit."Google – Don't Be Evil". OSNews. 17 may, 2007.2015-07-15 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 27 oktyabr, 2010.
  63. Kawamoto, Dawn."Google hit with job discrimination lawsuit". CNET News. 27 iyul, 2005.October 17, 2019 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:November 27, 2010. (#invalid_param_val)
  64. "Google accused of ageism in reinstated lawsuit". CTV News. CTV Television Network. 6 noyabr, 2007.2007-10-11 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 27 oktyabr, 2010.
  65. 12La Monica, Paul R."Bowling for Google". CNN. 25 may, 2005.2012-06-19 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 28 fevral, 2007.
  66. Hancock, Jay."Google shares hit $700". The Baltimore Sun. 31 noyabr, 2007.2013-05-08 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 27 oktyabr, 2010.
  67. Fried, Ian."A building blessed with tech success". CNET News. 4 noyabr, 2002.2012-09-27 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 15 fevral, 2010.
  68. Stross, Randall.Planet Google: One Company's Audacious Plan to Organize Everything We Know. New York: Free Press. Sentyabr 2008. 3–4.ISBN 978-1-4165-4691-7.İstifadə tarixi:February 14, 2010.
  69. Sullivan, Danny."GoTo Going Strong". Incisive Interactive Marketing. 1 iyul, 1998.2009-08-28 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi: 18 fevral, 2010.
  70. Pelline, Jeff."Pay-for-placement gets another shot". CNET News. 19 fevral, 1998.2012-12-08 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 18 fevral, 2010.
  71. Olsen, Stephanie."Google, Yahoo bury the legal hatchet". CNET News. 9 Avqust 2004.2013-06-15 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 18 fevral, 2010.
  72. US patent 6285999
  73. Olsen, Stephanie."Google's movin' on up". CNET News. 11 iyul, 2003.2012-11-02 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 15 fevral, 2010.
  74. "Google to buy headquarters building from Silicon Graphics". San Jose: American City Business Journals. 16 iyun 2006.18 aprel 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:15 fevral 2010.
  75. Krantz, Michael."Do You "Google"?". Google, Inc. 25 sentyabr 2006.7 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 fevral 2010.
  76. Bylund, Anders."To Google or Not to Google". MSNBC. 5 iyul 2006.7 iyul 2006 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 fevral 2010.
  77. "Google Acquires Keyhole Corp". Google, Inc. 27 oktyabr 2004.8 iyul 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 oktyabr 2010.
  78. La Monica, Paul R."Google to buy YouTube for $1.65 billion". CNN Money. 9 oktyabr 2006.16 oktyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  79. Story, Louise; Helft, Miguel."Google Buys DoubleClick for $3.1 Billion". New York: The New York Times. 17 aprel 2007.13 fevral 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  80. Chan, Wesley."All aboard". Google, Inc. 2 iyul 2007.6 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  81. "Google to Acquire On2 Technologies". Google Press release. 5 avqust 2009.22 may 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  82. "Google Acquires Aardvark". Google.12 dekabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:12 fevral 2010.We're excited to announce that we've acquired Aardvark, a unique technology company.
  83. Letzing, John."Google buys stealthy start-up Agnilux". MarketWatch. 21 aprel 2010.30 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 noyabr 2010.
  84. Mills, Elinor."Can Google beat the new-office curse?". CBS Interactive. 29 sentyabr 2005.13 fevral 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  85. Kessler, Michelle; Acohido, Byron."Google, Sun make 'big deal' together". USA Today. Gannett Co. Inc. 3 oktyabr 2005.4 noyabr 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010. (#invalid_param_val)
  86. Mills, Elinor."What the Google-AOL deal means for users". CBS Interactive. 28 dekabr 2005.13 fevral 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  87. Lunden, Ingrid."DotMobi Sells. Mobi Domain-Name Operator". Yahoo!. 12 fevral 2010.25 sentyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  88. "Google AdSense for Mobile unlocks the potential of the mobile advertising market". Google, Inc. 17 sentyabr 2007.20 iyun 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  89. "Fox Interactive Media Enters into Landmark Agreement with Google Inc.; Multi-Year Pact Calls for Google to Provide Search and Advertising across Fox Interactive Media's Growing Online Network Including the MySpace Community". CBS Interactive. 7 avqust 2006.9 yanvar 2016 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010. (#invalid_param_val)
  90. "Google closes $A2b YouTube deal". Melbourne. 14 noyabr 2006.30 may 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  91. Yen, Yi-Wyn."YouTube Looks For the Money Clip". 25 mart 2008.24 yanvar 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  92. Hardy, Quentin; Hessel, Evan."GooTube". 22 may 2008.26 may 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  93. "Tracking Santa: NORAD & Google Team Up For Christmas, Dec 1, 2007, Danny Sullivan". Search Engine Land.30 sentyabr 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  94. "Behind the scenes: NORAD's Santa tracker for Thur, Dec 21, 2009 By Daniel Terdiman, CNET". CNET.29 yanvar 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:31 dekabr 2009.
  95. "Instructions On Tracking Santa With NORAD & Google: The 2007 Edition, December 24, 2007, Danny Sullivan". Search Engine Land.30 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  96. Shalal-Esa, Andrea."GeoEye launches high-resolution satellite". Reuters. Washington. 6 sentyabr 2008.20 oktyabr 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:26 fevral 2010.
  97. "Google gives online life to Life mag's photos".Associated Press. Mountain View, California. 20 noyabr 2008.22 noyabr 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 fevral 2010.Google Inc. has opened an online photo gallery that will include millions of images fromLife magazine's archives that have never been seen by the public before
  98. Greg Stirling."Google Hosting Time-Life Photo Archive, 10 Million Unpublished Images Now Live".Search Engine Land. 18 noyabr 2008.30 sentyabr 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:5 iyul 2010.
  99. Morrison, Scott; Sweet, Cassandra."Google Invests in Two Wind Farms".The Wall Street Journal. 4 may 2010.27 sentyabr 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 noyabr 2010.
  100. "Google Energy can now buy and sell energy". Cnet.com.23 dekabr 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 dekabr 2018.
  101. Candace Lombardi."Google gets go-ahead to buy, sell energy".CNET.CBS Interactive. 19 fevral 2010.23 dekabr 2018 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:23 sentyabr 2013.
  102. Todd Woody."Google is on the way to quietly becoming an electric utility". Quartz. 18 sentyabr 2013.3 aprel 2016 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 sentyabr 2013.
  103. Gomes, Lee."Google's Latest Telephony Play".Forbes. 18 may 2010.17 oktyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 noyabr 2010.
  104. Albanesius, Chloe."Google Closes Acquisition of AdMob". AppScout. 27 may 2010.16 iyul 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:16 iyun 2010.
  105. Albanesius, Chloe."Google Acquires Mobile Display Ad Firm AdMob". PC Magazine. Ziff Davis Publishing Holdings Inc. 9 noyabr 2010.2 oktyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 iyun 2010.
  106. "Google buys power from Iowa wind farm". News.techworld.com. 21 iyul 2010.5 iyul 2014 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:26 oktyabr 2010.
  107. "Bid for Nortel patents marks Google's new push into mobile world". Globe and Mail. Toronto. 4 aprel 2011.7 aprel 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 aprel 2011.
  108. Tsukayama, Hayley."Google agrees to acquire Motorola Mobility". The Washington Post. 15 avqust 2011.5 yanvar 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 avqust 2011.
  109. "Google to Acquire Motorola Mobility — Google Investor Relations". Google.5 noyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 avqust 2011.
  110. 12Hughes, Neil."Google CEO: 'Anticompetitive' Apple, Microsoft forced Motorola deal". AppleInsider.10 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 avqust 2011.
  111. Page, Larry."Official Google Blog: Supercharging Android: Google to Acquire Motorola Mobility". Google Blog at Blogspot.com.29 noyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:17 avqust 2011.
  112. Cheng, Roger."Google to buy Motorola Mobility for $12.5B". CNet News. 15 avqust 2011.13 fevral 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 dekabr 2018.
  113. "Google". BBC News. 22 may 2012.21 iyul 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 may 2012.
  114. Le 360 Afrique. 25 iyul 2025Afrikada inkişafı 3 milyon dollar başlıq/ https://afrique.le360.ma/afrique-australe/google-investit-37-millions-de-dollars-dans-le-developpement-de-lia-en-afrique_3AAIZ2DPL5HVJPMJ3BOAPUULBA=Google-un Afrikada inkişafı 3 milyon dollar başlıq/ (#bad_url) (#bare_url_missing_title).

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Digər layihələrdə

⛭
Haqqında
Reklam
Əlaqə
İnsanlar
Qurucular
Proqram təminatı
Əməliyyat
sistemləri
Proqramlaşdırma
dilləri
Platformalar
Avadanlıqlar
Tərtibat
alətləri
Yayım
Axtarış
Alqoritmalar
Xüsusiyyətləri
Analiz
Durdurulmuş
Digər
Hadisələr
Daşınmaz əmlak
Loqo
Əlaqəli
⛭
Tərəfdaşlar
İnsanlar
Qurucular
⛭
Proqram
tərtibatı
Proqramlaşdırma aləti
Rəsmi
Digər
İnteqrasiya
olunmuş inkişaf
mühitləri
(IDE)
Dillər,verilənlər
bazaları
Virtual reallıq (VR)
Tədbirlər, icmalar
Versiyalar
Törəmələri
Cihazlar
Pixel
Nexus
Play edition
Özəl
paylanmalar
Önyükləmə
və bərpa
API
AlternativUI
Rutinq
Siyahılar
Əlaqəli
⛭
Servis olaraq
Texnologiya
Tətbiqlər
Platformalar
İnfrastruktur
Əlaqəli məqalələrə keçidlər
⛭
Mobil operatorlar
Proqram təminatı şirkətləri
Yarımkeçirici şirkətlər
Mobil telefon istehsalçıları
Ticarət
Həmçinin bax
⛭
Təşkilatçılar
Finalist qruplar
Çıxarılan komandalar
Kosmik gəmilər
Vkontakte.ru ·Odnoklassniki ·Facebook ·Facebook (rus.) ·Facebook  ·Linkedin ·Sina Weibo ·X ·X ·X ·X ·X ·X (rus.) ·X  ·X ·X ·X ·X ·X ·X ·X ·X ·X ·X ·X ·X ·X ·X ·X
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Google&oldid=8381440"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp